Bakıda restoranda saxta alkoqollu içkilər aşkarlandı
Digərləri 08 Yan 2025 20:45:00 78 0
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 2404 ünvanında fəaliyyət göstərən "Beer Muxtar By Ares Pub Restaurant" MMC-yə məxsus "Beer Muxtar" ictimai iaşə obyektində plandankənar yoxlama aparıblar.
Bu xəbəri də oxu: Rusiyalı qadın İstanbulda itkin düşdü
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Son.az-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 11 ədəd 0.5 litrlik, 2 ədəd 1 litrlik "Absolute" əmtəə nişanlı və 3 ədəd 0.7 litrlik, 1 ədəd 0.5 litrlik "Finlandia" əmtəə nişanlı araq, 7 ədəd 1 litrlik "Jameson" əmtəə nişanlı viski aşkarlanıb.
İçkilərin bir qismində qablaşdırılmada istifadə olunan falqanın ikinci dəfə kustar üsulla yapışdırıldığı müəyyən edilib. Həmin alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və sair) yoxlamaya təqdim edilməyib. Bununla da həmin məhsulların normativ sənədlərin tələblərinə uyğun olmadığı məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Keyfiyyət və təhlükəsizlik göstəricilərinə əsaslı şübhələr yaradan alkoqollu içkilərin satışı dayandırılıb və laborator müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim olunub.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporoje şəhərinə hava hücumu edib
Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü ba�
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları və beyn
Yanvarın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi
Qaz əti qədim dövrlərdə geniş yayılmış bir qida mənbəyi idi və sağl
Düşünürəm ki, 2025-ci ildə Trampın atacağı ilk addımlardan biri də İ
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən,
Ali təhsil müəssisələrində imtahan sessiyası başlayıb.
Bu gün Qazaxıstanın Almatı şəhərindən Türkiyənin Antalya şəhərinə
Bakıda Süleyman Tağızadə küçəsində yerləşən binalardan birində lift
Ermənistan Azərbaycanla onun bir hissəsi olan Naxçıvan arasında yolun aç�
Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə yeni direktor
Cinayətdə təqsirləndirilən Hindistan vətəndaşı Monakoya təhvil verilib
Bakının Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saat