Səfərbərliyin 249 əməkdaşı məsuliyyətə cəlb edilib


Digərləri 09 Yan 2025 11:59:00 77 0

Səfərbərliyin 249 əməkdaşı məsuliyyətə cəlb edilib

2024-cü ildə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib.

Bu xəbəri də oxu: 50 min suriyalı evinə qayıdıb

Son.az bildirir ki, "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər davam etdirilir.

Belə ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən ildə 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılmış və əmək müqaviləsinə xitam verilmişdir. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

"Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə bağlı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yararlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Həmin prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və optimallaşdırılması korrupsiya hallarının qarşısının alınmasında, obyektivliyin təmin edilməsində və şəffaflığın artırılmasında müsbət nəticələr verməkdədir.

Bununla yanaşı ölkə başçısının 29.12.2024-cü il tarixli Fərmanı ilə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasını tənzimləyən qanunvericilik aktlarında, eləcə də Cinayət, İnzibati Xətalar və Miqrasiya Məcəllələrində dəyişikliklər olunub, bu da xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinə, eləcə də hərbi xidmətdən boyun qaçırma hallarının qarşısının alınmasına xidmət edir.

Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların "9100 Çağrı Mərkəzi"nə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

Qumralın başına iş gəldi: üzü "dondu"  VİDEO like
  • 09 Yan 11:53  
Şou-biznes Qumralın başına iş gəldi: üzü "dondu" VİDEO

Müğənni Qumral Musayeva paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Kişi və qadın beyinləri fərqli imiş  Sübut olundu like
  • 09 Yan 11:52  
Digərləri Kişi və qadın beyinləri fərqli imiş Sübut olundu

Kembric Universiteti tərəfindən aparılan yeni araşdırma kişi və qadın

arrow Ətraflı
Küveyt Əmiri İlham Əliyevə başsağlığı verdi like
  • 09 Yan 11:50  
Siyasət Küveyt Əmiri İlham Əliyevə başsağlığı verdi

Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Prezid

arrow Ətraflı
Məşhur "Hollywood" yanır  VİDEO  FOTO like
  • 09 Yan 11:46  
Dünya Məşhur "Hollywood" yanır VİDEO FOTO

Kaliforniyada baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində &q

arrow Ətraflı
940 min manatın ələ keçirilməsi ilə bağlı Rəsmi AÇIQLAMA like
  • 09 Yan 11:41  
Kriminal 940 min manatın ələ keçirilməsi ilə bağlı Rəsmi AÇIQLAMA

Baş Prokurorluqdan vətəndaş Solmaz Zeynalovanın müraciəti ilə bağlı a�

arrow Ətraflı
Fransada Xamenei, Putin və Kim Çen Inın fotoları təhqir olundu like
  • 09 Yan 11:40  
Dünya Fransada Xamenei, Putin və Kim Çen Inın fotoları təhqir olundu

Fransadan beynəlxalq siyasi qalmaqala səbəb ola biləcək görüntü yayılı

arrow Ətraflı
Mərhum şahmatçı Vüqar Həşimovun atası dəfn edilir like
  • 09 Yan 11:19  
Digərləri Mərhum şahmatçı Vüqar Həşimovun atası dəfn edilir

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov

arrow Ətraflı
Bu dəfə məktəbdə şagirdlər yox, valideynlər dalaşdı like
  • 09 Yan 11:12  
Digərləri Bu dəfə məktəbdə şagirdlər yox, valideynlər dalaşdı

Sosial şəbəkələrdə 158 saylı məktəbin həyətində valideynlər arasın

arrow Ətraflı
Xaricdən avtomobil gətirmək istəyənlərə ŞAD XƏBƏR like
  • 09 Yan 11:11  
Digərləri Xaricdən avtomobil gətirmək istəyənlərə ŞAD XƏBƏR

Avtomobil gətirən şəxslər istəyirlər ki, xaricdən gələn avtomobilin x�

arrow Ətraflı
İdman Akademiyasında 100ə yaxın işçi vəzifəsindən azad edilib?  AÇIQLAMA like
  • 09 Yan 11:08  
Digərləri İdman Akademiyasında 100ə yaxın işçi vəzifəsindən azad edilib? AÇIQLAMA

Mətbuatda Azərbaycan İdman Akademiyasında (AİA) kütləvi ixtisarlar aparı

arrow Ətraflı
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat etdi  FOTO like
  • 09 Yan 11:05  
Digərləri Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat etdi FOTO

Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Almaz Bağırova vəfat edib.

arrow Ətraflı
“Türkiyənin ən çirkin qadını olmuşam"  FOTOlar like
  • 09 Yan 11:00  
Şou-biznes “Türkiyənin ən çirkin qadını olmuşam" FOTOlar

Türkiyəli məşhur pop ulduz İrem Derici açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Çətinliklər bitdi  4 bürc üçün uğurlu dövr başlayıb: Astroloq açıqladı like
  • 09 Yan 10:30  
Digərləri Çətinliklər bitdi 4 bürc üçün uğurlu dövr başlayıb: Astroloq açıqladı

Tanınmış astroloq Tuğba Karadayı 2025-in şanslı bürclərini açıqlayıb

arrow Ətraflı
18 yaşlı qız itkin düşdü like
  • 09 Yan 10:23  
Digərləri 18 yaşlı qız itkin düşdü

Bakıda 18 yaşlı qız itkin düşüb.

arrow Ətraflı