Dərs və iş saatları ilə bağlı mühüm xəbər DƏYİŞDİRİLİR?


Digərləri 09 Yan 2025 20:53:00 71 0

Dərs və iş saatları ilə bağlı mühüm xəbər  DƏYİŞDİRİLİR?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın.

Son.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bu məsələ haqqında fikirlərini belə ifadə edib:

"İlk növbədə qeyd edim ki, biz artıq hər saat Bakı və digər böyük şəhərlərdə səhər saatlarında ictimai nəqliyyatın həddindən artıq yüklənməsi problemi ilə üzləşirik. Bu sıxlıq tələbələr, valideynlər və işçilər üçün hər gün vaxt itkisinə, narahatlığa və hətta təhlükəsizliyə zərər verə biləcək vəziyyətlərə səbəb olur. Statistik müşahidələr və dünya təcrübəsi göstərir ki, dərs və iş saatlarının uyğunlaşdırılması və ya fərqli vaxtlarda başlaması həm nəqliyyat sisteminin yükünü azalda, həm də təhsil və iş məhsuldarlığını artıra bilər.

Azərbaycanda hazırda məktəblərin dərs saatları, əsasən, səhər saat 8:00-da başlayır. İş saatlarının çox vaxt 9:00-da başlaması ilə məktəb və iş trafiki üst-üstə düşür. Bakı Metropoliteninin 2023-cü ilə aid statistikasına əsasən, səhər saat 7:30-dan 9:00-a qədər metroda sərnişin axını pik həddə çatır və bu müddət ərzində nəqliyyatdan istifadə edən sərnişinlərin 35-40%-ni məktəb yaşlı uşaqlar və onların valideynləri təşkil edir. İctimai avtobuslarda isə bu göstərici 45%-ə qədər artır. Bu, şəhər nəqliyyatının yüklənməsinin əsas səbəblərindən birinin məktəb saatlarının iş saatları ilə üst-üstə düşməsi olduğunu göstərir.

Qanunvericiliyə nəzər saldıqda, Azərbaycanda məktəb dərslərinin başlanma vaxtı ilə bağlı konkret normativ hüquqi akt yoxdur. "Təhsil Haqqında" Azərbaycan Respublikasının Qanunu təhsil müəssisələrinin fəaliyyət prinsiplərini müəyyən etsə də, dərslərin başlanma vaxtının tənzimlənməsi təhsil idarəetmə orqanlarının və hər bir məktəbin daxili qərarına əsaslanır. Bu, çevik yanaşmalar üçün imkan yaratsa da, vahid bir strategiyanın olmaması sistemdə problemlərə səbəb olur".

Ekspert bildirib ki, dərslərin başlanma saatının 10:00-a keçirilməsi müxtəlif problemləri həll edə bilər:

"Birincisi, ictimai nəqliyyatda sıxlıq əhəmiyyətli dərəcədə azalacaq. Məktəb yaşlı uşaqların və onların valideynlərinin nəqliyyatdan istifadə etdiyi vaxtla işçilərin hərəkət etdiyi vaxt fərqlənəcək. Bu yanaşma nəqliyyat vasitələrinin daha effektiv istifadə olunmasına və sərnişinlərin rahatlığının artırılmasına şərait yaradar. Məsələn, Finlandiyada məktəblər səhər saat 9:00-dan əvvəl dərslərə başlamır. Bu yanaşma həm şagirdlərin sağlamlığına, həm də ictimai nəqliyyatın yükünün azaldılmasına müsbət təsir göstərir. ABŞ-ın bəzi ştatlarında da məktəblərin dərs saatlarını daha gec başlamaq üçün dəyişikliklər edilib. Tədqiqatlar göstərir ki, bu dəyişiklik şagirdlərin akademik performansında əhəmiyyətli artımlara səbəb olub.

İkincisi, dərslərin daha gec başlaması şagirdlərin sağlamlığı üçün faydalıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, məktəb yaşlı uşaqların yuxu ehtiyacı gündə 8-10 saatdır. Hazırkı təhsil qrafiki isə, xüsusilə qış aylarında, bu ehtiyacın qarşılanmasına mane olur. Səhər tezdən dərsə getmək üçün erkən oyanmaq tələbələrin yuxu balansını pozur və bu, onların konsentrasiyasını, yaddaşını və ümumi sağlamlığını zəiflədir. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin apardığı bir araşdırma göstərib ki, dərslərin daha gec başlaması şagirdlərin akademik göstəricilərində 20%-ə qədər artıma və məktəbdə iştirak səviyyəsinin yüksəlməsinə səbəb olub.

Üçüncüsü, bu yanaşma müəllimlərin iş şəraitini də yaxşılaşdırar. Daha gec başlayan dərs saatları müəllimlərə dərsə daha yaxşı hazırlaşmaq və iş yükünü daha effektiv idarə etmək üçün imkan yaradar. Bu, həm təhsilin keyfiyyətinə müsbət təsir edər, həm də müəllimlərin psixoloji rahatlığını artırar".

K.Əsədov onu da vurğulayıb ki, dərs saatlarının dəyişdirilməsi müəyyən çətinliklər də yarada bilər:

"Valideynlərin iş qrafiki ilə uşaqların dərs qrafiki arasında ziddiyyət yaranması mümkündür. Valideynlərin əksəriyyəti işə 9:00-da başlayır və bu, uşaqların məktəbə getmədən əvvəl nəzarətsiz qalması ilə nəticələnə bilər. Bununla belə, bu problem məktəblərdə erkən saatlarda uşaqlar üçün əlavə nəzarət və ya hazırlıq dərslərinin təşkil edilməsi ilə həll oluna bilər.

Nəticə olaraq, məktəblərdə dərslərin daha gec başlaması, məsələn, saat 10:00-da təyin edilməsi, nəqliyyatın yüklənməsinin azaldılması, şagirdlərin və müəllimlərin sağlamlığı və məhsuldarlığının artırılması baxımından əhəmiyyətli ola bilər. Bu yanaşma dünya təcrübəsində öz səmərəliliyini sübut etmişdir və Azərbaycanda da tətbiq edilə bilər. Təhsil Nazirliyi və Nəqliyyat Agentliyi birgə pilot layihələr həyata keçirərək bu məsələnin mümkün təsirlərini araşdırmalı, nəticələri təhlil etməli və uyğun qərarlar qəbul etməlidir. Şagirdlərin təhlükəsizliyi, sağlamlığı və təhsil keyfiyyəti üçün bu məsələnin prioritet olaraq gündəmə gətirilməsi zəruridir"./ yenisabah.az

Meteohəssas insanların nəzərinə like
  • 09 Yan 20:49  
Digərləri Meteohəssas insanların nəzərinə

Yanvarın 10-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Xırdalanda ölüm hadisəsi  17 yaşlı yeniyetmə... like
  • 09 Yan 20:45  
Digərləri Xırdalanda ölüm hadisəsi 17 yaşlı yeniyetmə...

Abşeronda 17 yaşlı yeniyetmənin meyiti tapılıb.

arrow Ətraflı
Məşhur "Hollywood" yazısı alovlar içində like
  • 09 Yan 20:41  
Dünya Məşhur "Hollywood" yazısı alovlar içində

ABŞ-ın Kaliforniya ştatında güclü meşə yanğınları davam edir.

arrow Ətraflı
Məşhur reper bayramda işləyən qadını sevindirdi like
  • 09 Yan 20:35  
Şou-biznes Məşhur reper bayramda işləyən qadını sevindirdi

Milad ərəfəsində reper Post Malone Texasda bir barda işləyən anaya 20 min

arrow Ətraflı
Türkiyəİran sərhədində zəlzələ oldu like
  • 09 Yan 20:32  
Dünya Türkiyəİran sərhədində zəlzələ oldu

Türkiyə-İran sərhədində 4.3 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
Azərbaycandan Bolqarıstana qaz tədarükü müvəqqəti dayandırılıb like
  • 09 Yan 20:25  
Digərləri Azərbaycandan Bolqarıstana qaz tədarükü müvəqqəti dayandırılıb

7 yanvar 2025-ci ildən etibarən Azərbaycandan Bolqarıstana təbii qaz tədar

arrow Ətraflı
Tiktoker "Xan" ilə bağlı məhkəmə qərarı like
  • 09 Yan 20:15  
Digərləri Tiktoker "Xan" ilə bağlı məhkəmə qərarı

"TikTok" əməliyyatında həbs edilən "Xan" ləqəbli tikt

arrow Ətraflı
Orqanizminiz laktoz qəbul etmir? like
  • 09 Yan 20:08  
Digərləri Orqanizminiz laktoz qəbul etmir?

Laktoza qarşı dözümsüzlük bir çox insanın qarşılaşdığı, lakin həl

arrow Ətraflı
Azərbaycanın şərab milyonçuları: Bir ildə 12 milyon manat like
  • 09 Yan 20:00  
Digərləri Azərbaycanın şərab milyonçuları: Bir ildə 12 milyon manat

Azərbaycanda alkoqollu və alkoqolsuz içki istehsalı ilə məşğul olan A+Co

arrow Ətraflı
Baydenin oğlunun evi YANIB KÜLƏ DÖNDÜ like
  • 09 Yan 19:57  
Dünya Baydenin oğlunun evi YANIB KÜLƏ DÖNDÜ

ABŞ-ın hazırkı lideri Co Bayden oğlu Hanterin Malibudakı evi Kaliforniya �

arrow Ətraflı
Türkiyədə tikintidə çökmə baş verdi  Ölən var like
  • 09 Yan 19:53  
Digərləri Türkiyədə tikintidə çökmə baş verdi Ölən var

Türkiyənin paytaxtı Ankara şəhərində tikinti zamanı çökmə baş verib.

arrow Ətraflı
Avropanın Rusiyadan "MTQ" idxalı “rekord səviyyədədir”  "The Guardian" like
  • 09 Yan 19:45  
Dünya Avropanın Rusiyadan "MTQ" idxalı “rekord səviyyədədir” "The Guardian"

Avropa ötən il Rusiyadan rekord miqdarda mayeləşdirilmiş təbii qaz ("

arrow Ətraflı
Dörd BÜRC tezliklə böyük sürprizlə üzləşəcək like
  • 09 Yan 19:37  
Digərləri Dörd BÜRC tezliklə böyük sürprizlə üzləşəcək

Astroloqlar yaxın gələcəkdə planetlərin bəzi bürclərin həyatının yax

arrow Ətraflı
Azərbaycanda bu qadın axtarılır  1 aydır itkin düşüb like
  • 09 Yan 19:30  
Digərləri Azərbaycanda bu qadın axtarılır 1 aydır itkin düşüb

Abşeronda 36 yaşlı qadın 1 aydır itkin düşüb.

arrow Ətraflı
Azərbaycanın uğurlu inkişaf modeli iqtisadi müstəqilliyimizi daha da gücləndirəcək – ŞƏRH like
  • 09 Yan 19:28  
Siyasət Azərbaycanın uğurlu inkişaf modeli iqtisadi müstəqilliyimizi daha da gücləndirəcək – ŞƏRH

Azərbaycanın uğurlu inkişaf modeli iqtisadi müstəqilliyimizi daha da gücl

arrow Ətraflı