Mərhum şahmatçı Vüqar Həşimovun atası dəfn edilir
Digərləri 09 Yan 2025 11:19:00 135 0
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimovun dəfn mərasimi keçirilir.
Bu xəbəri də oxu: İki ildən sonra qazın qiymətində ilk yaşandı
Son.az oxu.az-a istinadən xəbər verir ki, onun nəşi torpağa tapşırılmaq üçün II Fəxri xiyabana gətirilib.
Dəfndə Q.Həşimovun ailəsi və yaxınları iştirak edirlər.
--------
10:59
Mərhum şahmatçı Vüqar Həşimovun atası, polkovnik Qasım Həşimovla vida mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.
O, II Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, Qasım Murtuza oğlu Həşimov 1949-cu ildə Goranboy rayonunda anadan olub. Uzun illər Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.
Vüqarın karyerasında onunla birgə addımlayan Qasım Həşimov oğlunun ilk şahmat müəllimi kimi tanınıb. 2014-cü ildən keçirilən və Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə superturnirin Təşkilat Komitəsinə rəhbərlik edib. 2016-cı ildə rəhbərlik etdiyi Vüqar Həşimov Şahmat Akademiyasını yaradıb.
Azərbaycanın Əməkdar məşqçisi olan Q.Həşimov 2023-cü ildə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Qeyd edək ki, Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.
Sosial şəbəkələrdə 158 saylı məktəbin həyətində valideynlər arasın

Avtomobil gətirən şəxslər istəyirlər ki, xaricdən gələn avtomobilin x�

Mətbuatda Azərbaycan İdman Akademiyasında (AİA) kütləvi ixtisarlar aparı

Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Almaz Bağırova vəfat edib.

Türkiyəli məşhur pop ulduz İrem Derici açıqlaması ilə diqqət çəkib.

Tanınmış astroloq Tuğba Karadayı 2025-in şanslı bürclərini açıqlayıb

Hindistanın cənubundakı Kerala ştatında keçirilən festival zamanı filin

Son günlər ictimaiyyətdə müzakirə olunan məsələlərdən biri də qadın

Yanvarın 7-də Bakı Metropoliteninin "Ulduz" stansiyasında özün�

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sis

Tanınmış aktrisa və model Wilma Elles və həyat yoldaşı vəkil Mehmet Şa

ABŞ prezidenti Cozef Bayden və onun administrasiyası Ukrayna ilə bağlı dan

Azərbaycan Mərkəzi Bankı (AMB) 9 yanvar tarixindən etibarən valyuta məzə
