Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil RƏSMİ


Digərləri 09 Yan 2025 19:15:00 57 0

Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  RƏSMİ

Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir.

Bu xəbəri də oxu: "Ağlayan keks" resepti

Hazırda plastik cərrahi əməliyyatlarını tənzimləyən ayrıca yerli protokollar mövcud deyil.

Bu barədə Səhiyyə Nazirliyindən APA-nın mövzu ilə bağlı suallarına cavab olaraq bildirilib.

İcra olunan əməliyyatlar müvafiq beynəlxalq plastik cərrahiyə standartlarının protokollarına uyğun həyata keçirilir: "Məlumat üçün bildirmək istərdik ki, hazırda Plastik cərrahiyyə də bu sahələrdəndir".

Səhiyyə Nazirliyi ilk növbədə kosmetologiya və plastik cərrahiyyə sahəsi ilə yalnız ali tibb təhsili olan şəxslərin məşğul olmasına icazə verildiyini diqqətə çatdırıb: "Kosmetologiya sahəsində kosmetoloji xidmətləri yalnız həkim-dermatoveneroloqlar həyata keçirə bilər.

Plastik cərrahiyyə sahəsinə gəldikdə isə, bu yüksək peşəkarlıq və uzun müddətli hazırlıq tələb edən ixtisas növüdür. Bu sahə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na uyğun olaraq "Plastik cərrahiyyə" ixtisası üzrə rezidentura təhsili almış şəxslər tərəfindən həyata keçirilə bilər. Yəni, Azərbaycan Respublikası ərazisində plastik cərrahiyyə üzrə tibbi xidmətlər (əməliyyatlar) yalnız bu hazırlıq dərəcəsinə yiyəlinmiş (diplom almış) şəxslər tərəfindən həyata keçirilə bilər.

Kosmetoloqlar (həmçinin, tibbi kosmetoloq və həkim-dermatoloqlar) heç bir halda plastik cərrahi iş üzrə tibbi xidmət göstərə bilməzlər. Bu fəaliyyəti yalnız "plastik cərrahi" ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinə malik mütəxəssislər göstərə bilərlər".

Nazirlikdən deyilib ki, plastik cərrahiyyə əməliyyatları müvafiq əsasnamə ilə səlahiyyətləri olan dövlət tibb müəssisələri, həmçinin plastik cərrahi iş üzrə ambulator və stasionar tibbi xidmətlərə malik lisenziyası olan özəl tibb müəssisələri göstərə bilər: "Əlbəttə ki, bu müəssisələrdə müvafiq stasionar anestezioloji-reanimatoloji xidmət və aidiyyəti üzrə digər xidmətlər və təchizatın olması şərtdir. Plastik cərrahiyə sahəsində tibbi fəaliyyətin həyata keçirilməsi üçün tələblər digər cərrahi müdaxilələr kimi "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar" ilə tənzimlənir. Hazırda Səhiyyə Nazirliyində bu qaydanın da tibb elminin müasir tələblərin uyğunlaşdırılması sahəsində işlər davam edir".

Nazirlik onu da diqqətə çatdırıb ki, plastik, rekonstruktiv və estetik cərrahlardan başqa digər cərrah mütəxəssislər müstəsna hallar (təcili və təxirəsalınmaz hallar) istisna olmaqla, bu növ əməliyyatları icra edə bilməz: Müvafiq sahələr üzrə hər bir plastik cərrah yalnız öz ixtisasına uyğun olan əməliyyatlar icra edə bilər, məsələn, lor yalnız renoplastika, oftalmoloq bleforaplastika əməliyyatını icra edə bilər və s".

Səhiyyə Nazirliyində bütün tibb ixtisasları üzrə peşə standartları hazırlanır

Nazirlik ümumi cərrah, lor-cərrah və ya üz-çənə cərrahiyyəsi, kosmetologiya ixtisasları üzrə bəzi əməliyyatlar xaric plastik cərrahiyyə əməliyyatlarını yalnız plastik cərrahlar icra edə biləcəyini açıqlayıb: "Hər bir ixtisas üzrə Rezidentura Təhsil Proqramı var ki, bu proqramda da həkimin icra edəcəyi cərrahi əməliyyatların siyahısı təsdiq edilib, yəni həm ümumi cərrahların, həm də plastik cərrahların rezidenturanı bitirdikdən sonra icra etmək hüquqları olan əməliyyatlar siyahısı bəllidir. Bu rezidentura təhsili ilə bağlı bütün digər ixtisaslara da aiddir.

Bundan başqa hazırda Səhiyyə Nazirliyində bütün tibb ixtisasları üzrə peşə standartları hazırlanır ki, bu sənəddə artıq nəinki cərrahi əməliyyatlar, həmçinin ambulator yardım üzrə də ixtisas həkiminin konkret diaqnozlar istiqamətində icra etməli olduqları profilaktik tədbirlər, müayinə, müalicə və reabilitasiya ilə bağlı konkret siyahılar öz əksini tapacaq.

Rezidentura tətbiq edildikdən sonra 11 nəfərə plastik cərrah ixtisası verilib

Şəxsin biometrik identifikasiya xüsusiyyətləri "Biometrik informasiya haqqında Azərbaycan Respublikasının Qanunu" ilə tənzimlənir. Bu qanunda biometrik göstəricilərin bilərək, məqsədyönlü dəyişdirilməsi qanun pozuntusu hesab olunur".

Rezidentura tətbiq edildikdən sonra isə 11 nəfərə plastik cərrah ixtisası verildiyi bildirilib.

Plastik cərrahiyə ilə bağlı mediada reklam olunan tibb mütəxəssisləri və onlara aid müxtəlif fərqləndirici "adlar"a Səhiyyə Nazirliyi tərəfindən nəzarət mexanizmi mövcud deyil

Plastik cərrahiyə ilə bağlı mediada reklam olunan tibb mütəxəssisləri və onlara aid müxtəlif fərqləndirici "adlar"a Səhiyyə Nazirliyi tərəfindən nəzarət mexanizmi mövcud olmadığı da diqqətə çatdırılıb: "Nazirliyə daxil olan şikayətlər aidiyyəti üzrə baxılır və zərurət olduğu təqdirdə, araşdırma, plandankənar yoxlama şəklində nəzarət tədbirləri həyata keçirilir.

Tibb fəaliyyət ilə məşğul olan şəxslərin diplomlarının yoxlanılması Səhiyyə Nazirliyi tərəfindən davamlı şəkildə aparılır

Tibb fəaliyyət ilə məşğul olan şəxslərin diplomlarının yoxlanılması Səhiyyə Nazirliyi tərəfindən davamlı şəkildə aparılır və belə hallar dəfələrlə aşkar edilərək, hüquq mühafizə orqanlarına təqdim edilib. Qeyd edək ki, qeyri-qanuni tibb fəaliyyət ilə bağlı yoxlamalar yalnız diplomların həqiqiliyini yoxlanılması ilə məhdudlaşmır. Səhiyyə Nazirliyi bu istiqamətdə tədbirləri davam etdirilir".

Nazirlik yoxlamaların aparılması zamanı rast gəlinən çətinliklər haqqında da məlumat verib: "Hazırda sahibkarlıq sahəsində yoxlamaların "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu" uyğun həyata keçirilir. Səhiyyə Nazirliyinin nümayəndələri planlı yoxlamalar üçün tibb müəssisəsinə gəlməzdən bir necə gün öncədən bu barədə tibb müəssisəsinə məlumat verirlər. Yoxlamanın aparılacağı haqqında məlumatı olan sahibkar müəssisədə qeyri-qanuni fəaliyyətlərini ört-basdır etmək üçün zaman əldə edir. Plandankənar (növbədənkənar) yoxlamalar zamanı da "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"yə uyğun olaraq xüsusi prosedur qaydaya əməl olunmalı, Reyestrdə qeydiyyat aparılmalıdır. Təbii ki, bu zaman sahibkarın qanunsuz və ya keyfiyyətsiz fəaliyyətini ört-basdır etməyə şərait yaranır. Məqsədəuyğun olardı ki, tibb xidmətləri və əczaçılıq sahəsində sahibkarlıq sahəsində yoxlamaların aparılması qanunvericiliyinə yenidən baxılsın. Təbii ki, sahibkarlığın inkişafı vacib sahədir, lakin vətəndaşımızın sağlamlığı və həyatı daha vacibdir".

Nazirlikdən o da bildirilib ki, həkim plastik-cərrahlar etik davranış qaydalarını və mənəvi dəyərləri üstün tutaraq, pasiyentləri düzgün istiqamətdə məlumatlandırmalı, müayinə və müalicə etməlidir: "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşlara tibbi yardımın göstərilməsi, müalicə və müdaxiləsi, sağlamlığına dair məlumat almaq, müalicədən imtina və ya könüllü razılıq verilməsi və digər münasibətlər tənzimlənir. Həkim plastik-cərrahlar etik davranış qaydalarını və mənəvi dəyərləri üstün tutaraq, pasiyentləri düzgün istiqamətdə məlumatlandırmalı, müayinə və müalicə etməlidir. Bura zəruri olmayan və mümkün qədər cərrahi müdaxilə olmadan ötüşməli hallar da daxildir.

İnsanlar öz xarici görünüşlərini dəyişmək üçün yollar axtarılar

Təbii ki, media, sosial şəbəkələr və s. vasitəsilə cəmiyyətdə təbliğ edilən bəzi paradiqmalar insanlarda emosional narahatlıq yaradır. Nəticə olaraq, insanlar öz xarici görünüşlərini dəyişmək üçün yollar axtarılar. Bu siyahıda heç bir tibbi əsası olmayan pəhrizlər, müxtəlif Bioloji aktiv əlavələrdən (BAD) istifadə və ən radikal üsul olan cərrahi müdaxilələr də var. Tibbi deontologiya prinsiplərinə uyğun olaraq, yalnız plastik cərrah deyil, bütün tibb işçiləri xəstəyə bu və ya digər tibbi proseduru tətbiq etməzdən öncə prosedur haqqında, onun təsiri, mümkün ağırlaşmaları və yan təsirləri haqqında məlumat verməlidirlər. Plastik cərrahi əməliyyatlara gəldikdə isə, plastik cərrahiyyənin əsas məqsədi ilk növbədə anadangəlmə qüsurlar, müxtəlif travmalar və ya yanıqlardan sonra insan bədənində yaranan qüsurlar və ya deformasiyaların aradan qaldırılmasıdır. Bu əməliyyatlar insanların həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədini daşıyır. Plastik cərrahiyyənin bir hissəsi olan estetik cərrahiyyənin böyük qismi isə, təəssüf ki, hazırda daha çox insanların dərisində yaşla bağlı fizioloji dəyişikliklərin aradan qaldırılması, bədən hissələrini şəkilləndirilməsi, "gözəllik etalonlarına" uyğunlaşdırılması və bu kimi əməliyyatları əhatə edir. Yəni, əslində hər hansı bir tibbi göstəriş olmadan cərrahi müdaxilə tətbiq edilir.

Hüquqi baxımdan buna hər hansı qadağa yoxdur, lakin əhali arasında gözəllik, təbiilik və insanların özünəməxsusluğun vacibliyi haqqında yalnız həkimlər deyil, bütün cəmiyyət institutlarının iştirakı ilə maarifləndirmə aparılmalıdır. Burada medianın da rolu vacibdir".

Azərbaycanlı aktyorun lüks maşınının fantastik qiyməti like
  • 09 Yan 19:10  
Şou-biznes Azərbaycanlı aktyorun lüks maşınının fantastik qiyməti

Azərbaycan şou-biznesi növbəti dəfə bahalı həyat tərzi ilə gündəmə

arrow Ətraflı
"Ağlayan keks" resepti like
  • 09 Yan 19:00  
Digərləri "Ağlayan keks" resepti

Son.az ağlayan keks adlandırılan islaq keksin reseptini təqdim edir:

arrow Ətraflı
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxundu like
  • 09 Yan 18:58  
Digərləri Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxundu

Dövlətə xəyanətdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkə

arrow Ətraflı
Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirini dialoqa çağırdı like
  • 09 Yan 18:52  
Siyasət Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirini dialoqa çağırdı

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın bu gü

arrow Ətraflı
Şirkət vergi borcunu ödəmək üçün vəsait axtarır  Əmlak kompleksini satacaq like
  • 09 Yan 18:44  
Digərləri Şirkət vergi borcunu ödəmək üçün vəsait axtarır Əmlak kompleksini satacaq

"Ağstafa Sənaye Kombinatı" Açıq Səhmdar Cəmiyyətinin səhmdarl

arrow Ətraflı
Müdafiə Nazirliyi partlayış səsləri ilə bağlı məlumat yaydı like
  • 09 Yan 18:38  
Digərləri Müdafiə Nazirliyi partlayış səsləri ilə bağlı məlumat yaydı

Plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsı

arrow Ətraflı
Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunan gecə təqdim edildi like
  • 09 Yan 18:35  
Kriminal Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunan gecə təqdim edildi

Beynəlxalq Muğam Mərkəzində "Nadir muğam ifaçıları" layihəsi

arrow Ətraflı
Əsma Əsəd Britaniya kəşfiyyatına işləməkdə şübhəli bilinir like
  • 09 Yan 18:25  
Dünya Əsma Əsəd Britaniya kəşfiyyatına işləməkdə şübhəli bilinir

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd B

arrow Ətraflı
Mingəçevirdə güclü partlayış səsi eşidildi like
  • 09 Yan 18:19  
Digərləri Mingəçevirdə güclü partlayış səsi eşidildi

Mingəçevir şəhərində güclü partlayış olub.

arrow Ətraflı
Bakıda "avtoşluq" edən tələbə həbs edildi like
  • 09 Yan 18:19  
Digərləri Bakıda "avtoşluq" edən tələbə həbs edildi

Bakıda "Mercedes Benz CLS 55 AMG Minik" markalı avtomobillə avtoxul

arrow Ətraflı
Bir çox ölkələr çörək əvəzinə bunu yeyirlər like
  • 09 Yan 18:11  
Digərləri Bir çox ölkələr çörək əvəzinə bunu yeyirlər

Maniok, xüsusilə Cənubi Amerikada geniş istifadə olunan və çörək əvəz

arrow Ətraflı
Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng edib like
  • 09 Yan 18:02  
Siyasət Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng edib

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbay

arrow Ətraflı
"Meta" sosial şəbəkələrdəki qadağaları yumşaldır like
  • 09 Yan 17:47  
Digərləri "Meta" sosial şəbəkələrdəki qadağaları yumşaldır

"Meta Platforms"un həmtəsisçisi Mark Zukerberq "Facebook"

arrow Ətraflı
Kanadadan İrana tələb  Ukrayna təyyarəsinin vurulmasını öz üzərinə götür like
  • 09 Yan 17:31  
Dünya Kanadadan İrana tələb Ukrayna təyyarəsinin vurulmasını öz üzərinə götür

"İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti öz üz

arrow Ətraflı