Qərbi azərbaycanlıların qayıdış tələbi beynəlxalq təşkilatların gündəliyində yer almalıdır


Digərləri 09 Yan 2025 12:14:00 66 0

Qərbi azərbaycanlıların qayıdış tələbi beynəlxalq təşkilatların gündəliyində yer almalıdır

Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı onların qaçılmaz hüququdur və beynəlxalq birlik bu məsələyə biganə qalmamalıdır.

Prezident İlham Əliyevin apardığı siyasətin prioritet ideoloji xətlərindən biri olmaqla Qərbi Azərbaycan məsələsi bu gün beynəlxalq gündəlikdə daha çox aktuallıq qazanır.

Azərbaycan bu məsələdə tarixi tədqiqatlar, hüquqi əsaslandırmalar, beynəlxalq təşəbbüslər və diplomatik təzyiq kimi çox komponentli yanaşma tətbiq edir. Belə kompleks yanaşma ideoloji xəttin davamlılığını təmin etməklə yanaşı, Azərbaycanın haqlı tələblərinin beynəlxalq səviyyədə tanınmasını gücləndirir. Keçmişdə baş verənlərin dərindən təhlili və elmi bazanın formalaşdırılması deportasiyaya və etnik təmizləməyə məruz qalmış yüz minlərlə qərbi azərbaycanlıların hüquqlarının müdafiəsinə yönəlmiş gələcək fəaliyyətlər üçün zəmin yaradır.

Problemin həllində ən mühim addımlardan biri Qərbi Azərbaycandan olanların ictimai təşkilatlarının vahid Qərbi Azərbaycan İcması altında birləşdirilməsi oldu.

Sözügedən addım həm təşkilati, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, yeni struktur səylərin təmərküzləşməsinə, fəaliyyətlərin əlaqələndirilməsinə və problemin həlli üçün sistemli yanaşma tətbiqinə şərait yaradılıb.

İcma yalnız daxili konsolidasiyanı həyata keçirməklə kifayətlənməyib, eyni zamanda Qərbi Azərbaycan məsələsini beynəlxalq gündəmə çıxarmaq üçün fəal iş aparır. Bu, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi və təminatı qurumlarının, xarici hökumətlərin və geniş ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Artıq hər keçən gün bu məsələnin yalnız milli faciə deyil, həm də insan hüquqlarının müdafiəsi baxımından beynəlxalq çağırış olduğu anlayışı daha da güclənir. Azərbaycan açıq şəkildə bəyan edir: qərbi azərbaycanlıların öz doğma, tarixi torpaqlarına qayıdışının təmin olunması onların fundamental hüququdur və qaçılmaz prosesdir.

Bu hüquq müzakirə mövzusu ola bilməz, çünki o, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Qaçqınların Statusu haqqında Konvensiya və digər beynəlxalq hüquqi sənədlərdə dəqiq təsbit olunub.

Azərbaycan hazırda Ermənistandan beynəlxalq hüquq normalarına uyğun aydın, konkret, məntiqi və şəffaf mövqe gözləyir. Bakı Ermənistan rəhbərliyindən soydaşlarımızın tarixi torpaqlarına qayıdış hüququnun tanınması, Qərbi Azərbaycana dönəcək şəxslər üçün təhlükəsizlik təminatlarının verilməsi, infrastrukturun bərpası və qayıdışın gerçəkləşəcəyi ərazilərdə normal həyat üçün şəraitin yaradılması kimi konkret addımların atılmasını tələb edir.

Qərbi Azərbaycanda soydaşlarımızın deportasiyaya və etnik təmizlənməyə məruz qalmazdan öncə yaşadıqları kəndlərin tam əksəriyyəti tamamilə boşdur. Vaxtilə çiçəklənən bu torpaqlar indi viranə qalaraq cansız ərazilərə çevrilib. Həmin torpaqlar öz qanuni sakinlərindən məhrum edilib, infrastrukturu məhv olunub, inkişaf potensialı isə tamamilə itirilib. Ermənistan bu ərazilərin taleyi barədə danışmaqdan şüurlu şəkildə yayınaraq, orada azərbaycanlıların mövcudluğu haqqında xatirələri silməyə, tarixi faktları yox etməyə, abidələri və izləri büsbütün məhv etməyə çalışır. Amma reallığı danmaq mümkün deyil: həmin torpaqlar zorakılıq və etnik təmizləmə təhdidi ilə oradan çıxarılmış azərbaycanlılara məxsusdur.

Azərbaycan xalqı və hakimiyyəti Ermənistanın baş nazirini Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə birbaşa dialoqa çağırır. Bu addım Avropa standartlarına uyğun hərəkət etdiyini iddia edən bir ölkə üçün məntiqli olardı.

Bu bürclər keçmiş sevgililəri ilə barışacaq like
  • 09 Yan 12:08  
Digərləri Bu bürclər keçmiş sevgililəri ilə barışacaq

2025-ci ildə hansı bürclərin keçmiş sevgililərlə barışmaq ehtimalı da

arrow Ətraflı
Avropa İttifaqının Bakı səhvləri: Brüssel yanlış yoldan əl çəkəcəkmi? like
  • 09 Yan 12:02  
Siyasət Avropa İttifaqının Bakı səhvləri: Brüssel yanlış yoldan əl çəkəcəkmi?

Diplomatiyanın təzyiq vasitəsinə çevrildiyi, bəyan edilən neytrallığın

arrow Ətraflı
Səfərbərliyin 249 əməkdaşı məsuliyyətə cəlb edilib like
  • 09 Yan 11:59  
Digərləri Səfərbərliyin 249 əməkdaşı məsuliyyətə cəlb edilib

2024-cü ildə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib

arrow Ətraflı
Qumralın başına iş gəldi: üzü "dondu"  VİDEO like
  • 09 Yan 11:53  
Şou-biznes Qumralın başına iş gəldi: üzü "dondu" VİDEO

Müğənni Qumral Musayeva paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Kişi və qadın beyinləri fərqli imiş  Sübut olundu like
  • 09 Yan 11:52  
Digərləri Kişi və qadın beyinləri fərqli imiş Sübut olundu

Kembric Universiteti tərəfindən aparılan yeni araşdırma kişi və qadın

arrow Ətraflı
Küveyt Əmiri İlham Əliyevə başsağlığı verdi like
  • 09 Yan 11:50  
Siyasət Küveyt Əmiri İlham Əliyevə başsağlığı verdi

Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Prezid

arrow Ətraflı
Məşhur "Hollywood" yanır  VİDEO  FOTO like
  • 09 Yan 11:46  
Dünya Məşhur "Hollywood" yanır VİDEO FOTO

Kaliforniyada baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində &q

arrow Ətraflı
940 min manatın ələ keçirilməsi ilə bağlı Rəsmi AÇIQLAMA like
  • 09 Yan 11:41  
Kriminal 940 min manatın ələ keçirilməsi ilə bağlı Rəsmi AÇIQLAMA

Baş Prokurorluqdan vətəndaş Solmaz Zeynalovanın müraciəti ilə bağlı a�

arrow Ətraflı
Fransada Xamenei, Putin və Kim Çen Inın fotoları təhqir olundu like
  • 09 Yan 11:40  
Dünya Fransada Xamenei, Putin və Kim Çen Inın fotoları təhqir olundu

Fransadan beynəlxalq siyasi qalmaqala səbəb ola biləcək görüntü yayılı

arrow Ətraflı
Mərhum şahmatçı Vüqar Həşimovun atası dəfn edilir like
  • 09 Yan 11:19  
Digərləri Mərhum şahmatçı Vüqar Həşimovun atası dəfn edilir

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov

arrow Ətraflı
Bu dəfə məktəbdə şagirdlər yox, valideynlər dalaşdı like
  • 09 Yan 11:12  
Digərləri Bu dəfə məktəbdə şagirdlər yox, valideynlər dalaşdı

Sosial şəbəkələrdə 158 saylı məktəbin həyətində valideynlər arasın

arrow Ətraflı
Xaricdən avtomobil gətirmək istəyənlərə ŞAD XƏBƏR like
  • 09 Yan 11:11  
Digərləri Xaricdən avtomobil gətirmək istəyənlərə ŞAD XƏBƏR

Avtomobil gətirən şəxslər istəyirlər ki, xaricdən gələn avtomobilin x�

arrow Ətraflı
İdman Akademiyasında 100ə yaxın işçi vəzifəsindən azad edilib?  AÇIQLAMA like
  • 09 Yan 11:08  
Digərləri İdman Akademiyasında 100ə yaxın işçi vəzifəsindən azad edilib? AÇIQLAMA

Mətbuatda Azərbaycan İdman Akademiyasında (AİA) kütləvi ixtisarlar aparı

arrow Ətraflı
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat etdi  FOTO like
  • 09 Yan 11:05  
Digərləri Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat etdi FOTO

Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Almaz Bağırova vəfat edib.

arrow Ətraflı