"Prezident xarici ölkələrlə bağlı bu mesajları verdi" Politoloq
Digərləri 08 Yan 2025 18:00:00 94 0
"Prezident İlham Əliyev TV kanallarına verdiyi geniş müsahibəsində çox vacib məqamlara toxundu. Xarici siyasət və Azərbaycanın təhlükəsizliyi ilə bağlı açıqlamaları Azərbaycan dövlətinin gələcəklə bağlı sistemli baxış bucağının olduğunu göstərdi. Türkiyə ilə münasibətlər prioritetdir və bu dövlətin uğurları, həm də, Azərbaycanın uğurlarıdır. Suriyada R.T.Ərdoğanın məqsədinə çatmasından sonra ölkəmiz Ankaranın yanında olan ilk dövlət oldu və Türkiyənin xahişi ilə ərəb dövlətinə hümanitar yardım göndərdi".
Bu xəbəri də oxu: AZAL bu istiqamətdə uçuşları dayandırdı
Son.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, Türkiyə haqqında danışan Azərbaycan prezidenti bir neçə dəfə Yaxın Şərqdə Fələstin dövlətinin qurulmasının vacibliyindən danışdı və İslam həmrəyliyinin xarici siyasətimizdə o coğrafiya ilə bağlı əsas meyar olduğunu göstərdi.
"Bəzilərinin Azərbaycan və Türkiyə arasında müəyyən məsələlərlə bağlı ziddiyyətlərin olduğunu deməkləri fonunda Prezidentin çıxışı göstərdi ki, rəsmi Bakı və Ankara arasında bu gün heç bir məsələ ilə bağlı ziddiyyət yoxdur, əksinə son bir neçə həftə ərzində region ətrafında baş verənlərlə bağlı yeni mövzulara dair sıx uzlaşma mövcuddur. Hətta o qədər sıx uzlaşma kı, 2025 - ci il ərzində Bakı və Ankaranın regional proseslərlə bağlı yeni hədəflərə çatacaqlarına şahidlik edə bilərik.
Bəlkə də ilk dəfə olaraq İranın təkcə siyasi hakimiyyətinin deyil, həm də, dini hakimiyyəti haqqında konkret tənqid ifadə edildi. Azərbaycan haqlıdır. İranda dövlətin əsas təməlini təşkil edən klerikal qrup 44 günlük müharibədən sonra həmin vaxta qədər olduğu kimi Xankəndi və ətraf rayonlardakı erməni separatçılara pulsuz kerosin satmaqla məşqul idi. Daha sonra İranda kimə yaxınlığı məlum olan hərbi dəstənin sərhədlərimiz yanında bizi təhdid etmələri, səfirlikdə məlum cinayətin hələ də aqibətinin məlum olmaması ikitərəfli münasibətlərin dəhşətli səhifələridir. Prezident İlham Əliyevin ilk dəfə olaraq İranın keçmiş XİN rəhbərinin ona verdiyi sözün hələ də yerinə yetirilməməsi, eyni zamanda cinayətkarın edamının vacib olmasını qeyd etməsi Tehrana bir ismarıcdır. Eyni zamanda, Azərbaycan prezidenti çıxışı zamanı Ərdəbil mollası ilə bağlı şərhi və onun kim tərəfindən təyin edilməsinin hamıya bəlli olmasını qeyd etməsi son təhqirin unudulmayacağının göstəricisidir. Təhqir - ədəbsizlikdir və zəiflikdir və cənub qonşumuz nəhayət başa düşməlidir ki, Azərbaycan heç kimdən qorxmur. İranla bağlı çıxışında Prezidentin yeni hakimiyyətlə münasibətlərin necə olacağı ilə bağlı "bunu gələcək göstərəcək" deməsi, rəsmi Bakının Tehranda rasional fikirlilərin üstünlük təşkil edəcəyinə ümid etməsini göstərir. Bu çıxışdan sonra top Pezeşkiandadır. Bəlkə o İranın Qafqazla bağlı siyasətinə təsir edə bilər. Həm səfirlikdə cinayət törətmiş şəxsin cəzalandırılması, həm də, Ərdəbil mollasının cəzalandırılması iki ölkə arasında münasibətlərin normallaşdırılmasına müsbət təsir etmiş olardı.
Prezident İlham Əliyev Ermənistandakı köhnə və yeni hakimiyyət arasında heç bir fərq qoymayaraq, bu dövlətin özlü - özlüyündə faşist təfəkkürlü olduğunu qeyd etdi. Məlum məsələdir ki, faşizmə bölgədə yer yoxdur və Petrosyanın 1993- cü ildəki çıxışının dünənlərdə ictimaiyyətə yayılması danışıqlar prosessində rəsmi Bakının mövqeyini gücləndirəcək. Ermənistan sülh istəmirsə, bizə də lazım deyil. Ermənistan qarşısında duran vəzifələri yerinə yetirməyi vacib bilmirsə, bunu Azərbaycan öz bildiyi formada edəcək.
Təkcə azərbaycanlılar Zəngəzura qayıtmayacaqlar, Azərbaycan Zəngəzuruna qayıdacaq. İndiki Ermənistan ərazisi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır və qayıdış qaçılmazdır. Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ regionları vahid region kimi olmalıdırlar. Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasının da zəruri olduğunu qeyd etməsi, Bakıda bu torpaqlarla bağlı strateji planın olduğunu göstərir. ABŞ ilə münasibətlər haqqında danışarkən Prezident İlham Əliyev oradakı siyasi elitaları bizə olan münasibətlərinə görə yaxşılara, normallara və pislərə böldü. Görünən odur ki, Bayden administrasiyası ilə münasibətlər artıq geridə qaldı. Yeni dövrə isə, ümidlər var. Tramp dövründə ABŞ-ın Cənubi Qafqaz və Azərbaycana yanaşmasında bərabər hüquqluluq, daxili işlərə qarışmamaq əsas prioritetlər kimi nəzərdən keçirilməlidir. Eyni sözləri Azərbaycan və Aİ arasında münasibətlər haqqında demək olar. 2024 - cü ildə ermənipərəst siyasət aparan Avropa institutlarında seçkilərdən sonra yeni dönəm başlayır və yeni elitalardan bölgə ilə bağlı adekvat addımların atılması gözlənilir. Əgər bu atılacaqsa, ikitərəfli münasibətlərdə yaxınlaşma olacaq, əgər köhnə siyasət davam edəcəksə, bu onların özlərinin əleyhinə olacaq".
Beləliklə, Prezident İlham Əliyev çıxışında onun üçün milli maraqların, dövlətin maraqlarının hər şeydən üstün olduğunu bir daha bəyan etdi və bu maraqların həyata keçməsi üçün məqsədyönlü konseptual iş aparıldığını və aparılacağını göstərmiş oldu.
Asya Son.az
Bildiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli te
Fransa prezidenti Emmanuel Makronun beynəlxalq hüququn qorunması ilə bağlı
Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq.
Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, bankın
İtaliyanın Belkastro kəndində sakinlərə "təcili tibbi yardım tələ
Misirdə şagirdlər tərəfindən təbrik edilən bir müəllim ciddi yanıq x�
Telefonların batareyalarını 100%-ə qədər doldurmaq və tamamilə boşaltma
İranın şimalındakı Gilan əyalətində 800 km-dək radiusda fəaliyyət gö
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tari
Yanvarın 2-də vəfat edən məşhur sənətçi Ferdi Tayfurun vəkili Hakan Ta
Bursanın Yenişehir rayonunda xüsusi uçuş məktəbinə məxsus təlim təyya
Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahıs�
Xəbər verdiyimiz kimi, bir müddət öncə gömrüyün həyətində xarici öl
Peyvədlənmə epdiemik hal olmazdan öncə aparılmalıdır.