"Bu artıq ajiotaj deyil, ermənilər qorxuya düşüblər" Yunus Oğuz
Siyasət 08 Yan 2025 17:52:00 86 0
Bildiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibə verib. Jurnalistlərin müxtəlif sahələrdə suallarını cavablandıran Prezident Ermənistanın regionda dayanıqlı sülhə təhdid olduğunu bildirib. Prezidentin müsahibəsi Ermənistanın müxtəlif xəbər seqmentlərində və sosial platformalarında geniş müzakirə olunub. İlham Əliyevin müsahibəsindəki mesajlar erməni xislətinə uyğun olaraq hədə kimi qiymətləndirilib və hətta müəyyən mənada ajiotaj yaradıb. Son.az olaylar.az-a istinadən xəbər verir ki, "Olaylar" qəzetinin baş redaktoru, siyasi şərhçi Yunus Oğuz bildirib ki, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Ermənistanla bağlı səsləndirdiyi fikirlərdə heç bir hədə yoxdur:
Bu xəbəri də oxu: Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur?
"Sadəcə, cənab Prezident bir daha vurğulayıb ki, 10 noyabr 2020-ci ildə atdığın imzaya hörmət elə.Mahiyyət ondan ibarətdir ki, Zəngəzur dəhlizi açılmalı, iki dövlət arasında sülh müqaviləsi bağlanmalıdır. Bu fikirlər Ermənistanda ona görə ajiotaj yaradıb ki, 4 ildən artıqdır ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını uzadır. Çünki, Ermənistanın havadarları olan Fransa, Amerika və hətta Rusiya inkan vermir ki, iki dövlət arasında vasitəçisiz müqavilə bağlansın. Bu baxımdan Ermənistanda təşvişin yaranması normaldır. Ona görə ki, canlarında müharibə qorxusu var. Əgər belədirsə, ilk növbədə Zəngəzur dəhlizi açılmalıdır. Bununla 10 noyabrda imzalanan sənədə hörmət etmiş olurlar. Onsuz da gec, yaxud tez Zəngəzur dəhlizi açılacaq. Onda isə Ermənistan tamam başqa bir vəziyyətdə olacaq. Düşünürəm ki, Prezident bu məsələ ilə bağlı mövcud vəziyyəti ortalığa gətirib və bunu da öndə baş nazir olmaqla Ermənistanın yetkililəri təhlil etməli, tezliklə sülh müqaviləsi bağlayıb Zəngəzur dəhlizini açmalıdırlar".
Y.Oğuz əlavə edib ki, Ter-Petrosyanın çıxışı yayılandan sonra məlum oldu ki, 30 il ərzində Ermənistanı idarə edən insanlar tərərindən faşist ideologiyası həyata keçirilib:
"Erməni ictimaiyyəti də bunun fərqindədir. Faşist ideologiyası fonunda da ajiotaj yarana bilər. Ermənilər daha çox Azərbaycan kanallarını izləyirlər və bu kanallar vasitəsilə müəyyən nəticə çıxarırlar. Əslində Ter-Petrosyanın çıxışı Ermənistanı silkələməlidir, nəinki ajiotaj yaratmaq. Çünki, sübut olunur ki, Ermənistanın üç prezidentinin üçü də faşist ideologiyasını həyata keçirir, etnik təmizləmə ilə məşğuldu, torpaqları işğal ediblər. Bu da son nəticədə öz sözünü deyir. Bu artıq ajiotaj deyil, ermənilər qorxuya düşüblər".
Fransa prezidenti Emmanuel Makronun beynəlxalq hüququn qorunması ilə bağlı
Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq.
Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, bankın
İtaliyanın Belkastro kəndində sakinlərə "təcili tibbi yardım tələ
Misirdə şagirdlər tərəfindən təbrik edilən bir müəllim ciddi yanıq x�
Telefonların batareyalarını 100%-ə qədər doldurmaq və tamamilə boşaltma
İranın şimalındakı Gilan əyalətində 800 km-dək radiusda fəaliyyət gö
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tari
Yanvarın 2-də vəfat edən məşhur sənətçi Ferdi Tayfurun vəkili Hakan Ta
Bursanın Yenişehir rayonunda xüsusi uçuş məktəbinə məxsus təlim təyya
Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahıs�
Xəbər verdiyimiz kimi, bir müddət öncə gömrüyün həyətində xarici öl
Peyvədlənmə epdiemik hal olmazdan öncə aparılmalıdır.
Bu gün dünyada olduöu kimi ölkəmizdə də müxətlif növ yanacaq vaitəkə