Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 08 Yan 2025 20:50:00 65 0
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə "Bir millət, iki dövlət" prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.
Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji mütəffiqlik münasibətlərinin "Bir millət, iki dövlət" prinsipi ilə inkişaf etdiyini deyib, ölkələrimizin hər zaman bir-birinin yanında olduqlarını vurğulayıb.
Telefon söhbəti zamanı 2025-ci ildə iki qardaş ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin dövlət başçıları təmasların davam etdirilməsi məsələsini qeyd ediblər. Son.az
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayo
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporoje şəhərinə hava hücumu edib
Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü ba�
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları və beyn
Yanvarın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi
Qaz əti qədim dövrlərdə geniş yayılmış bir qida mənbəyi idi və sağl
Düşünürəm ki, 2025-ci ildə Trampın atacağı ilk addımlardan biri də İ
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən,
Ali təhsil müəssisələrində imtahan sessiyası başlayıb.
Bu gün Qazaxıstanın Almatı şəhərindən Türkiyənin Antalya şəhərinə
Bakıda Süleyman Tağızadə küçəsində yerləşən binalardan birində lift
Ermənistan Azərbaycanla onun bir hissəsi olan Naxçıvan arasında yolun aç�
Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə yeni direktor
Cinayətdə təqsirləndirilən Hindistan vətəndaşı Monakoya təhvil verilib