Mirzoyanın “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır XİN


Siyasət 08 Yan 2025 21:07:00 62 0

Mirzoyanın “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır  XİN

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 8 yanvar 2025-ci il tarixli mətbuat konfransında "Qərbi Azərbaycan İcması" və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır.

Son.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən mətbuat konfransı zamanı "Qərbi Azərbaycan İcması" ilə bağlı səsləndirilən iddialara dair şərhində deyib.

"Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib.

Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur.

Sonuncu deportasiya zamanı, guya azərbaycanlılara qarşı kompensasiya ödənildiyi, onların könüllü şəkildə əraziləri tərk etdikləri barədə Ermənistan xarici işlər nazirinin iddiaları da tamamilə əsassızdır. Yalnız 1987-1991-ci illərdə etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216 nəfər azərbaycanlının qətlə yetirilməsi faktları bir daha sübut edir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nə dərəcədə əzabla və qanla həyata keçirilib.

Qeyd edilənlər xüsusunda, Ermənistanın Azərbaycanın "Qərbi Azərbaycan İcması" ifadəsindən istifadə olunmasını "beynəlxalq hüquq pozuntusu", "ərazi iddiası" kimi təqdim etməsi riyakarlıqdır. Ermənistan rəsmilərinin azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu müxtəlif bəhanələrlə təkzib etməsi, Azərbaycan ərazilərini "erməniləşdirmək" və Azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədinin açıq-aşkar nümunəsidir.

Azərbaycanlıların bölgədə mövcudluğunu problem kimi təqdim etmiş, azərbaycanlılara qarşı etnik təmizləməni və Azərbaycan ərazilərinin işğalını "600 illik problemin həlli" olduğunu bildirmiş keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyanın və sonrakı digər erməni liderlərinin səsləndirdikləri fikirlər və yürütdükləri siyasət göstərib ki, irqçi-şovinist milli məfkurəsi hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib.

Qeyd edilənlərlə yanaşı, 2020-ci il müharibəsindən sonra Azərbaycanda silahlı qüvvələrini çıxarmaqdan imtina etmiş, erməni sakinlərin yerləşdiyi ərazilərdə hərbiləşmə siyasətini və qeyri-qanuni fəaliyyətini davam etdirmiş, erməni sakinlərin Azərbaycana reinteqrasiyası prosesinə mane olmuş Ermənistanın indi beynəlxalq hüquqdan danışması absurddur.

Ermənistan tərəfi indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş "Qərbi Azərbaycan İcmasının" nümayəndələrinin hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Ermənistanın "etnik uyğunsuzluq" konsepsiyasından və "etnik təmizləmə əsasında monoetnik dövlət titulu"ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi məhz "Qərbi Azərbaycan İcmasının" üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər", - Xİn rəsmisi bildirib. Son.az

Azərbaycanda 9 milyonluq şirkət bağlanır like
  • 08 Yan 21:05  
Digərləri Azərbaycanda 9 milyonluq şirkət bağlanır

"Gradus Holding" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunur.

arrow Ətraflı
"Uzak şehir"də yeni sima like
  • 08 Yan 20:59  
Şou-biznes "Uzak şehir"də yeni sima

"Uzak şehir" serialına yeni aktyor daxil olacaq.

arrow Ətraflı
Bölgəmizdə daha yaxşı gələcək qura bilərik  Fidan like
  • 08 Yan 20:52  
Dünya Bölgəmizdə daha yaxşı gələcək qura bilərik Fidan

"Türkiyə, Yunanıstan, Şimali Kipr Türk Cumhiriyyəti (ŞKTC) və Yunan

arrow Ətraflı
Ərdoğan İlham Əliyevə zəng edib like
  • 08 Yan 20:50  
Siyasət Ərdoğan İlham Əliyevə zəng edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də

arrow Ətraflı
Bakıda restoranda saxta alkoqollu içkilər aşkarlandı like
  • 08 Yan 20:45  
Digərləri Bakıda restoranda saxta alkoqollu içkilər aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayo

arrow Ətraflı
Rusiya Zaporojeyə hücum etdi  ölən və yaralananlar var like
  • 08 Yan 20:36  
Dünya Rusiya Zaporojeyə hücum etdi ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporoje şəhərinə hava hücumu edib

arrow Ətraflı
AZAL bu istiqamətdə uçuşları dayandırdı like
  • 08 Yan 20:32  
Digərləri AZAL bu istiqamətdə uçuşları dayandırdı

Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi

arrow Ətraflı
Zaqatalada daha bir azyaşlı ölüb like
  • 08 Yan 20:25  
Digərləri Zaqatalada daha bir azyaşlı ölüb

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü ba�

arrow Ətraflı
Milli Məclis Ermənistana təzyiq etməyə çağırdı like
  • 08 Yan 20:20  
Siyasət Milli Məclis Ermənistana təzyiq etməyə çağırdı

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları və beyn

arrow Ətraflı
Nə quzu, nə də toyuq! Qədimlər bunu yedilər və... like
  • 08 Yan 20:13  
Digərləri Nə quzu, nə də toyuq! Qədimlər bunu yedilər və...

Qaz əti qədim dövrlərdə geniş yayılmış bir qida mənbəyi idi və sağl

arrow Ətraflı
İran 120 minlik ordu ilə kimə meydan oxuyur? like
  • 08 Yan 20:07  
Digərləri İran 120 minlik ordu ilə kimə meydan oxuyur?

Düşünürəm ki, 2025-ci ildə Trampın atacağı ilk addımlardan biri də İ

arrow Ətraflı
Gürcüstanda matəm elan edildi like
  • 08 Yan 19:54  
Digərləri Gürcüstanda matəm elan edildi

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən,

arrow Ətraflı
Azərbaycanda ötən il universitetlərdən xaric edilən tələbələrin sayı like
  • 08 Yan 19:48  
Digərləri Azərbaycanda ötən il universitetlərdən xaric edilən tələbələrin sayı

Ali təhsil müəssisələrində imtahan sessiyası başlayıb.

arrow Ətraflı
Türkiyəyə uçan təyyarə Aktauda təcili eniş etdi like
  • 08 Yan 19:42  
Dünya Türkiyəyə uçan təyyarə Aktauda təcili eniş etdi

Bu gün Qazaxıstanın Almatı şəhərindən Türkiyənin Antalya şəhərinə

arrow Ətraflı