"La Gazette du Caucase" Makronun riyakarlığını ifşa edib
Dünya 08 Yan 2025 17:50:00 79 0
Fransa prezidenti Emmanuel Makronun beynəlxalq hüququn qorunması ilə bağlı bəyanatı getdikcə farsa çevrilir. Fransız prezident tez-tez qlobal ədalətə olan sədaqətindən dəm vursa da, onun hərəkətləri və bəyanatlarında açıq-aydın ikili standartlar özünü büruzə verir.
Bu xəbəri də oxu: Rusiya ilə sərhədini bağlı saxlayacaqlar
Son.az-ın Trend-ə istinadən xəbərinə görə, Fransanın "La Gazette du Caucase" onlayn nəşrində dərc olunmuş məqalədə qeyd olunur ki, Makronun ritorikası, ələlxüsus da Azərbaycanla bağlı bəyanatları - öz mövqeyini sarsıdan narahatedici faktları görməzdən gəlməklə, beynəlxalq arenada əxlaqi lider obrazı yaratmaq cəhdidir.
"Makron dünya liderlərinə qarşı təkəbbürlü davranışları ilə məşhurdur. Onun 2017-ci ildə "Burkina-Faso prezidenti kondisoner təmir etməyə gedib" replikası, Makronun Afrika ölkələrinə qarşı himayədar münasibətinin bariz nümunəsidir. Hərçənd onun məhz Azərbaycana olan münasibəti fransalı prezidentin riyakarlığının dərinliklərini açıq-aydın şəkildə faş edir", - nəşr yazır.
"La Gazette du Caucase"in yazdığına görə, Makronun Azərbaycandakı erməni separatçılara qeyd-şərtsiz dəstək göstərməsi onun yürütdüyü xarici siyasətin məntiqi ilə bağlı bir sıra suallar doğurur. Ermənistana Fransa, Rusiya və İran kimi geosiyasi rəqiblər dəstək olduğundan, bu Makronun addımlarının ardıcıllığını şübhə altına alır.
Məqalə onun yanaşmasını tənqid edərək, onun Parisin "düşmən saydığı" ölkələrlə müttəfiq olan Ermənistana dəstək göstərməsini uyğunsuz hesab edir.
Bu arada, Makron öz təniqdlərini Azərbaycana, ələlxüsus da Fransanın dənizaşırı əraziləri ilə bağlı məsələyə təmərküzləşdirib. Onun bəyanatları rikayar olmaqdan savayı, beynəlxalq hüquqda real vəziyyətdən tamamilə uzaqdır. Makron Azərbaycanı, Yeni Kaledoniya kimi Fransanın ərazilərinə "qarışmaqda" ittiham edir, lakin eyni zamanda, Ermənistanın Azərbaycana qarşı beynəlxalq hüququn daha ciddi pozuntularını görməzdən gəlir.
Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq.
Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, bankın
İtaliyanın Belkastro kəndində sakinlərə "təcili tibbi yardım tələ
Misirdə şagirdlər tərəfindən təbrik edilən bir müəllim ciddi yanıq x�
Telefonların batareyalarını 100%-ə qədər doldurmaq və tamamilə boşaltma
İranın şimalındakı Gilan əyalətində 800 km-dək radiusda fəaliyyət gö
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tari
Yanvarın 2-də vəfat edən məşhur sənətçi Ferdi Tayfurun vəkili Hakan Ta
Bursanın Yenişehir rayonunda xüsusi uçuş məktəbinə məxsus təlim təyya
Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahıs�
Xəbər verdiyimiz kimi, bir müddət öncə gömrüyün həyətində xarici öl
Peyvədlənmə epdiemik hal olmazdan öncə aparılmalıdır.
Bu gün dünyada olduöu kimi ölkəmizdə də müxətlif növ yanacaq vaitəkə
Kamera və Orqan Musiqisi Zalında "Üç gözəlin bir arzusu" adlı k