Nelson Mandelanın nəvəsi oğurluğa görə saxlanıldı
Dünya 09 Yan 2025 08:08:00 164 0
Cənubi Afrika polisi çərşənbə günü beş nəfəri, o cümlədən keçmiş Prezident Nelson Mandelanın nəvəsini avtomobil qaçırma və icazəsiz odlu silah saxlama ittihamı ilə həbs edib.
Bu xəbəri də oxu: "Devrilməyimə nə qədər pul qoyulduğunu öyrənəndə heyrətləndim"
Son.az bildirir ki, Johannesburq Metro Polis İdarəsinin (JMPD) sözçüsü Xolani Fihla Anadolu agentliyinə bildirib ki, JMPD-nin taktiki reaksiya qrupu avtomobil izləmə şirkətindən qaçırılmış avtomobilin yerini müəyyən edən məlumat alıb.
Fihlanın sözlərinə görə, polis hadisə yerinə - Johanesburqda Houghton mülkündə yerləşən keçmiş liderin evinə gəldikdə, oğurlanmış ağ rəngli Toyota Corolla avtomobili tapılıb.
Avtomobilin çərşənbə günü səhər Johanesburq şəhərindəki Louis Botha Avenue-də, Oaklands ərazisində qaçırıldığı bildirilib. Evdə olan dörd kişi və bir qadın həbs olunub və onların məhkəmə qarşısına çıxacağı gözlənilir.
"Əraziyə aparılan sonrakı axtarışlar nəticəsində bir ədəd qeyri-qanuni odlu silah aşkarlanıb. İlkin məlumatlara görə, qadın həmin ərazidə ev kirayələyir və saxlanılan dörd nəfərin hamısı ilə tanışdır. Dörd şübhəlidən birinin Mandela nəvəsi olduğu iddia edilir," - deyə Fihla bildirib.
O, avtomobil qaçırma hadisəsinin qurbanının sağ-salamat olduğunu və zərər çəkmədiyini qeyd edib. Lalə Qüdrətova Son.az
ABŞ prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən

Ukrayna Prezidenti Volodimir Zelenski ATƏT-in fəaliyyətdə olan sədri və Fi

Təbii və dadlı məhsul seçməyə kömək edəcək əsl sağlam kolbasanın b

Matəm günü ilə əlaqədar bütün Gürcüstan ərazisində dövlət bayraqla

Gürcüstanda prezidentlik müddəti başa çatdıqdan sonra Salome Zurabişvili

Bəzi çaylar yanlış istifadə edildikdə və ya həddindən artıq istehlak e

30 manatdan 80 manata qədər pul vəsaiti qarşılığında başqalarının sos

"Oğluma toy edəndə ailəmə, qonaqlara layiq insanları çağırmalıyam

Ukrayna Prezidenti Volodimir Zelenski ikinci dəfə dövlər başçısı postuna

Arktika və Antarktidada aylarla günəş çıxmır. Belə təsəvvür yarana bi

2023-cü ildə Azərbaycanda ana ölümlərinin səviyyəsi 2022-ci illə müqa

Müğənni Aysun İsmayılova doğum gününü qeyd edib.
