Ölkəyə "leş" gəlib, "bez kraska" adı ilə satılan avtomobillər ALDANA BİLƏRSİNİZ
Digərləri 08 Yan 2025 15:50:00 76 0
Xəbər verdiyimiz kimi, bir müddət öncə gömrüyün həyətində xarici ölkələrdən yararsız vəziyyətdə gətirilmiş avtomobillərin görüntüləri müzakirə səbəb olmuşdu.
Bu xəbəri də oxu: Pensiya alan qadınlara pis xəbər – İyuldan...
Son.az bildirir ki, el arasında "leş" adlanan bu maşınların ölkəyə aşmış, yanmış, tamamilə yararsız vəziyyətdə gətirilməsi narazılıq yaratmışdı.
İzləyicilər şərhlərdə "Belə maşınlar Bakıya niyə gətirilir?" , "Bir- iki ay sonra "bezkraska" adı ilə satacaqlar", "Alverçilər Bakının avtomobil bazarını zibilliyə döndəriblər" tipli şərhlər yazıblar.
Azərbaycana ili köhnə avtomobillərin gətirilməsi qadağan edilsə də, avtomobilin vəziyyəti barədə hər hansı tələb yoxdur.
Bəs bu maşınlar hansı məqsədlə gətirilir?
Ekspert Eldəniz Cəfərov Son.az-a açıqlama verərək bildirib ki, bu modellər əsasən ölkəyə ehtiyat hissəsi kimi gəlir. Elə avtomobil markaları və modelləri var ki, artıq istehsal olunmur. Ona görə dünyanın hər bir yerində ölkəyə belə maşınlar idxal olunur. Düzdü, bəzən insanlar bu tip modelləri tək ehtiyat hissəsi kimi deyil, həm də təmir edib istifadə edirlər. Bu maşınların yenidən təmir olunub vətəndaşın aldadılması isə artıq problemdir.
Bəs vətəndaş necə aldanmasın?
Ekspert bildirib ki, bununla bağlı ölkədə vahid bir portal olmalıdır. Bu portalda ölkəyə idxal olunan avtomobillər hansı vəziyyətdədirsə, o portal vasitəsi ile tanış ola bilerler. Daha sonra avtomobili alan şəxs o portal vasitəsi ilə avtomobilin ilkin versiyasından hazırki versiyasına kimi məlumatları ilə tanış ola bilərlər.
Aysel Əkbər Son.az
Peyvədlənmə epdiemik hal olmazdan öncə aparılmalıdır.
Bu gün dünyada olduöu kimi ölkəmizdə də müxətlif növ yanacaq vaitəkə
Kamera və Orqan Musiqisi Zalında "Üç gözəlin bir arzusu" adlı k
Hazırda rast gələn mövsümi viruslara fəsli qrip (İnflyuenza A) və digər
Pizza Hut və KFC-nin Türkiyə üzrə franşiza müqaviləsi ləğv edilib.
"Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qay
Novruzun ilk çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre
Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əs
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Avropa �
Məşhur mesajlaşma tətbiqi "WhatsApp" istifadəçilərini yeni və
Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital"ın mühafizəçis