Azərbaycanda kreditlərlə bağlı qaydalar DƏYİŞDİ


Digərləri 08 Yan 2025 15:20:00 60 0

Azərbaycanda kreditlərlə bağlı qaydalar DƏYİŞDİ

"Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur. Bununla belə, bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər də tətbiq edir. Belə ki, banklar kredit portfelinin 10%-dən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit təklif edə biləcək. Eyni zamanda, davranış modeli əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10%-nə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq".

Bu xəbəri də oxu: Bu məhsul bahalaşdı

Son.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, bu modelin tətbiqinə başlanılması iki vacib məsələni aktuallaşdırır: Birincisi, Azərbaycan bankları bu modelin tətbiqinə hazırdırlarmı? İkincisi, bu modelin tətbiqi borclanma risklərini artıra bilərmi və eləcə də kreditləşmədə məhdudiyyətlərə səbəb olarmı?

O bildirib ki, davranış krediti modeli uzun müddətdir ki, inkişaf etmiş ölkələrdə tətbiq olunur:

"Rəsmi gəlirlər, ödəniş tarixi kimi statistik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model xərcləmə vərdişləri, əməliyyat tezliyi və rəqəmsal iz kimi dinamik dəyişənləri nəzərə alır. Bu zaman bank əməliyyatları, onlayn alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb olunur. Yəni vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit verilən zaman nəzərə alına bilir.

Digər tərəfdən, bu model dinamikdir, yeni məlumatlar əldə olunduqca kredit profillərini davamlı olaraq izləyir, yeniləyir və bununla da borcalanın maliyyə vəziyyətindəki dəyişikliklərə uyğunlaşır. Bu isə əsaslandırılmış model validasiyası tələb edir".

"Bu zaman ən ciddi çağırışlardan biri fərdlərin öz maliyyə davranışlarını manipulyasiya etmə cəhdləridir. Bunun qarşısının alınması üçün isə modelin güclü alqoritmləri və dəyişənlərdən istifadəsinə ehtiyac var. Bu baxımdan, bankların davranış modelinin tətbiqinə hazır olmasına və güclü qiymətləndirmə və izləmə elektron formullarından istifadəsinə ehtiyac var. Bu isə o deməkdir ki, modelin uğurlu tətbiqi bankların davranışlarından da asılı olacaq.

Digər məqam Azərbaycan Mərkəzi Bankının qərarı ilə bu model üzrə kreditləşməyə limitlərin müəyyənləşdirilməsidir. Bu məsələdə beynəlxalq praktikada fərqli yanaşmalar var. Amma ölkədə ümumi kredit portfelinin 27 milyard 368 milyon manat olduğunu nəzərə aldıqda orta hesabla üç milyard manata yaxın kredit bu model vasitəsilə təklif oluna bilər. Bununla yanaşı, model çərçivəsində təqdim olunan vəsaitlər üzrə problemli kreditin həcmi limiti keçdiyi halda modeldən istifadə dayandırılır. Bunun banklarda model vasitəsilə kreditləşməyə marağın azalmasına gətirib çıxarması da istisna deyil.

Bütövlükdə, davranış krediti modeli üzrə kreditlərin təklifi bank sektoru üçün yeni bir mərhələ olacaq. Bunun uğuru isə birbaşa bankların elmi və araşdırma potensialından asılı olacaq", - deyə deputat bildirib.

Novruz çərşənbələrinin tarixi açıqlandı like
  • 08 Yan 15:12  
Digərləri Novruz çərşənbələrinin tarixi açıqlandı

Novruzun ilk çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək.

arrow Ətraflı
Prezident İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib like
  • 08 Yan 14:59  
Siyasət Prezident İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
"Bizim ailədə hamı dəlidir" like
  • 08 Yan 14:58  
Kriminal "Bizim ailədə hamı dəlidir"

Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsir

arrow Ətraflı
Hüseyn Əsgərov işdən çıxarıldı like
  • 08 Yan 14:49  
Digərləri Hüseyn Əsgərov işdən çıxarıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əs

arrow Ətraflı
Vüqar Həşimovun atası vəfat etdi  FOTO like
  • 08 Yan 14:47  
Digərləri Vüqar Həşimovun atası vəfat etdi FOTO

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov

arrow Ətraflı
Prezident Maqdalena Qrononu qəbul edib like
  • 08 Yan 14:24  
Siyasət Prezident Maqdalena Qrononu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Avropa �

arrow Ətraflı
"Whatsapp"dan daha bir yenilik like
  • 08 Yan 14:22  
Digərləri "Whatsapp"dan daha bir yenilik

Məşhur mesajlaşma tətbiqi "WhatsApp" istifadəçilərini yeni və

arrow Ətraflı
Ağadadaş Ağayev mühafizəçi ilə barışdı  FOTOlar like
  • 08 Yan 14:13  
Şou-biznes Ağadadaş Ağayev mühafizəçi ilə barışdı FOTOlar

Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital"ın mühafizəçis

arrow Ətraflı
Azərbaycanda yeni doğulan körpə öldü like
  • 08 Yan 13:52  
Digərləri Azərbaycanda yeni doğulan körpə öldü

Zaqatalada yeni doğulan körpə ölümü baş verib.

arrow Ətraflı
Bu şəxslər yüksək məbləğdə cərimələnəcək like
  • 08 Yan 13:40  
Digərləri Bu şəxslər yüksək məbləğdə cərimələnəcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən ilin sonunda "Heyv

arrow Ətraflı
“5 saniyə fərqlə həyatda qaldım” like
  • 08 Yan 13:35  
Digərləri “5 saniyə fərqlə həyatda qaldım”

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Səbail rayonu Süleyman Tağıza

arrow Ətraflı
Delimitasiya ilə bağlı yeni görüşün tarixi məlum oldu like
  • 08 Yan 13:28  
Digərləri Delimitasiya ilə bağlı yeni görüşün tarixi məlum oldu

"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyas�

arrow Ətraflı
Deputatlarımız Həcc ziyarətində  VİDEO like
  • 08 Yan 13:27  
Digərləri Deputatlarımız Həcc ziyarətində VİDEO

Milli Məclisin deputatları Rəşad Mahmudov və Fazil Mustafa Ümrə ziyarəti

arrow Ətraflı
Türkiyəli müğənninin övladları arasında məzar daşı SAVAŞI  FOTO like
  • 08 Yan 13:21  
Şou-biznes Türkiyəli müğənninin övladları arasında məzar daşı SAVAŞI FOTO

Bir müddət öncə dünyasını dəyişən türkiyəli müğənni Ankaralı Tur

arrow Ətraflı