Yadplanetli Tanrıya tapınanların dini: Texnokratiya
Digərləri 09 Yan 2025 08:59:00 67 0
Texnoloji tərəqqi və elmi kəşflərin kainat barədə fikirlərimizi daim dəyişdiyi bir dövrdə "Texnokratiya" adlanan mübahisəli bir nəzəriyyə də ortaya çıxıb. Bu nəzəriyyə xaotik kainatda Tanrı gözəgörünməzliyini doldurmaq üçün yadplanetlilərin varlığına və Yer kürəsinin bütün kainatın mərkəzi olduğuna əsaslanan fərziyyədir.
Bu xəbəri də oxu: Azərbaycanda sürüşmə sahələrində aktivlik
Yeni nəzəriyyəyə görə, yadplanetlilər ilahi fiqurun müasir əvəzedicisidir. Onlar da Tanrı kimi sirli, hər şeyə qadir və insan idrakından kənardırlar. Yeni tanrılarla (yadplanetlilərlə) köhnə Tanrı arasında əsas fərq isə ondan ibarətdir ki, yeni tanrılar, yəni yadplanetlilər maddi varlıqlardır və başqa planetlərdə yaşayırlar.
Nəzəriyyənin tərəfdarları bu fikrin insanın kainatda tək qalmamaq qorxusundan yaradılan bir illüziya olduğunu irəli sürür. Sonsuz məkanın boşluğundan qorxan texnokratik təfəkkür ekzistensial uçurum qarşısında bir təsəlli kimi bu ideyanı ortaya atır.
Üstəlik, bu yanaşma Yerdən kənarda üzvi həyatın əmələ gəlməsi ilə bağlı bir çox elmi fərziyyələrin əsasən təxəyyül məhsulu olduğunu müdafiə edir. Bu fərziyyələrin bir çoxu özündən sonrakı araşdırmalar nəticəsində təkzib edildi və yerdənkənar həyat ideyasını elm adı altında maskalanmış müasir xurafata çevirdi.
Semit dinlər yerdənkənar həyat barədə
Yerdənkənar həyatın mövcudluğu təkcə elmi deyil, həm də dini nöqteyi-nəzərdən suallar yaradır. Dinlər bu nəzəriyyəni qəbul etməyə hazır deyil. Çünki kainatda başqa sivilizasiyaların mövcudluğunu etiraf etmək insanın ilahi yaradılış kimi unikallığını şübhə altına ala bilər.
Məsələn, xristianlığa görə insan Allahın surətində və bənzərində yaradılıb. Dinlər bu nəzəriyyəni qəbul edərsə, o zaman insanın kainatda tək olmadığını da qəbul etmiş sayılarlar ki, bu da teoloji şərtlərə ziddir.
Yadplanetlilərin Tanrı olması ideyasının tərəfdarları üçün bəşəriyyətin kosmosda tənhalığı kədər, iztirab yox, məsuliyyət və böyüklük mənbəyidir. Texnokratlara görə Yer kainatın mərkəzinə çevriləcək, bəşəriyyət isə kainatda ən yüksək sivilizasiya olacaq. Onlar bu ideyanın heliosentrizmdən daha ciddi və məntiqli olduğunu düşünürlər. Bu ideyanın dinlərlə ziddiyyət təşkil etməsinə gəlincə isə, texnokratlar hesab edir ki, dinlər artıq öz missiyasını başa vurublar.
Texnokratik perspektiv: məkanın boşluğu və məna axtarışı
Texnokratiyaya görə sonsuz məkanın ölçüsüzlüyü insanın şüurunda böyük müəmmalar, dərkolunmazlıq yaradır. Yerdənkənar həyata dair indiyədək əsaslı bir dəlilin tapılmaması insanı ekzistensial boşluğa sürükləyir. Yadplanetlilərin varlığına inam məhz, bu qorxunc boşluğu doldurmaq ehtiyacından yaranıb da söyləmək olar. Texnokratlar deyir ki, kainatda bizdən başqa ağıllı varlıqların olması fikri beynimizdə kosmik tənhalıq hissini yüngülləşdirən psixoloji mexanizm rolunu oynayır.
Bu arada texnokratlar UFO-lar tərəfindən oğurlandığını iddia edən insanların söylədiklərinə inanmağın tərəfdarıdırlar. Nəzəriyyəçilərin fikrincə isə, bu hadisələr daha çox gizli hərbi layihələrlə bağlıdır və onların məqsədi zamanla bəlli olacaq.
Elmi, dini və fəlsəfi mübahisələr
Texnokratiya nəzəriyyəsi təkcə yerdənkənar həyatın mövcudluğunu iddia etməklə məhdudlaşmır. Bu düşüncə axını həm də bəşəriyyət, kainat və Tanrı haqqında klassik, fundamental fikirlərə meydan oxuyur. Fərziyyənin tərəfdarları hesab edirlər ki, yadplanetlilərə inam həm də Allaha və insanın transsendental məqsədinə inamın itirilməsini əks etdirir.
Texnokratiya Yerin bütün yaradılışın mərkəzi olduğu iddiasına əsaslanan geosentrik düşüncə sisteminə qayıtmağın tərəfindədir. Bu mövqe elmi cəhətdən yanlış hesab edilsə də elmin bəzi sahələrində, o cümlədən fəlsəfi və teoloji müstəvidə araşdırılması lazım olan maraqlı suallar doğurur. /lent.az Son.az
5-ci sinifdə oxuyan oğlunu məktəbə yola salan anaya bir müddət sonra zən
08:39 Xəbər verdiyimiz kimi, Bakıda yerləşən özəl xəstəxanlardan bi
Uzun müddətdir xərçəngdən əziyyət çəkən rəqqasə Tanyelinin yeni gö
İzmirdə TikTok trendindən təsirlənən 10 yaşlı uşaq yanan maddəni üst�
Cənubi Afrika polisi çərşənbə günü beş nəfəri, o cümlədən keçmiş
ABŞ prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən
Ukrayna Prezidenti Volodimir Zelenski ATƏT-in fəaliyyətdə olan sədri və Fi
Təbii və dadlı məhsul seçməyə kömək edəcək əsl sağlam kolbasanın b
Matəm günü ilə əlaqədar bütün Gürcüstan ərazisində dövlət bayraqla
Gürcüstanda prezidentlik müddəti başa çatdıqdan sonra Salome Zurabişvili
Bəzi çaylar yanlış istifadə edildikdə və ya həddindən artıq istehlak e
30 manatdan 80 manata qədər pul vəsaiti qarşılığında başqalarının sos