Hazırda yayılan xəstəlik hansı infeksiyalara aiddir? AÇIQLAMA
Digərləri 08 Yan 2025 15:25:00 94 0
Hazırda rast gələn mövsümi viruslara fəsli qrip (İnflyuenza A) və digər kəskin respirator virus infeksiyaları aiddir.
Bu xəbəri də oxu: AZAL bu istiqamətdə uçuşları dayandırdı
Son.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, bu tip infeksiyalara yoluxma zamanı klinik mənzərə çox oxşardır, çünki onların törətdikləri xəstəlik zamanı əsasən tənəffüs yolları zədələnir:
"Yəni, xəstələrin əksəriyyətində ümumi əlamətlərlə (hərarətin yüksəlməsi, halsızlıq, zəiflik, iştahanın itməsi, sümük, oynaq, əzələ ağrıları və s.) ilə yanaşı, kataral əlamətlər (boğaz ağrısı, öskürək, burun axması və ya tutulması və s.) rast gəlinir. Əgər aşağı tənəffüs yolları zədələnərsə, xəstələrdə əlavə olaraq nəfəs darlığı, təngnəfəslik, sianoz və s. kimi əlamətlər də müşahidə oluna bilər.
Bu zaman kiçik kalibrli bronxların və ya ağciyərlərin də zədələnməsini göstərir. Əlamətlər o qədər oxşardır ki, laborator təsdiq olmadan hansı infeksiyanın baş verdiyini dəqiq deyə bilmərik. Qeyd etmək istərdim ki, bəzən eyni cür seyr edilən xəstəlikləri olan şəxslərdə müxtəlif törədicilər aşkar olunur. Lakin bu infeksiyalar bir-birindən müəyyən qədər fərqlənə də bilər.
Fərqləndirici əlamətlər əsasən onların xarakterik gediş xüsusiyyətləridir, yəni ayrı-ayrı viruslarla xəstələnmə zamanı onlara xas olan tənəffüs yollarının hansı səviyyədə (yəni, yuxarı və ya aşağı) zədələnməsinin baş verməsi, inkişaf edə biləcək spesifik fəsadlar və bu fəsadların yaranma tezliyidir. Məsələn, qrip infeksiyası zamanı daha çox toksik-sirkulyator pozğunluqlar, güclü baş ağrıları, yüksək hərarət, bununla yanaşı mülayim kataral əlamətlər və traxeyanın, iri bronxların zədələnməsi daha çox rast gəlinir, burun və udlağın selikli qişası quru olur, üz şişir, qızarır, boğaz ağrısı, davamlı quru öskürək baş verir.
Bu zaman çox vaxt burun axması ya olmur, ya da çox az miqdarda baş verir. Əksinə, adenovirus infeksiyası zamanı ağız və udlağın selikli qışasının daha çox şişməsinə, limfa düyünlərinin böyüməsinə, faringitə, badamcıqların böyüməsi və ödəmləşməsinə, gözün selikli qışasının əksərən bir tərəfdə iltihablaşmasına, burundan çoxlu miqdarda selikli ifrazatın olmasına, qaraciyər və dalağın böyüməsinə, hətta bəzi xəstələrdə ishalın baş verməsinə rast gəlirik".
Mütəxəssis-ekspert vurğulayıb ki, respirator sinsitial infeksiya (RSV) zamanı ən parlaq əlamətlər əsasən uşaqlarda və ahıl şəxslərdə rast gəlinir:
"Ümumi əlamətlər az ifadəli olsa da, bronxit və bronxiolit erkən inkişaf edir. Bu zaman xəstədə tənəffüsün çətinləşməsi, boğulma hissi, quru, tutma şəkilli öskürəyə rast gəlinir. Qrip zamanı digərləri ilə müqayisədə daha çox pnevmoniya baş verir, bəzən meningit və ya meninqoensefalit kimi mərkəzi sinir sisteminin ağır zədələnmələri inkişaf edir. Digər respirator virus infeksiyalarının fəsadlaşması daha az halda baş verir və əsasən immundefisitli xəstələrdə rast gəlir".
Pizza Hut və KFC-nin Türkiyə üzrə franşiza müqaviləsi ləğv edilib.
"Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qay
Novruzun ilk çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre
Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əs
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Avropa �
Məşhur mesajlaşma tətbiqi "WhatsApp" istifadəçilərini yeni və
Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital"ın mühafizəçis
"Kaş telefona deyərdi ki, Niyoş..."
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən ilin sonunda "Heyv
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Səbail rayonu Süleyman Tağıza
"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyas�