Ziraat Bank Azərbaycan 10cu ilini qeyd edir


Digərləri 08 Yan 2025 17:40:00 94 0

Ziraat Bank Azərbaycan 10cu ilini qeyd edir

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, bankın 10 illiyi ilə bağlı Türkiyə Respublikasının rəsmi xəbər agentliyi olan Anadolu Agentliyi və TRT AVAZ kanalının müxbirlərinə müsahibə verib. Müsahibə zamanı o, Ziraat Bank Azərbaycanın ölkə bankları arasında ilk 10-luqda daimi yer almağı əsas hədəflərindən biri kimi vurğulayıb.

Dr. Selçuk Demir öz müsahibəsində bankın Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində təqdim edilmiş lisenziya əsasında fəaliyyətə başladığını bildirib. Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri, bankın 10 il ərzində gördüyü işlər və gələcək məqsədləri haqqında danışıb. O, bankın yaradıldığı gündən etibarən Azərbaycanın ticarət, istehsal, kənd təsərrüfatı və digər stratejı sahələrinə dəstək verdiyini, bu gün isə artıq  bütün müştəri seqmentlərinə xidmət göstərə biləcək səviyyəyə çatdığını vurğulayıb. Bankın əsas hədəflərindən birinin korporativ, kiçik və orta sahibkarlıq, mikro və fərdi müştəri seqmetlərinin Ziraat Bank Azərbaycanın təqdim etdiyi imkanlardan faydalanmasını təmin etmək olduğu bildirilib.

Dr. Selçuk Demir, Ziraat Bank Azərbaycanın, dünyanın 19 ölkəsində və 125 nöqtəsində geniş xidmət şəbəkəsinə malik olan Ziraat Maliyyə Qrupunun bir üzvü olduğunu xatırladıb. O, qeyd edib ki, bankın əsas səhmdarı olan T.C. Ziraat Bankasının 100-dən artıq müxbir şəbəkəsi və xidmət nöqtələrindən istifadə edərək, Azərbaycanın iş adamlarının dünya ilə ticarətində mühüm töhfələr verməkdədirlər. Bunun sübutu olaraq 2022 və 2023-cü illərdə ardıcıl olaraq iki dəfə bank, Azərbaycanın "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank" mükafatına layiq görüldüyünü qeyd edilib. Ziraat Bank Azərbaycan xarici ticarət sahəsində məhsul çeşidliliyini artıraraq, yüksək xidmət keyfiyyəti və sürətli əməliyyatları ilə bu sahədəki uğurunu daha da möhkəmləndirməyi hədəfləyib. Bankın stratejı prioritetlərindən birinin Azərbaycanın Türkiyə və digər ölkələrlə həyata keçirdiyi xarici ticarətdə iştirak payının artırılması və xidmət keyfiyyətini hərtərəfli inkişaf etdirilməsi olduğu Dr. Selçuk Demir tərəfindən vurğulanıb.

Ziraat Bank Azərbaycanın xidmət şəbəkəsi haqqında danışan Dr. Selçuk Demir, filial sayını 11-ə çatdırmağı planlaşdırdıqlarını qeyd edib. O bildirib ki, hazırda bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumilikdə 9 filialla xidmət göstərir. "Yaxın günlərdə Naxçıvan və Neftçilər filiallarımızı müştərilərimizin istifadəsinə təqdim edəcəyik və beləliklə, bu il ərzində filial sayımızı 11-ə çatdıracağıq. Bununla yanaşı, rəqəmsal xidmət nöqtələrini də yaradırıq. Onlardan birincisini Qubada açacağıq," deyə bankın sədri məlumat verib.

Müsahibəsində insan resurslarının inkişafına toxunan Demir, Ziraat Bank Azərbaycan əməkdaşlarının T.C. Ziraat Bankasının Bankçılıq Məktəbində təhsil almalarını təmin etdiklərini vurğulayıb.

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri açıqlamanın sonunda alavə edib: "Azərbaycan bankları arasında ilk 10-luqda daimi yer almaq istəyirik. Biz müştərilərimizin ehtiyaclarını qarşılamaqla yanaşı Azərbaycanın iqtisadi inkişafına dəstək göstərməyə davam edəcəyik, Türkiyə ilə Azərbaycan arasındakı ticarətdə iş adamlarının investisiya və kommersiya fəaliyyətlərinə vasitəçilik etmək üçün əlimizdən gələni edirik. Texnoloqiyasını inkişaf etdirən və infrastrukturunu gücləndirən bir bank olaraq, Ziraat Bank Azərbaycan yoluna davam edir"

Müsahibədən videoçarx

Anadolu Ajans

Bu kənddə xəstələnmək qadağan edildi  Qəribə qərar like
  • 08 Yan 17:32  
Dünya Bu kənddə xəstələnmək qadağan edildi Qəribə qərar

İtaliyanın Belkastro kəndində sakinlərə "təcili tibbi yardım tələ

arrow Ətraflı
Yeni trend faciəyə səbəb oldu  Şagirdlər müəllimi yandırdılar like
  • 08 Yan 17:26  
Dünya Yeni trend faciəyə səbəb oldu Şagirdlər müəllimi yandırdılar

Misirdə şagirdlər tərəfindən təbrik edilən bir müəllim ciddi yanıq x�

arrow Ətraflı
Telefonun batareyasını yüz faizə qədər doldurmayın  Ömrünü azaldır like
  • 08 Yan 17:20  
Digərləri Telefonun batareyasını yüz faizə qədər doldurmayın Ömrünü azaldır

Telefonların batareyalarını 100%-ə qədər doldurmaq və tamamilə boşaltma

arrow Ətraflı
İranda yeni radar istifadəyə verilir  Qonşu ölkələri müşahidə edəcək like
  • 08 Yan 17:14  
Dünya İranda yeni radar istifadəyə verilir Qonşu ölkələri müşahidə edəcək

İranın şimalındakı Gilan əyalətində 800 km-dək radiusda fəaliyyət gö

arrow Ətraflı
Boşanan valideynlər və alimentlə bağlı mühüm qərar like
  • 08 Yan 17:10  
Digərləri Boşanan valideynlər və alimentlə bağlı mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tari

arrow Ətraflı
Ferdi Tayfur və qızı ilə bağlı bilinməyənlər  "Atasına təhqir mesajları göndərirmiş..." like
  • 08 Yan 17:07  
Şou-biznes Ferdi Tayfur və qızı ilə bağlı bilinməyənlər "Atasına təhqir mesajları göndərirmiş..."

Yanvarın 2-də vəfat edən məşhur sənətçi Ferdi Tayfurun vəkili Hakan Ta

arrow Ətraflı
Rusiyalı qadın İstanbulda itkin düşdü like
  • 08 Yan 16:46  
Digərləri Rusiyalı qadın İstanbulda itkin düşdü

İstanbulda rusiyalı turist itkin düşüb.

arrow Ətraflı
Türkiyədə təyyarə qəzaya uğradı  Yaralı var like
  • 08 Yan 16:28  
Digərləri Türkiyədə təyyarə qəzaya uğradı Yaralı var

Bursanın Yenişehir rayonunda xüsusi uçuş məktəbinə məxsus təlim təyya

arrow Ətraflı
Xaricə gedərkən bunları özünüzlə apara bilməyəcəksiniz  YENİ QƏRAR like
  • 08 Yan 15:55  
Digərləri Xaricə gedərkən bunları özünüzlə apara bilməyəcəksiniz YENİ QƏRAR

Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahıs�

arrow Ətraflı
Ölkəyə "leş" gəlib, "bez kraska" adı ilə satılan avtomobillər  ALDANA BİLƏRSİNİZ like
  • 08 Yan 15:50  
Digərləri Ölkəyə "leş" gəlib, "bez kraska" adı ilə satılan avtomobillər ALDANA BİLƏRSİNİZ

Xəbər verdiyimiz kimi, bir müddət öncə gömrüyün həyətində xarici öl

arrow Ətraflı
Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ  Ağır formalı infeksiyalar... like
  • 08 Yan 15:45  
Digərləri Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ Ağır formalı infeksiyalar...

Peyvədlənmə epdiemik hal olmazdan öncə aparılmalıdır.

arrow Ətraflı
Hansı yanacaq növü ilə işləyən avtomobilləri idarə etmək daha sərfəlidir? like
  • 08 Yan 15:40  
Digərləri Hansı yanacaq növü ilə işləyən avtomobilləri idarə etmək daha sərfəlidir?

Bu gün dünyada olduöu kimi ölkəmizdə də müxətlif növ yanacaq vaitəkə

arrow Ətraflı
Hazırda yayılan xəstəlik hansı infeksiyalara aiddir?  AÇIQLAMA like
  • 08 Yan 15:25  
Digərləri Hazırda yayılan xəstəlik hansı infeksiyalara aiddir? AÇIQLAMA

Hazırda rast gələn mövsümi viruslara fəsli qrip (İnflyuenza A) və digər

arrow Ətraflı
Türkiyədə bütün "KFC" və "Pizza Hut"lar bağlanır like
  • 08 Yan 15:22  
Digərləri Türkiyədə bütün "KFC" və "Pizza Hut"lar bağlanır

Pizza Hut və KFC-nin Türkiyə üzrə franşiza müqaviləsi ləğv edilib.

arrow Ətraflı