Mütləq yeməli olduğumuz MEYVƏLƏR


Digərləri 20 Noy 2024 09:58:00 60 0

Mütləq yeməli olduğumuz MEYVƏLƏR

Sağlam həyat tərzi keçirmək üçün qidalanma vərdişləri çox vacibdir. Vitaminlər, minerallar və antioksidantlarla zəngin olan meyvələr bədənimizin ehtiyac duyduğu bir çox qida maddəsini ehtiva edir. Mövsümünə uyğun olaraq meyvə istehlak etmək insan sağlamlığı üçün çox önəmlidir.

Son.az Viral.az-a istinadən sağlam həyat üçün istehlak edilməli olan meyvələri təqdim edir:

Çiyələk 

İmmunitetinizi gücləndirmək və dərinizi qorumaq üçün çiyələk istehlak edə bilərsiniz. Bu meyvə C vitamini və antioksidanlar ehtiva edir. Antioksidanlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq oksidləşdirici stressi azalda və hüceyrə zədələnməsinin qarşısını ala bilər. Çiyələkdə qan təzyiqini tənzimləyə bilən kalium var. Bundan əlavə, tərkibindəki antioksidanlar və lif tərkibi xolesterol səviyyələrini tənzimləyərək ürək sağlamlığını dəstəkləyə bilər.

Üzüm

Üzümdə xüsusi olaraq resveratrol adlı antioksidan var. Bu antioksidantlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zərərini azalda, yaşlanma prosesini yavaşlada, ürək-damar sağlamlığını yaxşılaşdıra bilər. Üzüm tənəffüs yollarının iltihabında çox faydalıdır, eyni zamanda qan azlığında, mədə şirəsi çox olan qastritdə, bronxial astmada, maddələr mübadiləsi pozulanda, böyrək və qaraciyər xəstəliklərində, ürəyin funksional xəstəliyində, hipertoniyada və yuxusuzluqda məsləhət görülür.

Alma

Alma pektin adlı bir növ lif ehtiva edir. Bu lif həzmi tənzimləyə və toxluq hissi ilə çəkiyə nəzarət etməyə kömək edə bilər. Tərkibində antioksidantlar da var və ürək sağlamlığını dəstəkləyir. Almanın tərkibindəki lif qan şəkərini balanslaşdırmağa kömək edir. Almanın sağlamlıq üçün ən əhəmiyyətli faydası xərçəngə qarşı qalxan rolu oynamasıdır. Araşdırmalar göstərib ki, müntəzəm alma istehlakı kolon və mədə xərçəngi riskini azaldır.

Kivi

Kivi də C vitamini baxımından ən zəngin meyvələrdən biri olduğu üçün immunitet sistemini gücləndirərək bir çox xəstəliyin qarşısını alır və zərərli patogenlərə qarşı orqanizmi qoruyur. Kivi immuniteti gücləndirməkdə və sərbəst radikalların bədəndən çıxarılmasında mühüm rol oynayır. Xərçəngə qarşı qoruyucu təsirə malikdir.

Qreypfrut

Antioksidant təsirə malik olan qreypfrut müxtəlif vitaminlər, o cümlədən də vitamin C ilə zəngindir. Yüksək lif tərkibi ilə həzm sisteminə fayda verir. Bundan əlavə, qan şəkərini tənzimləyə və çəkiyə nəzarət etməyə kömək edə bilər. Tədqiqatlar göstərir ki, müntəzəm qreypfrut istehlakı kilo itkisini əhəmiyyətli dərəcədə dəstəkləyir. Qreypfrutun sağlamlıq üçün faydaları olsa da, qeyd etmək lazımdır ki, o, bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər və xüsusən də müəyyən xəstəlikləri olan insanlar üçün problem yarada bilər. Odur ki, xüsusən müntəzəm olaraq dərman qəbul edənlər qreypfrut istehlak etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.

Nar

Nar da antioksidanlarla zəngin bir meyvədir. Narın tərkibində ürək sağlamlığını yaxşılaşdıra bilən antosiyaninlər və polifenollar var. Bu maddələr qan təzyiqini tənzimləyə, xolesterol səviyyəsini yaxşılaşdıra və ürək xəstəliyi riskini azalda bilər. Nar anemiya riskini azalda bilən dəmirlə zəngindir. Narın tərkibindəki antioksidantlar iltihabla mübarizə apara bilir. Nar şirəsi də sağlamlıq üçün faydalıdır və qida rasionuna əlavə edilməlidir.

Portağal

Portağal əsl C vitamini mənbəyidir. Bol miqdarda kalsium, kalium və maqnezium ehtiva edərək, bədəndəki bir çox biokimyəvi və hüceyrə funksiyalarını tənzimləməsi ilə seçilir. Həmçinin böyrək daşlarının əmələ gəlməsini önləyir. Portağal yüksək lif məzmununa malik olduğu üçün həzm sistemimiz baxımından böyük əhəmiyyətə malikdir. Soyuqdəymə, qrip kimi xəstəliklərdən qorunmaq üçün qida rasionlarına əlavə edilməlidir.

Bu ərazimizə qar yağdı  FOTO like
  • 20 Noy 09:55  
Digərləri Bu ərazimizə qar yağdı FOTO

Bu gün saat 9:00-a olan faktiki hava açıqlanıb.

arrow Ətraflı
Yeni dəyişiklik: benzinin qiyməti necə hesablanacaq? like
  • 20 Noy 09:55  
Digərləri Yeni dəyişiklik: benzinin qiyməti necə hesablanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı ben

arrow Ətraflı
“Dedi ki, mən sonuncu peyğəmbərəm"  Axunda like
  • 20 Noy 09:52  
Kriminal “Dedi ki, mən sonuncu peyğəmbərəm" Axunda

"Məşədi Dadaş" məscidinin imamı Əli Şərbətova sui-qəsd haz�

arrow Ətraflı
2 uşağını sobada bişirən ananın like
  • 20 Noy 09:29  
Dünya 2 uşağını sobada bişirən ananın

ABŞ-da 1 və 2 yaşlı uşaqlarını sobaya ataraq öldürən Lamora Uilliams �

arrow Ətraflı
Pentaqon təsdiqlədi  Ukraynaya minalar göndərilməsinə icazə vermişik like
  • 20 Noy 08:59  
Dünya Pentaqon təsdiqlədi Ukraynaya minalar göndərilməsinə icazə vermişik

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Bayden Administrasiyasının Ukraynada piyad

arrow Ətraflı
Azərbaycanlı iş adamının oğlu ağır qəza törətdi like
  • 20 Noy 08:29  
Digərləri Azərbaycanlı iş adamının oğlu ağır qəza törətdi

Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində geniş ictimai re

arrow Ətraflı
Dünən faciəvi şəkildə ölən Məlahətin görüntüləri like
  • 20 Noy 08:22  
Digərləri Dünən faciəvi şəkildə ölən Məlahətin görüntüləri

Dəm qazı daha bir gəncin ölümünə səbəb olub. Son.az xəbər verir ki

arrow Ətraflı
Tramp türk həkimə mühüm vəzifə verir like
  • 20 Noy 08:17  
Dünya Tramp türk həkimə mühüm vəzifə verir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri

arrow Ətraflı
COP for Hope: COP29 mühüm təkan ola bilər  AİBin baş direktoru like
  • 20 Noy 08:03  
Digərləri COP for Hope: COP29 mühüm təkan ola bilər AİBin baş direktoru

Son.az xəbər verir ki, COP29 çərçivəsində Trend BİA "COP for Hope&q

arrow Ətraflı
Bölgələrin özəl tibb müəssisələrində icbari tibbi sığorta niyə tətbiq edilmir? like
  • 20 Noy 07:26  
Digərləri Bölgələrin özəl tibb müəssisələrində icbari tibbi sığorta niyə tətbiq edilmir?

İcbari tibbi sığortanın əhatə dairəsi və xidmətlər zərfi günü-günd

arrow Ətraflı
Pişik sahibinə uduşlu lotereya bileti qazandırdı like
  • 20 Noy 07:15  
Digərləri Pişik sahibinə uduşlu lotereya bileti qazandırdı

Sosial şəbəkələrdə "Monkey" adlı pişik sahibinə hədiyyələr

arrow Ətraflı
"2015ci ildən bu yana telefonumdakı proqramda..." like
  • 20 Noy 07:02  
Şou-biznes "2015ci ildən bu yana telefonumdakı proqramda..."

Əməkdar artist Xəyyam Nisanov xərclərinin hesabatını apardığını bildi

arrow Ətraflı
Elza tanınmaz halda  uzun, sarı saçlar... like
  • 20 Noy 06:40  
Şou-biznes Elza tanınmaz halda uzun, sarı saçlar...

Əməkdar artist Elza Seyidcahan "Həmin Zaur" verilişində qonaq olu

arrow Ətraflı