Dünyanın ən çox və ən az siqaret çəkilən ölkələri
Dünya 08 Fev 2023 23:49:00 423 0
Bu xəbəri də oxu: 2 uşağını sobada bişirən ananın
"Our World in Data" dünyada ən çox siqaret çəkilən ölkələri açıqlayıb.
Son.az xarici mətbuata istinadən xəbər verir ki, cədvələ görə, siyahının başında Sakit okean adası Nauru gəlib. Müvafiq olaraq, ölkədə yetkinliklərim təxminən yarısının (48,5%) siqaret çəkən olduğu müəyyən edilib.
12500 əhalisi olan Nauru adasındam sonra Myanma (44,1%) və Sakit okeanın digər adası Kiribati (40,60%) qərarlaşıb. 2000-2020-ci illər arasında aparılan statistik məlumatlara görə, Afrika ölkəsi Qana siyahıda sonuncu yerlərdə gəlib. 33 milyon əhalisi olan ölkədə siqaret çəkmə nisbəti 3,5 faiz təşkil edib. Halbuki Qana aktiv tütün sənayesinə malikdir, buna baxmayaraq, 50 ildən artıqdır ki, Qərbi Afrika ölkəsi ciddi reklam qadağaları səbəbindən siqaret çəkənlərin sayı azalıb.
Türkiyədə 2020-ci ildə siqaret çəkmə nisbəti 30,70 olub ki, bu da yüksək göstərici hesab olunur. Bu göstərici 2000-ci ildə 32,90 olaraq qeydə alınıb.
İnkişaf etmiş ölkələrdə siqaret çəkmə nisbəti İngiltərədə 15,4 faiz, ABŞ-da 23 faiz, Avstraliyada isə 13,6 faiz təşkil edib.
Siqaret çəkmə nisbəti yüksək olan bir çox Asiya ölkələrində tütün reklamına ya qismən qadağa qoyulur, ya da heç bir qadağa yoxdur, yəni tütün televiziya və çap mediasında reklam edilə bilər.
Britaniyada 2000-ci ildə yetkin əhalinin 37,9 faizinin siqaret çəkdiyi qeydə alınıb, lakin son 20 ildə siqaret çəkənlərin sayınln iki dəfə azaldığı müşahidə olunub. Eyni şəkildə, ABŞ-ın da faiz dərəcələri eyni dövrdə 33,8 faizdən aşağı düşüb.
Mütəxəssislərin sözlərinə görə, bu vərdişi əbədi olaraq aradan qaldırmaq üçün ciddi qaydaların tətbiq edilməsi lazımdır, məsələn, reklamlara məhdudiyyətlər və ictimai yerlərdə siqaret çəkməyi dayandırmaq üçün qanunlar və.s
Ürək xəstəliyi, insult və ondan çox xərçəng növünə səbəb olduğu bilinən siqaret hər il təxminən 8 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur.
Ən çox siqaret çəkən 10 ölkə:
1. Nauru - 48,50%
2. Myanma - 44,10%
3. Kiribati - 40,60%
4. Serbiya - 39,80%
5. Papua Yeni Qvineya - 39,30%
6. Timor - 39,20%
7. Bolqarıstan - 39,00%
8. Livan - 38,20%
9. İndoneziya - 37,60%
10. Latviya - 37,00%
Ən az siqaret çəkən 10 ölkə:
1. Qana - 3,50%
2. Nigeriya - 3,70%
3. Panama - 5,00%
4. Efiopiya - 5,10%
5. Türkmənistan - 5,50%
6. Sao Tome və Prinsipi - 5,70%
7. Toqo - 6,80%
8. Benin - 6,90%
9. Seneqal - 6,90%
10. Kamerun - 7,30%. (publika)
Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi İran İslam Respubli
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi
Bəşirli Sərvər bir saatın içində həm Azərbaycanın, həm də Türkiyən
Fevralın 8-də Hondurasda 5,9 maqnituda gücündə zəlzələ qeydə alınıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) rəsmiləri yaxın günlərdə Türk
Ötən gün axşam saatlarından başlayaraq Şuşa şəhərinə yağan qar dava
Son sutka ərzində Ukrayna aviasiyası rus ordusunun mövqelərinə 20-dən ço
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlar�
Albaniya polisi gürcü qanuni oğru, 42 yaşlı "Lavasoğlu Batumski"
Ukraynada o qədər ümidlər itirilib ki, artıq uşaqları da Silahlı Qüvvə
İmişli rayonunda 1991-ci il təvəllüdlü Cavid (adlar şərti verilib - red.
Türkiyənin Ərzurum şəhərində 4,6 bal gücündə zəlzələ baş verib.
Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyaya səfəri çərçivəsin
Tanınmış bloger Elçin Lənbəranskinin döyülməsi haqqında məlumat yayı
Avropa İttifaqı (Aİ) güclü zəlzələdən zərər görən Türkiyə və Sur