Yeni ildən Azərbaycanda dollar...
Digərləri 19 Noy 2024 16:12:06 120 0
Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov ölkənin makroiqtisadi sabitliyinin təmin edilməsi məqsədilə sabit məzənnə rejiminin daha əlverişli olduğunu bildirib.
Bu xəbəri də oxu: Bakıda bəzədilmiş şam ağaclarının işıqları söndürüldü – FOTO
Son.az xəbər verir ki, Mərkəzi Bankın əsas mandatı makroiqtisadi sabitliyin qorunmasıdır və bu məqsəd üçün ən uyğun rejim sabit məzənnədir. Həmçinin Mərkəzi Bank gələn illərdə üzən məzənnəyə keçid etməyi planlaşdırmır və bu ilin və növbəti illərin büdcəsində 1,7 manatlıq məzənnə proqnozunun nəzərdə tutulub. Kazımov əlavə edib ki, ortamüddətli dövrdə də sabit məzənnə rejimi ölkənin makroiqtisadi sabitliyini təmin etmək üçün daha uyğun hesab edilir.
Bəs iqtisadçılar bu barədə nə düşünür, yeni ildən dollara manata necə təsir edəcək?
Mövzu ilə bağlı Son.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov açıqlama verərək bildirib ki, ekspertlər Mərkəzi Bankın sabit məzənnə rejimi ilə bağlı mövqeyini dəstəkləyirlər. Məzənnənin stabilliyi ölkə iqtisadiyyatının sabitliyini qorumaq üçün vacibdir. Xüsusilə, hazırkı dövrdə üzən məzənnəyə keçid ciddi iqtisadi çətinliklərə yol aça bilər.
"Gələcəkdə hansısa iqtisadi şərtlər tələb edərsə, bu haqda düşünməyə dəyər. Amma hazırki vəziyyətdə həm neftin qiymətləri, həm ölkənin valyuta ehtiyatları, eyni zamanda balansın mövcud vəziyyətləri imkan verir ki, manatın məzənnə stabilliyi qorunub saxlanılsın. Hazırki şəraitdə bununla bağlı təhlükə yoxdur".
Aysel Əkbər Son.az
Adı qumar reklamında çəkilməkdə, qeyri-qanuni mərc oyunlarını təşviq
Hər bir şəxsin ölümündən sonra onun əmlakı, borcları və digər maliy
Hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tu
Son dövrlər yetkinlik yaşına çatmayanlar tərəfindən ən çox törədilə
Orta məktəblərdə istiliyin verilməsi vaxtının dəyişdirilməsi təklif o
Türkiyədə səhər verilişləri böyük auditoriyaya malik olmaqla yanaşı,
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Zığ yolu 215 ünvanında çoxlu
Son zamanlar müxtəlif ölkələrə aid olan saytlardan onlayn sifarişlər ins
Aktrisa Pərvin Abıyeva film və seriallara çəkilməməsindən danışıb.
ABŞ-nin yeni prezidenti Donald Tramp 2028-ci ildə yenidən seçkilərdə işt
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
Bakıda COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) iqlim
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
Səhiyyə sahəsində aparılan islahatlarla yanaşı bir sıra problemlərin ol