Münafiq kimdir və onu necə tanımalı?..
Digərləri 15 Yan 2023 20:10:00 309 0
Qurani-kərimdə insanların üç qismə - mömin, münafiq və kafir təbəqələrinə bölündüyünü bilirik. O da məlumdur ki, Allaha həqiqi iman gətirənlər mömin, Allahın varlığını inkar edənlər isə, kafir adlanır. Bəs münafiq kimdir? "Münafiq" sözü riyakar, ikiüzlü mənalarını verir. Quran ayələrində bu təbəqə haqqında belə buyurulur: "Allah münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir", "Onlar dildə iman gətirdilər, qəlblərində isə kafir oldular".
Bu xəbəri də oxu: Saç əkilməsi artıq keçmişdə qaldı: Yeni müalicə metodu kəşf edildi
Bütün dövr və cəmiyyətlərdə münafiqlər olmuşdur. Onlar həmişə insanlar arasında nifaq salmış, öz gizli düşmənçilikləri ilə İslam dininə kafirlərin vura bilməyəcəkləri zərbələri vurmuşlar.
Münafiq Islam mənbələrində ən qorxulu və təhlükəli düşmən kimi təsvir edilir. Çünki kafiri sözündən və əməlindən tanımaq olur; buna görə də ondan qorunmaq asandır. Münafiq isə ciddi-cəhdlə pərdələndiyi üçün onu ifşa etmək, tanımaq və şərindən xilas olmaq çətindir. Münafiq öz fəaliyyətini gizli həyata keçirir, möminlərin zəif cəhətlərini öyrənir və həmin nöqtələrdən onlara zərbə vurur. Münafiq dildə iman etdiyini söyləyir. Imanını elan etmiş şəxs isə hüquqi cəhətdən müsəlman sayılır; buna görə onunla müsəlman kimi davranırlar. Amma münafiqin qiyamətdəki aqibəti özünü təqdim etdiyi təsvirə əsasən yox, əsl mahiyyətinə görə olacaq.
Bəs onları necə tanımalı? Ayə və hədislərə əsaslanaraq, münafiqlərə məxsus beş sifəti qeyd etmək olar:
1. Böyük iddialarda olar, çox danışıb, az əməl edərlər
2. Bir mühitə düşdükdə o mühitin rəngini alar, həmin cəmiyyətin xoşladığı sözləri danışar, möminlərə "biz iman gətirdik", müxaliflərə "biz sizinləyik" deyərlər
3. Özlərini xalqdan ayırar, gizli məclis və cəmiyyətlər təşkil edərlər
4. Hiyləgərlik edər, yalan danışar, xəyanət edərlər;
5. Özünü elmli, xalqı cahil, özünü ağıllı, xalqı isə, axmaq hesab edər.
Quranda münafiqlərin dəhşətli aqibəti də nəzərdən qaçırılmayıb: "Əlbəttə, münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!" (Nisa, 145). "(Ya Peyğəmbər) Sən onların bağışlanmasını diləsən də, diləməsən də, onlar üçün fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!" (Müna¬fiqun, 6).
Imam Cəfər Sadiq (ə) Həzrət Mühəmməd Peyğəmbərdən(s)nəql olunan bir hədisə əsasən münafiqin xüsusiyyətlərini belə təsvir edir: "Hər kimdə bu üç xüsusiyyət varsa, - hətta namaz qılıb, oruc tutub, özünü müsəlman kimi göstərsə də - münafiqdir: Ona etibar etsən, xəyanət edər; hədis (rəvayət) danışsa, yalan söyləyər; vəd versə, vədinə xilaf çıxar".
Indi yuxusuzluqdan əziyyət çəkənlər həddən artıq çoxdur. Dərmanlara �
Xalq artisti Brilliant Dadaşova aparıcı Gülnar Səhliyarlının hamiləlik f
Ailənin gündəlik istifadəsində olan plastik kütlələrin növləri və onl
Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdır�
Xəbər verdiyimiz ki, yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasın�
İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur:
Müharibələrlə və fəsadla dolu dünyada ümidsizliyə qapılmamaq olarmı?
Donuz qripi və kovid oxşar simptomlarla müşayiət olunsa da, birincisində a
Şəkər xəstəliyi, pankreatit adlanan xəstəlik bədənində kifayət qədə
Həkimlərin fikirinə görə, hipodinamiya (hərəkətsizlik) müasir insanlar�
"WhatsApp" qarşı tərəfi bloklamaq üçün daha asan və daha sür�
Rusiyanın Ukrayna qüvvələri üzərində əhəmiyyətli bir üstünlüyü var
Qarabağda separatçı rejimin "rəhbərliyi" - Araik Arutyunyan və R
Güclü stres, təşviş və qorxu doğulacaq uşağın cinsiyyətinə təsir ed