Kamaləddin Qafarov: “Yeni qanun ölkədə demokratik prosesi sürətləndirəcək”


Siyasət 14 Yan 2023 12:40:00 282 0

Kamaləddin Qafarov: “Yeni qanun ölkədə demokratik prosesi sürətləndirəcək”

"Bu gün ölkəmizin ictimai-siyasi həyatında baş verən yeniliklər cəmiyyətin idarə edilməsində  əhəmiyyətli rol oynayan qanunlarımızın da təkmilləşdirilməsini, həm də  yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoyur. Bu baxımdan "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulu da partiyaların fəaliyyətində nəzərə çarpacaq dəyişikliklərə yol açacaq. Yeni, mütərəqqi qərarların  qəbulu ölkədə demokratik mühitin daha da təkmilləşdirilməsinə xidmət edir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu istiqamətdə atılan bütün addımlar Azərbaycanın uğurlu gələcəyi üçündür".

Bu sözləri "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulu ilə bağlı mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, demokratik təsisatların inkişafı və təkmilləşdirilməsi bu gün Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir:

"Ölkəmizdə "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib və sonuncu dəfə 2012-ci ildə həmin qanuna bəzi dəyişikliklər edilib. Keçən ilin dekabrında "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulu bir daha təsdiqlədi ki, Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri məhz demokratik təsisatların inkişafı və təkmilləşdirilməsidir.  Qanun layihəsinin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması zərurəti, ölkədə mövcud olan siyasi sistemin özəllikləri nəzərə alınıb, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Həmçinin bu sənədlər arasında 24 xarici ölkənin təcrübəsi, ölkəmizdə fəaliyyət göstərən 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, eləcə də parlamentin komitə və plenar iclaslarında deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif yer almışdır. Nəticədə yeni reallıqda ölkəmizin siyasi sistemində milli maraqlarımız baxımından səmərəli nəticələrə gətirib çıxara biləcək bir qanun hazırlanmışdır".

K.Qafarov qeyd edib ki, yeni qanunda siyasi partiyanın təsisi prosesi də xeyli təkmilləşdirilmişdir: " İndiyədək qüvvədə olmuş əvvəlki qanundan fərqli olaraq yeni qanunda siyasi partiya təsis edilərkən təsisçinin azı 20 il Azərbaycanda davamlı yaşaması, təsisçi sayının 200 olması, ardıcıl iki dəfə seçkiyə getmədiyi təqdirdə qeydiyyatının ləğv olunması kimi tələblərin artıq yer almaması, dövlətin siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsinə, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verməsi kimi bəndlərin əks olunması yeni partiyaların təsis prosesinin təkmilləşdirilməsini göstərir. Əvvəlki qanunda əks edilmiş bir çox məhdudiyyətlərin aradan qaldırılması, Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşının təsis yığıncağını keçirərək partiyanın nizamnaməsini və proqramını qəbul etmək və təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxsi müəyyən etmək hüquqlarının tanınması və digər müddəalar da bunu deməyə əsas verir. Birmənalı olaraq deyə bilərik ki, yeni qəbul edilmiş siyasi partiyalar haqqında qanun ölkənin ictimai-siyasi həyatında müasir çağırışların və mövcud vəzifələrin reallaşmasına, hüquqi əsasların daha da təkmilləşməsinə xidmət edəcək. Bu sənəd siyasi sahədə böyük canlanma yaradacaq, ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq və müxtəlif siyasi qüvvələr arasında mövcud siyasi konfiqurasiyanın tələb və şərtlərinə uyğun, qarşılıqlı faydalı, şəffaf münasibətlərin formalaşması üçün möhkəm zəmin formalaşdıracaq".

Rəşadın həyat yoldaşı məşhur aparıcı imiş like
  • 14 Yan 12:38  
Şou-biznes Rəşadın həyat yoldaşı məşhur aparıcı imiş

Əməkdar artist Rəşad İlyasov həyat yoldaşı ilə "Zaurla Günaydın&

arrow Ətraflı
Rusiya ordusu Kiyevə raket zərbələri endirdi, like
  • 14 Yan 12:37  
Dünya Rusiya ordusu Kiyevə raket zərbələri endirdi,

Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar baş verib.

arrow Ətraflı
Laçın yolundan RSKya məxsus daha 6 maşının keçidinə şərait yaradılıb like
  • 14 Yan 12:33  
Siyasət Laçın yolundan RSKya məxsus daha 6 maşının keçidinə şərait yaradılıb

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

arrow Ətraflı
Fransalı spikerdən İrəvanda ermənilərə tərs sillə: like
  • 14 Yan 12:22  
Siyasət Fransalı spikerdən İrəvanda ermənilərə tərs sillə:

Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pive ermənilərə "tərs

arrow Ətraflı
Xanımı Samirəni seçəndən sonra qalmaqallı paylaşım etdi like
  • 14 Yan 12:20  
Şou-biznes Xanımı Samirəni seçəndən sonra qalmaqallı paylaşım etdi

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa

arrow Ətraflı
"Mən Bakıya köçəndə xanımlar məclisində ofisiant da işləmişəm, satıcı da" like
  • 14 Yan 11:58  
Şou-biznes "Mən Bakıya köçəndə xanımlar məclisində ofisiant da işləmişəm, satıcı da"

"Bizdə müğənnilər var ki, yarım saat toy ifa edirlər, elələri də

arrow Ətraflı
İranda yüksək vəzifələr tutmuş Fransa agentləri like
  • 14 Yan 11:47  
Digərləri İranda yüksək vəzifələr tutmuş Fransa agentləri

Region ölkələri içərisində seçdiyi siyasi kurs baxımından ən anlaşıl

arrow Ətraflı
Zakir Həsənov müşavirə keçirdi: like
  • 14 Yan 11:37  
Siyasət Zakir Həsənov müşavirə keçirdi:

Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərli

arrow Ətraflı
Şolts tanklara görə qəzəbləndi: like
  • 14 Yan 11:36  
Dünya Şolts tanklara görə qəzəbləndi:

Almaniya kansleri Olaf Şolts NATO tərəfdaşlarının Ukraynaya tankların ver

arrow Ətraflı
Türkiyə səfirliyi: "Azərbaycanla əlaqələrimizi "Şuşa Bəyannaməsi" ilə taclandırdıq" like
  • 14 Yan 11:29  
Siyasət Türkiyə səfirliyi: "Azərbaycanla əlaqələrimizi "Şuşa Bəyannaməsi" ilə taclandırdıq"

Türkiyənin Azərbaycandakı səfirliyi Bakı ilə Ankara arasında diplomatik

arrow Ətraflı
Evlərin alqısatqısına dair prosedur dəyişib, like
  • 14 Yan 11:27  
Digərləri Evlərin alqısatqısına dair prosedur dəyişib,

Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi

arrow Ətraflı
Məşhur müğənninin çəkisi hər kəsi ŞOKA saldı like
  • 14 Yan 11:25  
Şou-biznes Məşhur müğənninin çəkisi hər kəsi ŞOKA saldı

Rusiyalı məşhur müğənni Polina Qaqarina minimum çəkisini açıqlayıb.

arrow Ətraflı
Xomeyninin fitvaları ilə qadınların namusuna toxunulur like
  • 14 Yan 11:14  
Digərləri Xomeyninin fitvaları ilə qadınların namusuna toxunulur

İslam hökuməti qurulanda qadınlar inqilabın önündə gedirdi. O dövrdə i

arrow Ətraflı
Sabirabadda ov icazəsi olmayan şəxslər saxlanılıb like
  • 14 Yan 11:07  
Digərləri Sabirabadda ov icazəsi olmayan şəxslər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun v

arrow Ətraflı
ABŞ institutu: “Priqojın Rusiya Müdafiə Nazirliyini “Vaqner”i tanımağa məcbur edib” like
  • 14 Yan 11:02  
Dünya ABŞ institutu: “Priqojın Rusiya Müdafiə Nazirliyini “Vaqner”i tanımağa məcbur edib”

Biznesmen Yevgeni Priqojın Rusiya Müdafiə Nazirliyinin onun "Vaqner"

arrow Ətraflı