İranda yüksək vəzifələr tutmuş Fransa agentləri


Digərləri 14 Yan 2023 11:47:00 210 0

İranda yüksək vəzifələr tutmuş Fransa agentləri

Region ölkələri içərisində seçdiyi siyasi kurs baxımından ən anlaşılmaz tərəf heç şübhəsiz İran İslam Respublikasıdır. Çünki İranın yeritdiyi siyasətin nə adındankı İslamla, nə də ideoloqlarının açıqladığı tezislərlə yaxından uzaqdan əlaqəsi yoxdur.

Xüsusilə də, qonşu ölkələrlə münasibətlərdə İranın yeritdiyi siyasi xətt, əksərən Qərb ölkələrinin, daha doğrusu Fransanın maraqları ilə üst-üstə düşür. Buna Suriya və İraq böhranlarından tutmuş, Ermənistanla münasibətlərə qədər kifayət sayda örnək verə bilərik. Bəs, bu cür yaxınlığın səbəbi nədir? Bir qədər keçmişə, ötən əsrin 70-ci illərinə qayıtsaq, bu suala cavab tapmaq, yəqin ki, daha asan olar. İranda şah rejiminə qarşı narazılıqlar hələ 40-ci illərin əvvəllərindən açıq hiss edilməyə başlamışdı. Şah üsul-idarəsindən narahat olan qüvvələr fərdi qaydada rejimə qarşı mübarizə aparırdı. Həmin mübarizədə dini sektanın öndə gedən simalarından biri isə Ruhulla Xomeyni idi. O, dövlət əlehinə fəaliyyətlərinə 1950-ci illərin sonunda start verdi. Lakin Xomeyninin Rza şah Pəhləviyə qarşı mübarizəsinin ilk dalğası uğursuzluqla nəticələndi və sabiq ayətullahın sürgün illəri başladı. 1965-ci ildən başlaya sürgünün son illərini isə Xomeyni Fransada keçirdi. Bəli, İslamın ehkamlarından danışan, radiolardan müraciətlər edərək İran xalqına din dərsi keçən Xomeyni Əl-Cəzairdə milyonlarla müsəlmanın qanına əli batmış Fransaya sığındı. Son.az bizim media-ya istinadən xəbər verir ki, bir ildən çox Fransada qalan Ruhullaya "gözün üstə qaşın var" deyən olmadı. Hətta, Fransa ona İranla bağlı planlarını reallaşdırmaq üçün hər cür şəraiti də yaratmışdı.  Paris ətrafındakı Nofl-le-Şatoda yaşayan "qəhrəman"ımızı şah tərəfdarlarından qorumaq üçün xüsusi dəstə də ayrılmışdı. Yeri gəlmişkən, ayətullahı qoruyan 15 nəfərlik dəstə ASALA-nın üzvlərindən ibarət idi. 1979-cu ildə İslam inqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra Fransa göz bəbəyi kimi qoruduğu Ayətullah Xomeynini təm-təraqla İrana gətirib, faktiki olaraq ölkənin liderinə çevirdi. Sual oluna bilər: niyə? Özünü demokrat adlandıran Fransa şəriətçi Xomeynini hər hansı marağı olmasa qoruyub, hakimiyyətə gətirərdimi? Təbii ki, mümkün deyil. Haşiyə çıxaraq qeyd edək ki, Fransadan gələn təyyarədə və sonrakı dönəmdə də Xomeynini elə həmin 15 nəfərlik dəstə müşayiət edirdi. Bəs, İran hakimiyyətində Fransaya bağlılığı olan başqa kimlər təmsil olunub?  Yəni, Xomeyni Fransanın İran, daha dəqiqi Yaxın Şərq siyasətinin əsas fiquru idi. Lakin bu qədər böyük maraqlardan danışırıqsa, Xomeyninin Fransanın İrandakı yeganə adamı olması da reallıqdan uzaqdır. Təxmin etmək olar ki, onların sayı kifayət qədər çox olub. 1980-1981-ci illərdə İran prezidenti olmuş Əbülhəsən Banisədrin adı Fransa xüsusi xidmət orqanları ilə birgə daha tez-tez çəkilirdi. İslam inqilabının ilk illərində Xomeyninin "sağ əli" kimi görülən Banisədrin sonradan Ayətullahla arası dəydi. Və təxmin edin Əbülhəsən hansı ölkəyə pənah gətirdi? Təbii ki, Fransaya. Fransa ilə bağları olduğu haqda məlumatların yayıldığı bir digər şəxs isə Qasim Süleymani idi. Sağlığında Xameneyidən sonra İranda ikinci ən güclü şəxs sayılan Süleymani öldürüldüyü zaman, İran istisna olmaqla, 3 ölkə generalın qətlini pisləyən bəyanat yaydı. Rusiya, Çin və Fransa. Rusiya və Çinin İranla müttəfiqliyi, eləcə də ABŞ-la düşmənçiliyi bəllidir. Amma Fransanın bu siyahıda olması üçün görünən qədərilə heç bir səbəb olmamalı idi.

Sonda qeyd edək ki, İranın siyasi kursu bu gün də Fransanın maraqları ilə toqquşmur. Yəni, İran hökumətinin yüksək pillələrində yenə də Fransaya bağlı adamlar var...

Zakir Həsənov müşavirə keçirdi: like
  • 14 Yan 11:37  
Siyasət Zakir Həsənov müşavirə keçirdi:

Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərli

arrow Ətraflı
Şolts tanklara görə qəzəbləndi: like
  • 14 Yan 11:36  
Dünya Şolts tanklara görə qəzəbləndi:

Almaniya kansleri Olaf Şolts NATO tərəfdaşlarının Ukraynaya tankların ver

arrow Ətraflı
Türkiyə səfirliyi: "Azərbaycanla əlaqələrimizi "Şuşa Bəyannaməsi" ilə taclandırdıq" like
  • 14 Yan 11:29  
Siyasət Türkiyə səfirliyi: "Azərbaycanla əlaqələrimizi "Şuşa Bəyannaməsi" ilə taclandırdıq"

Türkiyənin Azərbaycandakı səfirliyi Bakı ilə Ankara arasında diplomatik

arrow Ətraflı
Evlərin alqısatqısına dair prosedur dəyişib, like
  • 14 Yan 11:27  
Digərləri Evlərin alqısatqısına dair prosedur dəyişib,

Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi

arrow Ətraflı
Məşhur müğənninin çəkisi hər kəsi ŞOKA saldı like
  • 14 Yan 11:25  
Şou-biznes Məşhur müğənninin çəkisi hər kəsi ŞOKA saldı

Rusiyalı məşhur müğənni Polina Qaqarina minimum çəkisini açıqlayıb.

arrow Ətraflı
Xomeyninin fitvaları ilə qadınların namusuna toxunulur like
  • 14 Yan 11:14  
Digərləri Xomeyninin fitvaları ilə qadınların namusuna toxunulur

İslam hökuməti qurulanda qadınlar inqilabın önündə gedirdi. O dövrdə i

arrow Ətraflı
Sabirabadda ov icazəsi olmayan şəxslər saxlanılıb like
  • 14 Yan 11:07  
Digərləri Sabirabadda ov icazəsi olmayan şəxslər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun v

arrow Ətraflı
ABŞ institutu: “Priqojın Rusiya Müdafiə Nazirliyini “Vaqner”i tanımağa məcbur edib” like
  • 14 Yan 11:02  
Dünya ABŞ institutu: “Priqojın Rusiya Müdafiə Nazirliyini “Vaqner”i tanımağa məcbur edib”

Biznesmen Yevgeni Priqojın Rusiya Müdafiə Nazirliyinin onun "Vaqner"

arrow Ətraflı
Binəqədi rayonunda evdən meyit tapıldı like
  • 14 Yan 10:56  
Digərləri Binəqədi rayonunda evdən meyit tapıldı

Bakı şəhərində mənzildən meyit tapılıb.

arrow Ətraflı
Qərb bizə görə Türkiyə ilə savaşacaq? like
  • 14 Yan 10:52  
Digərləri Qərb bizə görə Türkiyə ilə savaşacaq?

Ermənistanın kollektiv Qərbdən hər hansı illuziya və yüksək gözləntis

arrow Ətraflı
Tanınmış müğənni 24 yaş kiçik sevgilisi ilə evlənəcək? like
  • 14 Yan 10:37  
Şou-biznes Tanınmış müğənni 24 yaş kiçik sevgilisi ilə evlənəcək?

Tanınmış türkiyəli aktyor və ifaçı Özcan Dəniz ötən gün alış-veri

arrow Ətraflı
Bakıda körpə ana südü qəbul edərkən boğulub öldü like
  • 14 Yan 10:32  
Digərləri Bakıda körpə ana südü qəbul edərkən boğulub öldü

Bakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb.

arrow Ətraflı
Azərbaycan bunu da BACARDI like
  • 14 Yan 10:26  
Siyasət Azərbaycan bunu da BACARDI

Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siya

arrow Ətraflı
Azərbaycanda kredit faizləri artacaq? like
  • 14 Yan 10:25  
Digərləri Azərbaycanda kredit faizləri artacaq?

Bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı old

arrow Ətraflı
Bakıda 3 nəfər dəm qazından zəhərlənib, like
  • 14 Yan 10:21  
Digərləri Bakıda 3 nəfər dəm qazından zəhərlənib,

Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var.

arrow Ətraflı