İnsanın qocalmasının iki əsas mərhələsi müəyyənləşdi TƏDQİQAT


Digərləri 15 Yan 2025 07:28:00 61 0

İnsanın qocalmasının iki əsas mərhələsi müəyyənləşdi  TƏDQİQAT

Stanford Universitetinin alimləri insanın qocalma prosesinin iki əsas zirvə nöqtəsini müəyyən ediblər: 44 və 60 yaş. Bu tapıntılar "Nature Aging" elmi jurnalında dərc olunub və bədənimizin əvvəlki tədqiqatlardan fərqli olaraq daha ani və dramatik dəyişikliklərə məruz qaldığını ortaya qoyub.

Son.az "euronews.com" saytına istinadla xəbər verir ki, tədqiqat qrupunun rəhbərlərindən biri, professor Maykl Snayder yaşlanma prosesinin yalnız tədrici dəyişikliklərdən ibarət olmadığını vurğulayıb: "Biz zamanla tədricən dəyişmirik. Həqiqətən də dramatik dəyişikliklər var. Molekulyar səviyyədə dəyişikliklər, xüsusilə, 40 yaşın ortaları və 60 yaşın əvvəllərində daha çox müşahidə olunur. Bu, fərqli molekulyar siniflərdə - RNT, zülallar, metabolitlər və mikrobiom - genişmiqyaslı dəyişiklikləri əhatə edir".

Tədqiqatda 25-75 yaş arası 108 iştirakçıdan götürülmüş qan və bioloji nümunələr analiz olunub. Bu nümunələrdən 135 mindən çox molekul və mikroorqanizm izlənilib, yaşlanma ilə bağlı dəyişikliklərin xəritəsi çəkilib. Ümumilikdə, 250 milyard məlumat nöqtəsi analiz edilib və nəticələr göstərib ki, molekulların 81 faizi 44 və 60 yaşda əhəmiyyətli dəyişikliklərə məruz qalır. Tədqiqatın nəticələri yaşlanmanın müxtəlif aspektlərinə yeni baxış gətirib.

44 yaşda baş verən dəyişikliklər:

Molekulyar səviyyədə sürpriz olaraq qadın və kişilərdə eyni vaxtda baş verən dəyişikliklər müşahidə olunub. Əvvəlcə qadınlarda menopoz ilə əlaqəli olduğu düşünülən bu dəyişikliklərin kişilərdə də eyni dərəcədə baş verdiyi təsbit olunub. Bu, digər potensial amillərin əhəmiyyətini vurğulayır.

60 yaşda baş verən dəyişikliklər:

İmmunitet funksiyasının zəifləməsi, xroniki xəstəliklərin artması və yaşa bağlı digər proseslərlə üst-üstə düşür.

Maddələr mübadiləsi, ürək-damar sağlamlığı, dəri və əzələ funksiyaları kimi aspektlərdə də molekulyar dəyişikliklər öz əksini tapır. Tapıntılar yaşlanma ilə bağlı xəstəliklərin - məsələn, ürək-damar xəstəlikləri və Alzheimerin niyə birdən ortaya çıxdığını izah etməyə kömək edir. Professor Maykl Snayder bu məlumatların erkən müdaxilə üçün istifadə edilə biləcəyini vurğulayıb:

40 yaşlarında statin istifadəsinə başlanılması xolesterolun yığılmasının qarşısını ala bilər.

60 yaşında immunitet sistemini gücləndirən tədbirlər böyrək və immunitet zəifliyinin təsirlərini azalda bilər.

Bu tədqiqat qocalma prosesinin daha yaxşı anlaşılmasına və fərdi tibbi yanaşmalarda yeniliklərə yol açma potensialına malikdir./modern.az

“Ombama etdirdiyim dolğu qabırğamdan çıxdı” like
  • 15 Yan 07:15  
Şou-biznes “Ombama etdirdiyim dolğu qabırğamdan çıxdı”

İllər əvvəl çəkdirdiyi makiyaj videoları ilə milyonlarla izləyiciyə ç

arrow Ətraflı
“Onu tanımayan özünü tanımır”  Toyundakı kriminal söhbət ölümlə bitdi like
  • 15 Yan 07:01  
Kriminal “Onu tanımayan özünü tanımır” Toyundakı kriminal söhbət ölümlə bitdi

Saray qəsəbəsində toydan çıxarkən üç nəfər tərəfindən bıçaqlanan

arrow Ətraflı
Cənubi Koreya Prezidenti həbs edildi like
  • 15 Yan 06:51  
Dünya Cənubi Koreya Prezidenti həbs edildi

Cənubi Koreya Prezidenti Yun Sok-Yöl həbs edilib.

arrow Ətraflı
Naxçıvanda məktəbli oğlanlar itkin düşdü FOTO like
  • 15 Yan 06:50  
Digərləri Naxçıvanda məktəbli oğlanlar itkin düşdü FOTO

Naxçıvanda məktəbli oğlanlar itkin düşüb.

arrow Ətraflı
"Bakıda tıxaca bir təhər dözmək olur, amma gözlə görülməyən..." like
  • 15 Yan 06:47  
Digərləri "Bakıda tıxaca bir təhər dözmək olur, amma gözlə görülməyən..."

"Son 15 ildə Los Ancelesdə əhali sayı artmaq əvəzinə 23 min nəfər

arrow Ətraflı
Türkiyədə dənizə tor atan balıqçılar şoka düşdü  FOTO like
  • 15 Yan 06:33  
Digərləri Türkiyədə dənizə tor atan balıqçılar şoka düşdü FOTO

Tekirdağda balıqçılar selik səbəbilə torlarını istifadə edə bilmir.

arrow Ətraflı
Telefonunuzu bu 3 halda şarj etməyin like
  • 15 Yan 06:19  
Digərləri Telefonunuzu bu 3 halda şarj etməyin

Telefonun batareyası cihazınızın ən həssas hissələrindən biridir. Onun

arrow Ətraflı
Doğulmağın və ölməyin qadağan olduğu vahiməli ŞƏHƏR like
  • 15 Yan 06:06  
Digərləri Doğulmağın və ölməyin qadağan olduğu vahiməli ŞƏHƏR

Baku TV-də Svalbard adası haqqında araşdırma materialı yayımlanıb.

arrow Ətraflı
Çörəyi ortadan kəsmək lazımdır  Faydaları like
  • 15 Yan 05:05  
Digərləri Çörəyi ortadan kəsmək lazımdır Faydaları

İnsanların çoxu çörəyi kənarından kəsməyə başlayır və tədricən o

arrow Ətraflı
Xatirə ailəsini necə qorumasının sirrini açdı  VİDEO like
  • 15 Yan 04:04  
Şou-biznes Xatirə ailəsini necə qorumasının sirrini açdı VİDEO

Müğənni Xatirə İslam "Xəbərin var?" verilişində ailəni qorum

arrow Ətraflı
Almaq üçün ən yaxşı 5 televizor like
  • 15 Yan 03:03  
Digərləri Almaq üçün ən yaxşı 5 televizor

Qiymət və xüsusiyyətlərin əla birləşməsini təklif edən beş televizor

arrow Ətraflı
"Mənə başıboş, şüursuz tamaşaçı lazım deyil"  VİDEO like
  • 15 Yan 02:02  
Şou-biznes "Mənə başıboş, şüursuz tamaşaçı lazım deyil" VİDEO

Müğənni Kəmalə Qaramollayeva açıqlamaları ilə diqqət çəkib.

arrow Ətraflı
Öləndən sonra bədəndə nə baş verir? like
  • 15 Yan 01:01  
Digərləri Öləndən sonra bədəndə nə baş verir?

Bir qrup avstraliyalı tədqiqatçı cisimlərin parçalanması prosesini müşa

arrow Ətraflı
Bu il qızılın qiyməti rekord həddə çatacaq  PROQNOZ like
  • 15 Yan 00:48  
Digərləri Bu il qızılın qiyməti rekord həddə çatacaq PROQNOZ

UBS analitikləri, 2024-cü ildə "təhlükəsiz liman" olaraq rekord

arrow Ətraflı
Şagird Slovakiya Prezidentinin əlini qəsdən sıxmadı like
  • 15 Yan 00:41  
Dünya Şagird Slovakiya Prezidentinin əlini qəsdən sıxmadı

Slovakiyada riyaziyyat fənn olimpiadasında fəal iştirakına görə mükafat

arrow Ətraflı