“Onu tanımayan özünü tanımır” Toyundakı kriminal söhbət ölümlə bitdi
Kriminal 15 Yan 2025 07:01:00 79 0
Saray qəsəbəsində toydan çıxarkən üç nəfər tərəfindən bıçaqlanan şəhid qardaşı qətl törədib. O, üç nəfərə müqavimət göstərərkən bıçağa əl atıb və onlardan birinin ürək nahiyyəsinə zərbə endirib. Mərhumun ailəsi onu bağışlayıb.
Bu xəbəri də oxu: Bakıda DƏHŞƏT: sevgilisini maşınla birlikdə dərəyə yuvarladı FOTO
Son.az xəbər verir ki, hadisəni törədən 37 yaşlı Mürvət Əliyevdir. Ailəlidir və iki övladı var.
Mürvət Əliyev hadisə günü Saray qəsəbəsində restoranda dosu Elgünün oğlunun kiçik toy məclisində olub. Onunla dava edən üç nəfər də eyni məclisdə olub. İstintaqla müəyyən olunub, Mürvət Əliyev içkili olmayıb, amma digər üç nəfər içkili olub.
Onlar Rövşən, Araz və Seymur adlı şəxslərdir. Mürvəti söhbətə ilk dəvət edən Araz olub. Onlar bir-birlərini daha əvvəl tanısalar da yaxın münasibətləri olmayıb. Tərəflərin kriminal aləmə meyilli olması işdə diqqət çəkən məqamlardan biridir.
Cinayət işi materiallarından və şahidlərin ifadələrindən məlum olur ki, davanın baş verməsinə ciddi bir səbəb olmayıb. Saat 22 radələrində Mürvət foyedə olan zaman Araz ona yaxınlaşaraq söhbət etmək istədiyini deyib. Restoranın həyətində söhbət etməyə gediblər. Araz Mürvətə deyib ki, onun haqqında ""narmalni" oğlan" ifadəsini işlətməsinin səbəbini nədir? Mürvət də deyib ki, tanımadığı şəxslər ondan "Araz necə oğlandır?" deyə soruşanda o da belə cavab verib.
Mürvət burada pis bir ifadə işlətmədiyini, olanı dediyini bildirib. Buna görə də mübahisə böyüyüb. Onların yanına Arazın tanışları Seymur və Rövşən də gəlib. Mübahisə davay çevrilib. Ətrafda olanlar onları sakitləşdirməyə çalışıb.
Mübahisə zamanı tərflərin hər birinin bıçağı və kəsici alətləri olub. Tərəflər ilk zərəbəni kimin vurması məsələsində bir-birlərini ittiham edirlər. Amma istintaqın gəldiyi nəticə belədir ki, Mürvətə üç bıçaq zərbəsi vurublar. O, da affekt vəziyyətində bıçaq çıxararaq sağa-sola zərbələr endirib. Bu zaman bıçaq zərbələrindən biri Rövşən Əbilovun ürək nahiyyəsindən dəyib.
Mürvət Əliyev ifadəsində deyib ki, nə mərhumla, nə də digərləri ilə əvvəlcədən ədavəti olmayıb:
"Məclisdə Araz qoluma girib restorandan çıxardı. Onun sərxoş olduğunu bildim. Sonra Rəşad və Seymur da gəldi. Onlar da sərxoş idi. Rəşad Arazdan əsəbi şəkildə nə baş verdiyini soruşdu. Mən də dedim ki, sabah söhbət edərik. Rəşad məndən Abdullanı tanıyıb-tanımadığını soruşdu. Mən də adını eşitdiyimi dedim. Seymur sinəmdən əli ilə vuraraq "sən Abdullaya tay ola bilməzsən" dedi. Araz bıçaq çıxarıb sağ çiynimdən vurdu. Seymur da sinəmdən bıçaqla vurdu. Rəşad da bıçaqla sağ dirsəyimdən vurdu. Araz məni vuranda qan üzümə fışqırdı. Kimsə ölümü, dirimi söydü. Mənim qardaşım şəhiddir. Bu söyüşdən sonra özümü itirdim. Bıçağı çıxarandan sonra olanları xatırlamıram. Dostum Ramilin məni silkələməsindən sonra özünə gəldim. Bıçaq əlimdən yerə düşdü. Ramil mənə "sən neynədin?" dedi".
Mürvət Əliyev əlavə edib ki, hadisə yerindən uzaqlaşanda dostu Ramil ona üç nəfəri bıçaqla vurduğunu deyib. Sonra da həmin şəxslərdən birinin öldüyünü öyrəniblər.
"Ramil mənə dedi ki, üç nəfər məni vurub. Mən də bıçaq çıxarıb onların üstünə getmişəm. onlardan birini vurmuşm"- deyə Mürvət ifadəsinə əlavə edib.
"Son 15 ildə Los Ancelesdə əhali sayı artmaq əvəzinə 23 min nəfər
Tekirdağda balıqçılar selik səbəbilə torlarını istifadə edə bilmir.
Telefonun batareyası cihazınızın ən həssas hissələrindən biridir. Onun
Baku TV-də Svalbard adası haqqında araşdırma materialı yayımlanıb.
İnsanların çoxu çörəyi kənarından kəsməyə başlayır və tədricən o
Müğənni Xatirə İslam "Xəbərin var?" verilişində ailəni qorum
Qiymət və xüsusiyyətlərin əla birləşməsini təklif edən beş televizor
Müğənni Kəmalə Qaramollayeva açıqlamaları ilə diqqət çəkib.
Bir qrup avstraliyalı tədqiqatçı cisimlərin parçalanması prosesini müşa
UBS analitikləri, 2024-cü ildə "təhlükəsiz liman" olaraq rekord
Slovakiyada riyaziyyat fənn olimpiadasında fəal iştirakına görə mükafat
"Mən gözələm və ya çirkinəm. Nə gündəyəm və ya nəyə oxşayır
"İrandan gələn məhsullara tələbat qiyməti ilə əlaqədardır. Çün