Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu FOTO
Kriminal 14 Yan 2025 20:37:00 82 0
Bakıda salam vermədiyinə görə tanışını 14 bıçaq zərbəsi ilə öldürməyə cəhddə təqsirləndirilən Bəhrəm İbayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bu xəbəri də oxu: Bakıda DƏHŞƏT: sevgilisini maşınla birlikdə dərəyə yuvarladı FOTO
Son.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilib.
Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin edilib.
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Bəhrəm İbayev ötən ilin aprelində tanışı Natiq Hüseynovun ona hansı səbəbə görə yanından keçərkən görüb salam verməməsinə dair irad bildirib. Daha sonra tərəflər görüşüb bu məzmunda aralarında yaranmış anlaşılmazlığa aydınlıq gətiriblər. Lakin sonradan Bəhrəm İbayev qohumunun rəhmətə getməsi səbəbindən 2 aylıq Göyçay rayonuna getməli olub. Rayonda olduğu zaman özü haqda guya Natiqin onu aparıb təklikdə cəzalandırması, onu görəndə hərəkətlərinə fikir verməsi, özündən üzr istətməsi, saymazlıq etdiyi üçün hətta qəsəbədən qovması kimi məlumatların dolaşdığını eşidir.
İttiham aktında göstərilib ki, o, bu söz-söhbətlərə son qoymaq üçün Natiq Hüseynovdan qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Belə ki, Bəhrəm iyunun 7-də paytaxtın Sabunçu rayonunda yerləşən "Park kafe" adlanan obyektdə təsadüfən Natiq Hüseynovu görərək ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Natiq Hüseynov aktiv şəkildə müqavimət göstərərək qaçıb kafeyə daxil olduğundan, eləcə də ətrafdakıların köməkliyi ilə vaxtında Sabunçu rayon xəstəxanasına çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.
Bəhrəm İbayeva qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. / Lent.az
Müğənni Aysun İsmayılova "Həmin Zaur" verilişinin qonağı olub
Plastik cərrahların efirlərdə çıxışlarına yasaq qoyulub.
NATO-nun Baş katibi Mark Rutte "Baltik qvardiyası" əməliyyatını
Bacı "Tiktok"da reytinq üçün qardaşını vurdu, polis hərəkət�
"Türkiyənin Maldivləri" olaraq tanınan "Garip Adası" sa
Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü il ərzində ayda ortalama 28 min
Əməkdar artist Lalə Məmmədova sosial şəbəkələrdə müzakirə obyektin�
Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul
Çoxdandır ictimai-siyasi aktivliyi müşahidə olunmayan Müasir Müsavat Part
Türkiyəli məşhur modelyer və dizayner Gülşah Saraçoğlu plastik əməliy
Ermənistanın ədliyyə naziri Srbui Qalyan yeni Konstitusiyanın hazırlanmas�
Yeni yaradılan Ağciyər Xəstəlikləri Mərkəzinə Nəhmət Rəhmanov direkt
Aktyor və aparıcı Ramil Babayev "Elcanlı" verilişinin qonağı ol