Azərbaycanda kredit faizləri artacaq?
Digərləri 14 Yan 2023 10:25:00 309 0
Bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı olduğu məcburi ehtiyat faizi artırılıb. Məcburi ehtiyat norması milli valyutada depozitlər üzrə 4%-dən 5%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-dən 6%-ə qaldırılıb.
Bu xəbəri də oxu: "Instagram"dan qızları məyus edəcək dəyişiklik
Bəs məcburi ehtiyat faizinin artması kredit faizlərinə necə təsir edəcək?
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildiriblər ki, Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarları ilə "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda və məcburi ehtiyat normalarında dəyişikliklər Mərkəzi Bank tərəfindən pul təklifinin daha effektiv tənzimlənməsi, uçot dərəcəsi üzrə faiz dəhlizinin faizlərə təsirinin gücləndirilməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması, habelə de-dollarlaşma meyillərinin stimullaşdırılması məqsədilə edilib.
"Qiymətləndirmələrə görə məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektorunun xərclərinə əhəmiyyətli təsir etmir. Dəyişikliklərin manatla öhdəliklərin maya dəyərinə orta hesabla cəmisi 0.16%, xarici valyutada öhdəliklərin dəyərinə isə 0.01% təsir emək ehtimalı var, lakin Mərkəzi Bankın belə bir gözləntisi yoxdur", - deyə məlumatda qeyd edilib.
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mübari
Qusar rayonunda Qələcuq kəndində yanğın baş verib.
Meyxanaçı Balaəli oğluna dəbdəbəli ad günü keçirdi.
Gəncə şəhərində evdə qazsızmasından partlayış olub, xəsarət alan va
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin s
ABŞ prezidenti Co Bayden fevralın 7-də Konqresin hər iki palatasına illik &
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisind
Son aylarda Almaniya Silahlı Qüvvələrinin maddi-texniki bazasının vəziyy�
Avropada qazın birja qiymətləri 6 %-dən çox itirərək min kubmetr üçün
"Baykar" şirkətində "Bayraktar AKINCI" pilotsuz uçuş ap