Xərçəngə qarşı ən güclü vasitə elm adamlarını təəccübləndirdi


Digərləri 15 Yan 2025 08:16:00 69 0

Xərçəngə qarşı ən güclü vasitə  elm adamlarını təəccübləndirdi

Elm adamlarının araşdırmaları nəticəsində ildə dünyada 2 milyon insanın əziyyət çəkdiyi və hər il bu xəstəlikdən 1 milyondək insanın həyatını itridiyi kolorektal xərçəng (yoğun bağırsaq xərçəngi) riskini azaltmağın çox asan bir yolu bəlli olub.

Son.az xəbər verir ki, bu barədə "Nature Communications" elm jurnalında araşdırma məqaləsi dərc edilib.

Bəlli olub ki, tərkibində kalsiumu bol olan süd, süd məhsulları, bitki və heyvan mənşəli qidalar kolorektal xərçəng riskini azaldır.

Oksford Universitetində aparılan araşdırmada orta yaşı 59 olan 542.000-dən çox qadının qidalanma və sağlamlıq məlumatları 16 il ərzində qiymətləndirilib və 97 fərqli qidanın kolorektal xərçəng riskinə təsiri ölçülüb.

Nəticədə gündəlik 300 milliqram kalsium qəbulunun kolorektal xərçəng riskini 17 faiz azaltdığı müəyyən edilib.

Kalsium bədəndə təkcə skelet sisteminin sağlam olması və sümüklərin möhkəmliyini təmin edən mineral kimi yox, həm də kolorektal xərçəngə qarşı da ciddi təsirə malik vasitə olduğu aşkarlanıb. Belə ki, kalsium yoğun bağırsaqda öd turşuları və sərbəst yağ turşularına bağlanır və onların xərçəngə səbəb olan təsirlərini azaltmağa kömək edir.

Bu səbəbdən də alimlər belə bir xəstəliyə düçar olmamaq üçün əsas 5 qidanı qəbul etməyi tövsiyə edib.

Bunlar aşağıdakılardır.

1. Toxumlar Bəzi toxumlar kalsiumla çox zəngindir. Məsələn, 1 xörək qaşığı küncütdə 100 milliqram kalsium, 1 xörək qaşığı xaşxaş toxumunda isə 127 milliqram kalsium var. Gündəlik ehtiyacın təxminən yüzdə 10-unu qarşılayan bu qidalar lif və sağlam yağlar kimi çoxlu qida maddələrini də ehtiva edir.

2. Yaşıl yarpaqlı tərəvəzlər

Yaşıl yarpaqlı tərəvəzlər bir çox faydalı maddələrlə çox zəngindir. Bunlardan biri də kalsiumdur.

3. Tofu 

Soya paxlasından hazırlanmış yumşaq, nisbətən dadsız qida məhsuludur.

4. Konservləşdirilmiş balıq

Konservləşdirilmiş balıq təzə balıqdan daha yüksək kalsium ehtiva edir, çünki onun tərkibində bişirmə zamanı yumşalan və yeməli olan sümüklər var. Xüsusilə konservləşdirilmiş sardina və qızılbalıq kalsiumla zəngindir. 60 qram yağlı sardina 240 milliqram kalsium, 85 qram konservləşdirilmiş qızılbalıq isə gündəlik tövsiyə olunan miqdarın 19 faizini təmin edir.

5. Əncir qurusu

Qurudulmuş əncirdə digər quru meyvələrdən daha çox kalsium var. Cəmi iki quru əncir yemək 100 milliqram kalsium və ya gündəlik ehtiyacımızın 10 faizini almaq deməkdir. Bu ləzzətli meyvədə həmçinin bol lif, mis, kalium, manqan, maqnezium və K vitamini var. (Ölkə.Az) Son.az

Xəbərdarlıq: Bu qəndləri almayın like
  • 15 Yan 08:09  
Digərləri Xəbərdarlıq: Bu qəndləri almayın

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) üç qənd məhsulunda uyğu

arrow Ətraflı
Türkiyədə ağır qəza  35 nəfər yaralandı like
  • 15 Yan 07:46  
Digərləri Türkiyədə ağır qəza 35 nəfər yaralandı

Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda iki avtobusun iştirakı ilə

arrow Ətraflı
Hadise sevgilisini göstərdi... like
  • 15 Yan 07:37  
Şou-biznes Hadise sevgilisini göstərdi...

Türkiyəli pop ulduz Hadise yeni sevgilisi Şenol Sönmezlə ilk dəfə fotosun

arrow Ətraflı
İnsanın qocalmasının iki əsas mərhələsi müəyyənləşdi  TƏDQİQAT like
  • 15 Yan 07:28  
Digərləri İnsanın qocalmasının iki əsas mərhələsi müəyyənləşdi TƏDQİQAT

Stanford Universitetinin alimləri insanın qocalma prosesinin iki əsas zirvə

arrow Ətraflı
“Ombama etdirdiyim dolğu qabırğamdan çıxdı” like
  • 15 Yan 07:15  
Şou-biznes “Ombama etdirdiyim dolğu qabırğamdan çıxdı”

İllər əvvəl çəkdirdiyi makiyaj videoları ilə milyonlarla izləyiciyə ç

arrow Ətraflı
“Onu tanımayan özünü tanımır”  Toyundakı kriminal söhbət ölümlə bitdi like
  • 15 Yan 07:01  
Kriminal “Onu tanımayan özünü tanımır” Toyundakı kriminal söhbət ölümlə bitdi

Saray qəsəbəsində toydan çıxarkən üç nəfər tərəfindən bıçaqlanan

arrow Ətraflı
Cənubi Koreya Prezidenti həbs edildi like
  • 15 Yan 06:51  
Dünya Cənubi Koreya Prezidenti həbs edildi

Cənubi Koreya Prezidenti Yun Sok-Yöl həbs edilib.

arrow Ətraflı
Naxçıvanda məktəbli oğlanlar itkin düşdü FOTO like
  • 15 Yan 06:50  
Digərləri Naxçıvanda məktəbli oğlanlar itkin düşdü FOTO

Naxçıvanda məktəbli oğlanlar itkin düşüb.

arrow Ətraflı
"Bakıda tıxaca bir təhər dözmək olur, amma gözlə görülməyən..." like
  • 15 Yan 06:47  
Digərləri "Bakıda tıxaca bir təhər dözmək olur, amma gözlə görülməyən..."

"Son 15 ildə Los Ancelesdə əhali sayı artmaq əvəzinə 23 min nəfər

arrow Ətraflı
Türkiyədə dənizə tor atan balıqçılar şoka düşdü  FOTO like
  • 15 Yan 06:33  
Digərləri Türkiyədə dənizə tor atan balıqçılar şoka düşdü FOTO

Tekirdağda balıqçılar selik səbəbilə torlarını istifadə edə bilmir.

arrow Ətraflı
Telefonunuzu bu 3 halda şarj etməyin like
  • 15 Yan 06:19  
Digərləri Telefonunuzu bu 3 halda şarj etməyin

Telefonun batareyası cihazınızın ən həssas hissələrindən biridir. Onun

arrow Ətraflı
Doğulmağın və ölməyin qadağan olduğu vahiməli ŞƏHƏR like
  • 15 Yan 06:06  
Digərləri Doğulmağın və ölməyin qadağan olduğu vahiməli ŞƏHƏR

Baku TV-də Svalbard adası haqqında araşdırma materialı yayımlanıb.

arrow Ətraflı
Çörəyi ortadan kəsmək lazımdır  Faydaları like
  • 15 Yan 05:05  
Digərləri Çörəyi ortadan kəsmək lazımdır Faydaları

İnsanların çoxu çörəyi kənarından kəsməyə başlayır və tədricən o

arrow Ətraflı
Xatirə ailəsini necə qorumasının sirrini açdı  VİDEO like
  • 15 Yan 04:04  
Şou-biznes Xatirə ailəsini necə qorumasının sirrini açdı VİDEO

Müğənni Xatirə İslam "Xəbərin var?" verilişində ailəni qorum

arrow Ətraflı
Almaq üçün ən yaxşı 5 televizor like
  • 15 Yan 03:03  
Digərləri Almaq üçün ən yaxşı 5 televizor

Qiymət və xüsusiyyətlərin əla birləşməsini təklif edən beş televizor

arrow Ətraflı