Ağıllı eynəklər və gizli TƏHLÜKƏ FOTO
Digərləri 14 Yan 2025 17:02:00 73 0
Haberler.com-un CEO-su Sümeyra Teymur Meta-nın ağıllı eynəklərinin məxfilik təhlükələrini və süni intellektin inteqrasiyası ilə ortaya çıxa biləcək risklərdən danışıb.
Bu xəbəri də oxu: XankəndiŞuşa yolunda avtobus yandı
Son.az xəbər verir ki, o, eynəklərin foto və video çəkmək, şəxsi məlumatları axtarmaq kimi xüsusiyyətləri ilə məxfilik təhlükəsi yarada biləcəyini bildirib.
Sümeyra Teymur texnologiyanın imkanları ilə yanaşı, etik və təhlükəsizlik risklərinin yenidən dəyərləndirilməsi lazım olduğunu vurğulayıb.
Texnologiyanın gəldiyi nöqtədə şəxsi məlumatların məxfiliyi və təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edərək müsahib bunları qeyd edib:
"İndi mənim gözümə baxdığınız bu eynək sadəcə bir eynək deyil, bir ağıllı cihazdır. Bu eynəklə musiqi dinləyə bilirəm və telefonda danışa bilirəm. Amma daha da önəmlisi bu eynəyin hər iki tərəfində aksesuar kimi görünən hissələr əslində bir kamera. Yəni, bu eynəklə foto və video çəkə bilərəm. Bu nə deməkdir? Hər hansı bir sosial mühitə girdiyimdə heç kəs fərq etmədən onların şəkillərini və videolarını çəkə bilərəm".
Bu açıqlama ağıllı cihazların potensial istifadə sahələrini genişləndirərkən, gətirə biləcəyi etik problemlərə də diqqət çəkir. Xüsusilə, süni intellektin inteqrasiyası ilə ağıllı eynəklərin, fərdlərin məxfiliyinə qarşı təhdidləri bir addım daha irəlilədə biləcəyi düşünülür.
Eynəyin internet bağlantısı vasitəsilə birinin şəxsiyyətini müəyyən edib onun haqqında ətraflı məlumatlara çatması mümkün ola bilər:
"Bu cihaz hazırda bu xüsusiyyətlərə malik deyil, amma gələcəkdə ola bilər. Məsələn, birinə baxdığımda, onun şəklini çəkib internetdə axtarış edərək bütün məlumatlarına çatmaq mümkündür. Bu, sosial mühitdə ətrafınızdakı hər kəsin adını, soyadını və ya internetdə paylaşdığı hər şeyi öyrənə biləcəyiniz anlamına gəlir. Hər kəsin kimlik məlumatlarını daşıması kimi bir şeydir. İnsanların kim olduğunu, əlaqə məlumatlarını və internet üzərindəki digər paylaşımlarını bilmək mümkün ola bilər."
Bu tip cihazlar xüsusilə logistika, təhsil və sağlamlıq sahələrində iş proseslərini asanlaşdıra bilər. Lakin Sümeyra Teymurun da vurğuladığı kimi, bu yeniliklər nəzarətsiz istifadə edildikdə cəmiyyətin məxfilik anlayışını tamamilə dəyişdirə bilər.
Texnologiyanın fərdi və cəmiyyəti təsirləri haqqında dəyərləndirmə aparan mütəxəssislər, bu cihazların həm üstünlüklərini, həm də potensial zərərlərini müzakirə edirlər. Ağıllı eynəklərin genişlənməsi ilə yanaşı, təhlükəsizlik və etik məsələlərdən əlavə hüquqi tənzimləmələrin də yenidən nəzərdən keçirilməsi zərurəti vurğulanır.
Teymur, bu cür texnologiyaların cəmiyyət üzərində yarada biləcəyi təsirləri qeyd edərkən, texnologiyanın şəxsi məlumatlar üzərindəki təhdidlərinin yeni bir mərhələyə keçdiyini bildirib:
"Ümumiyyətlə, texnologiya indiyə qədər şəxsi məlumatlarımızı təhdid edirdi. Lakin bundan sonra bizə gələn süni intellekt dəstəklənən cihazlar çox daha təhlükəli olacaq."
Gələcəyin Texnologiyası: Asanlıq mı, Təhlükə mi? Meta kimi texnologiya nəhənglərinin inkişaf etdirdiyi bu cihazlar texnologiyanın həyatımızdakı yerini yenidən düşünməyimizə səbəb olur. İstifadəçilər, bu yeniliklərin gətirdiyi asanlıqlarla məxfilik üzərindəki təhdidlər arasında bir balans qurmaq məcburiyyətində qalacaq. Görünən odur ki, gələcəkdə şəxsi məlumatların təhlükəsizliyi daha mürəkkəb və çətin bir mübarizə halına gələcək.
Hüseyn Son.az
Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus nəqliyyat vasitələri v�
Gələn həftənin ilk iş günü 20 Yanvar - Ümumxalq Hüzn Gününə təsadü
Sübut olunub ki, pişiklərin mırıltısı insanı sağaldır, zədəli toxuma
"Lukoyl"da ABŞ-nin yeni sanksiyaları fonunda şirkətin rəhbəri d�
"2024-cü ildə rezidentura üzrə təhsilimizi tamamlamışıq və noyabr�
Efirdə aparıcı Elgiz Əkbərlə qonağı Elit star Cəmilə arasında gərgin
YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Məktəbinin ik
Daxili xidmət polkovnik-leytenantı Anar Əzizağa oğlu Salahov Fövqəladə H
Xankəndi Şəhər Prokurorluğuna ilk xanım müstəntiq təyin edilib.
Türkiyə Super Liqasında gözlənilməz dəyişiklik baş verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Ə
Qəsdən adam bıçaqlamaqda ittiham edilən ictimai fəal Afiəddin Məmmədov
AZAL-ın təyyarəsinin "qara qutu"larının deşifrə edilməsi mətb
Qeyri-adi açıqlamaları ilə diqqət çəkən müğənni Yusuf Güney bu dəf�
Bakıda qısqanclıq zəminində sevgilisini avtomobillə bərabər dərəyə a