Pemfikus xəstəliyi
Digərləri 14 Yan 2023 08:55:00 355 0
Pemfikus ağır dəri xəsrəliklərindəndir. Pemfikus autoimmun xəstəliklər siyahısına daxildir və dərinin ağır zədələnmələrin ilə özünü biruzə verir. Pemfikus xəstəliyi əksər hallarda xəstənin ölümünə səbəb olur. Pemfikus özünü dərinin və selikli qişaların üst təbəqəsində meydana çıxan qabarcıqlarla biruzə verir. Xəstəliyin əmələ gəlmə səbəbi elmə məlum deyil. Mütəxəssislərin fikrinə görə xəstəliyin əmələ gəlməsinə virus səbəb olur. Bu virus dəridəki hüceyrələrin sitoplazmasında müxtəlif ağır patologiyalara səbəb olur. Pemfikus xəstəliyinə hər yaş dövründə olan adamlarda rast gəlmək mümkündür. Pemfikus xəstəliyi zamanı dəri və selikli qişalarda içərisi qatı irinlə dolu qovuqcuklar meydana çıxır. Ən böyük irin qovuqcuqları ağız boşluğu və cinci orqan nahiyələrində əmələ gəlir. Bu zaman irin qovuqcuqları olan nahiyələrdə kəskin ağrı hissi də meydana çıxır. Bir çox mütəxəssislər isə pemfikus xəstəliyinin autoaqressiv antitellər səbəbindən baş verdiyini qeyd edirlər. Xəstəlik zamanı dərinin epiderma hüceyrələri öz quruluşunu dəyişərək dəri təbəqəsinin tamlığının pozulmasına səbəb olur. Xəstəlik zamanı xəstənin dəri qatının əksər hissəsi irin torbacıqları olə örtülmüş olur. Bu xəstəlik barədə ilk məqalə 1964-cü ildə qeydə alınmışdır. Xəstəlik əlamətlərinə görə 4 növə ayrılır. * vulqar * vegetativ * yarpaqşəkilli * irinli Müalicəsi Xəstəliyin müalicəsi zamanı əsasən qlükokortikosteroidlərdən (prednizalon, deksametazon) istifadə edilir. Dərmanların dozası həkimin təyinatı ilə təyin edilməli və xəstəliyin gedişinə uyğun olraq artırılıb azaldılmalıdır. Xəstəlik zamanı orqanizmi yanaşı təsirlərdən qorunmaq lazımdır. Bu məqsədlə xəstələrə immunosupressorlar(siklosporinom, mikofenolyat mofetil, sikofosfamid, azatioprin, metotreksat və s.) təyin edilir. Müalicə zamanı xəstənin vena daxilinə yüksək dozada immunoqlobilin təyin edilir. Son illər pemfikus xəstəliyiyn müalicəsində anti - CD 20 monoklan antiteli tətbiq edilir. Xəstəliyin göbələk və infeksiya xəstəliklərinin əlamətləri ilə ağırlaşmaları olduqda dəri baryer xüsusiyyətini itirir. Bu zaman xəstəyə antibiotik və göbələkəleyhinə müalicə vasitələrindən istifadə edilir. Xəstəlilik dərman müalicəsinə tabe olmadıqda ağırlaşmalar meydana çıxır. Bu zaman xəstəyə onurğa iliyi çökürülür. Xəstəliyin gedişi bəd xassəlidir. O müalicəyə tabe olmur və xroniki şəkil alır. Pemfikus xəstəliyi əksər hallarda heç bir müalicəyə tabe olmur və xəstənin əmək qabiliyyətinin tamamilə aşağlı düşməsinə səbəb olur. Perfuikus əksər hallarda xəstənin ölümü ilə nəticələnir.
Bu xəbəri də oxu: Bill Qeyts: "Mənim ən böyük səhvim mobil cihazlar olub"
"Baykar" şirkətində "Bayraktar AKINCI" pilotsuz uçuş ap
Rusiya ordusu Ukraynanın enerji sisteminə 6,8 milyard dollarlıq zərər vurub
Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarı Andreas Norlen
ABŞ yanvarın 19-da dövlət borcu maksimal həddə çatacaq və ölkənin qanu
Münhendə Avropa İttifaqının sanksiyaları altında olan Rusiya Dövlət Dum
Musiqi insanın ruhuna və beyninə təsir edən bir vasitədir.Nahaq yerə musi
Rusiya Federasiyasında üçuşaqlı atalar üçün qismən səfərbərlikdən m
Xalqımız əvvəlcə danışan, sonra fikirləşənə yatırım edib, onu Ermə
Bir qrup insanlar vardır ki,onlar daima narahat yaşayırlar.Adi bir hadisə be
Peruda hökumət əleyhinə etirazçılar tərəfindən bağlanan yolların say�
Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəs
Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yo
Türkiyənin keçmiş çavuşu Musa Orhan məşhur aktrisa Hazal Kayanı məhkə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ta