Azərbaycan bunu da BACARDI


Siyasət 14 Yan 2023 10:26:00 250 0

Azərbaycan bunu da BACARDI

Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dünyada bir yandan koronavirus pandemiyasının yaratdığı dərin böhran, digər tərəfdən də köhnə və yeni aktiv savaş ocaqlarının getdikcə genişlənməsi dünyada demək olar bütün sahələri çox böyük təhlükə ilə üz-üzə qoyub, ərzaq böhranını, iqtisadi infilyasiyanı qaçılmaza çevirib.

Nəzər salsaq aydın görərik ki, bu problemlər, yaranmış çətinliklər bir neçə il öncələrlə müqayisədə artıq inkişaf etməmiş və yaxud inkişaf etməkdə olan ölkələri yox, hətta ən çox inkişaf etmiş ölkələri də aciz duruma salıb. Pandemiya kimi dünyanı ağuşuna alan bir bəlanın vüsət aldığı və hələ də çözülmədiyi geridə qalan 3 il ərzində, dünyanın "super" güclərinin bu virusla mübarizə aparmaqda çətinlik çəkdiyi bir vaxtda Azərbaycan nadir ölkələrdən oldu ki, uzun illərə söykənən, həlli məsələsi mümkünsüz kimi görünən bir çox problemləri elə bu ərəfədəcə çox uğurla aradan qaldırdı, qarşısına qoyduğu missiyanı müvəffəqiyyətlə icra etdi. Buna misal olaraq 44 günlük İkinci Qarabağ müharibəsindəki tarixi zəfəri göstərə bilərik.

Müharibə yeni problemlər, iqtisadi çətinliklər, dövlətin müəyyən ehtiyatlarının tükənməsi, hələ uzun illər onun yaratdığı çatışmazlıqların ölkədə ciddi hiss edilməsi, insanların rifahına birbaşa təsir edən amil olduğunu dünya təcrübəsində dəfələrlə görsək də, bu situasiya Azərbaycanda tamamilə fərqli məcrada özünü büruzə verməkdədir. Bu savaş zamanı Azərbaycanın 3 mindən çox övladı şəhid oldu, 10 mindən çox gənci sağlamlığını itirdi, bütün bunlar dövlətin şəhid ailələrinə və qazilərə sosial dəstəyin, müavinətləri məsələsinin gündəmə gəlməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması kimi məsələləri dövlətin qarşısında əsas prioritet olaraq qoymasına baxmayaraq, geridə qalan 2 ildən bir az artıq bir müddətdə birdən-birə bu qədər yükün altından qalxmağı dünyanın nəhəng dövlətləri bacara bilməzdi ki, Azərbaycan bunun öhdəsindən gəlməyi bacardı. 

İşğaldan azad edilən ərazilərdəki erməni vandallığı, daşı-daş üstə qoymadıqları, bütün tarixi, mədəni, dini irsimizi yerlə-yeksan etdikləri, yaşayış məntəqələrimizi, şəhər-kəndlərimizi, bütün infrastrukturu məhv etdikləri heç kəsə sirr deyil. Sirr deyil ki, bütün bu problemləri aradan qaldırmaq üçün Azərbaycana xaricdən bir qəpik də yardım edilmir. Erməni vandalizminin yaratdığı problemləri aradan qaldırmaq üçün rəsmi Bakı öz pul kisəsindən milyardlarla dollar həmin ərazilərin bərpası, keçmiş qaçqın və məcburi köçkünlərin öz yurdlarına qısa bir zamanda qayıtması üçün xərcləməsinə baxmayaraq Prezident İlham Əliyev bir neçə gün əvvəl "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalamaqla bir daha Azərbaycan dövləti üçün insan faktorunun nə qədər önəmli və vacib olduğunu göstərdi. 

Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri yüksək sürətlə davam etdirilir. Elə ötən gün Prezident İlham Əliyevin Sosial müavinətlərin məbləğinin artırılması və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalaması bunun növbəti bariz nümunəsidir. 

Bu, eyni zamanda ölkədə qəbul edilən bütün qərarlarda vətəndaşların sosial müdafiəsinin təmin edilməsinin əsas götürüldüyündən xəbər verir. Azərbaycan Prezidentinin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncamı və dünən bunun davamı olaraq "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Fərmanı da elə bu qəbildəndir. Fərmana əsasən yalnız minimum əməkhaqqı və pensiya deyil, həmçinin sosial müavinətlərin və təqaüdlərin də məbləğlərinin artırılması barədə qərar verildi.

Dövlət büdcəsinin əhəmiyyətli bir hissəsi hər zaman olduğu kimi, bu il də əhalinin sosial müdafiəsinə yönəldilib. Bu gün biz qısa zaman kəsiyində pensiyaların baza hissəsinin artdığının şahidi oluruq. Minimum əməkhaqqının 300 manatdan 345 manata qədər qaldırılması isə özlüyündə əhəmiyyətli hadisə hesab olunmalıdır.

Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və abadlıq işlərinin həyata keçirilməsi ilə yanaşı, dövlətin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündəki bu addımı ölkə başçısının xalqına olan diqqət və qayğısının nəticəsidir. Nəzərə alsaq ki, bu Fərmandan təxminən 1 milyona yaxın insanı (800 min vətəndaşı) vətəndaşımız faydalanacaq, bu, deməyə əsas verir ki, İlham Əliyevin sosial siyasətinin əsas prioritet istiqaməti hər zaman olduğu kimi vətəndaşlarının rifah halının davamlı yaxşılaşdırılmasıdır. Sözügedən hadisə bir daha ölkə rəhbərliyinin sosial məsələlərə olduqca həssas və diqqətli yanaşmasından xəbər verir.

Bu gün faktiki olaraq Azərbaycan əhalisinin sosial durumunun yaxşılaşdırılması istiqamətində atdığı addımlar nöqteyi nəzərdən sözügedən qəbildən görülən tədbirlər baxımından istər MDB məkanında, istərsə də dünyada bir sıra ölkələrlə müqayisədə çox öndədir. Odur ki, əvvəlki sərəncamlar kimi, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Fərmanın da vətəndaşlarımızın sosial müdafiəsinə, onların güzəranının yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyi şübhə doğurmur.

Bu, bir tərəfdən liderin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkünə çevrilməkdədir. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına öz dəstəyini göstərib və göstərməkdədir.

Təhməz Əsədov Son.az

Azərbaycanda kredit faizləri artacaq? like
  • 14 Yan 10:25  
Digərləri Azərbaycanda kredit faizləri artacaq?

Bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı old

arrow Ətraflı
Bakıda 3 nəfər dəm qazından zəhərlənib, like
  • 14 Yan 10:21  
Digərləri Bakıda 3 nəfər dəm qazından zəhərlənib,

Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var.

arrow Ətraflı
Azərbaycanda sabiq icra başçısı vəfat etdi like
  • 14 Yan 10:14  
Digərləri Azərbaycanda sabiq icra başçısı vəfat etdi

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mübari

arrow Ətraflı
Qusarda FACİƏ: nənə və 7 yaşlı nəvəsi yanaraq öldü like
  • 14 Yan 10:07  
Digərləri Qusarda FACİƏ: nənə və 7 yaşlı nəvəsi yanaraq öldü

Qusar rayonunda Qələcuq kəndində yanğın baş verib.

arrow Ətraflı
Balaəli oğlunun ad günündə Rəşad Dağlının övladları ilə like
  • 14 Yan 10:03  
Şou-biznes Balaəli oğlunun ad günündə Rəşad Dağlının övladları ilə

Meyxanaçı Balaəli oğluna dəbdəbəli ad günü keçirdi.

arrow Ətraflı
Gəncədə evdə partlayış olub, like
  • 14 Yan 09:52  
Digərləri Gəncədə evdə partlayış olub,

Gəncə şəhərində evdə qazsızmasından partlayış olub, xəsarət alan va

arrow Ətraflı
Laçın yolundan BQXKnın daha 5 avtomobili maneəsiz keçid etdi like
  • 14 Yan 09:41  
Siyasət Laçın yolundan BQXKnın daha 5 avtomobili maneəsiz keçid etdi

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

arrow Ətraflı
İran müdafiə nazirinin sabiq müavini edam olundu like
  • 14 Yan 09:37  
Dünya İran müdafiə nazirinin sabiq müavini edam olundu

Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin s

arrow Ətraflı
Bayden "Ölkənin vəziyyəti" barədə ABŞ Konqresində çıxış edəcək like
  • 14 Yan 09:30  
Dünya Bayden "Ölkənin vəziyyəti" barədə ABŞ Konqresində çıxış edəcək

ABŞ prezidenti Co Bayden fevralın 7-də Konqresin hər iki palatasına illik &

arrow Ətraflı
Məşhur aktyor koronavirusdan öldü like
  • 14 Yan 09:19  
Şou-biznes Məşhur aktyor koronavirusdan öldü

Amerikalı məşhur aktyor Ben Masters vəfat edib.

arrow Ətraflı
İmişli sakinindən 3 kiloqramdan artıq narkotik götürülüb  FOTO like
  • 14 Yan 09:08  
Digərləri İmişli sakinindən 3 kiloqramdan artıq narkotik götürülüb FOTO

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisind

arrow Ətraflı
Bubon nədir? like
  • 14 Yan 08:59  
Digərləri Bubon nədir?

Bubon limfa vəzinin 3-5 sm-ə qədər böyüməsinə və əksər hallarda irinl

arrow Ətraflı
Almaniyanın müdafiə naziri like
  • 14 Yan 08:58  
Siyasət Almaniyanın müdafiə naziri

Son aylarda Almaniya Silahlı Qüvvələrinin maddi-texniki bazasının vəziyy�

arrow Ətraflı
Avropada qazın qiyməti 700 dollardan like
  • 14 Yan 08:57  
Digərləri Avropada qazın qiyməti 700 dollardan

Avropada qazın birja qiymətləri 6 %-dən çox itirərək min kubmetr üçün

arrow Ətraflı
Pemfikus xəstəliyi like
  • 14 Yan 08:55  
Digərləri Pemfikus xəstəliyi

Pemfikus ağır dəri xəsrəliklərindəndir. Pemfikus autoimmun xəstəliklər

arrow Ətraflı