Zakir Həsənov müşavirə keçirdi:


Siyasət 14 Yan 2023 11:37:00 232 0

Zakir Həsənov müşavirə keçirdi:

Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən xəbərə görə, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsi zamanı Ordunun xidməti-döyüş fəaliyyətinin, eləcə də aparılan hərbi islahatların yüksək qiymətləndirildiyini vurğulayan nazir, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki əməliyyat şəraiti geniş təhlil edilib. General-polkovnik Z.Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və baş verə biləcək istənilən təxribatın qarşısının alınmasına hər an hazır olunması barədə konkret tapşırıqlar verib.

Silahlanmada olan yeni silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi, onların düzgün istismarı və effektiv tətbiqi məqsədilə mütəxəssis hazırlığına xüsusi diqqət yetirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Ordusunda peşəkar kadr heyətinin hazırlanması məqsədilə təhsil sahəsində aparılan islahatlar geniş müzakirə edilib. Bu istiqamətdə görülən işlərin intensivliyinin artırılması ilə bağlı aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib.

Qış tədris dövründə döyüş hazırlığının xüsusiyyətlərini müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri qış aylarında, xüsusilə də dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinin, o cümlədən təminat yollarının və rabitə-kommunikasiya xətlərinin daim işlək vəziyyətdə saxlanılmasının vacibliyini qeyd edib.

Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi məqsədilə görülən mühəndis tədbirlərinin 2023-cü ildə də plana uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə davam etdirilməsi tapşırılıb.

2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Orduda keçiriləcək silsilə tədbirlər şəxsi heyətin döyüş ruhunun daha da yüksəlməsində mühüm rol oynayacağını bildirən nazir ideoloji iş və mənəvi-psixoloji təminat istiqamətində fəaliyyətlərin yüksək keyfiyyətlə həyata keçirilməsi barədə müvafiq vəzifəli şəxslərə göstərişlər verilib.

Gündəlik fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, hərbi qulluqçulara, xüsusilə xidmətə yeni qəbul edilən gənc əsgərlərə diqqət və qayğı ilə yanaşılması, onların mövsümi xəstəliklərdən qorunması məqsədilə aparılan tibbi-profilaktik tədbirlərə nəzarətin daha da gücləndirilməsi tapşırılıb.

Sonda qoşun xidmətinin təşkili, eləcə də hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Şolts tanklara görə qəzəbləndi: like
  • 14 Yan 11:36  
Dünya Şolts tanklara görə qəzəbləndi:

Almaniya kansleri Olaf Şolts NATO tərəfdaşlarının Ukraynaya tankların ver

arrow Ətraflı
Türkiyə səfirliyi: "Azərbaycanla əlaqələrimizi "Şuşa Bəyannaməsi" ilə taclandırdıq" like
  • 14 Yan 11:29  
Siyasət Türkiyə səfirliyi: "Azərbaycanla əlaqələrimizi "Şuşa Bəyannaməsi" ilə taclandırdıq"

Türkiyənin Azərbaycandakı səfirliyi Bakı ilə Ankara arasında diplomatik

arrow Ətraflı
Evlərin alqısatqısına dair prosedur dəyişib, like
  • 14 Yan 11:27  
Digərləri Evlərin alqısatqısına dair prosedur dəyişib,

Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi

arrow Ətraflı
Məşhur müğənninin çəkisi hər kəsi ŞOKA saldı like
  • 14 Yan 11:25  
Şou-biznes Məşhur müğənninin çəkisi hər kəsi ŞOKA saldı

Rusiyalı məşhur müğənni Polina Qaqarina minimum çəkisini açıqlayıb.

arrow Ətraflı
Xomeyninin fitvaları ilə qadınların namusuna toxunulur like
  • 14 Yan 11:14  
Digərləri Xomeyninin fitvaları ilə qadınların namusuna toxunulur

İslam hökuməti qurulanda qadınlar inqilabın önündə gedirdi. O dövrdə i

arrow Ətraflı
Sabirabadda ov icazəsi olmayan şəxslər saxlanılıb like
  • 14 Yan 11:07  
Digərləri Sabirabadda ov icazəsi olmayan şəxslər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun v

arrow Ətraflı
ABŞ institutu: “Priqojın Rusiya Müdafiə Nazirliyini “Vaqner”i tanımağa məcbur edib” like
  • 14 Yan 11:02  
Dünya ABŞ institutu: “Priqojın Rusiya Müdafiə Nazirliyini “Vaqner”i tanımağa məcbur edib”

Biznesmen Yevgeni Priqojın Rusiya Müdafiə Nazirliyinin onun "Vaqner"

arrow Ətraflı
Binəqədi rayonunda evdən meyit tapıldı like
  • 14 Yan 10:56  
Digərləri Binəqədi rayonunda evdən meyit tapıldı

Bakı şəhərində mənzildən meyit tapılıb.

arrow Ətraflı
Qərb bizə görə Türkiyə ilə savaşacaq? like
  • 14 Yan 10:52  
Digərləri Qərb bizə görə Türkiyə ilə savaşacaq?

Ermənistanın kollektiv Qərbdən hər hansı illuziya və yüksək gözləntis

arrow Ətraflı
Tanınmış müğənni 24 yaş kiçik sevgilisi ilə evlənəcək? like
  • 14 Yan 10:37  
Şou-biznes Tanınmış müğənni 24 yaş kiçik sevgilisi ilə evlənəcək?

Tanınmış türkiyəli aktyor və ifaçı Özcan Dəniz ötən gün alış-veri

arrow Ətraflı
Bakıda körpə ana südü qəbul edərkən boğulub öldü like
  • 14 Yan 10:32  
Digərləri Bakıda körpə ana südü qəbul edərkən boğulub öldü

Bakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb.

arrow Ətraflı
Azərbaycan bunu da BACARDI like
  • 14 Yan 10:26  
Siyasət Azərbaycan bunu da BACARDI

Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siya

arrow Ətraflı
Azərbaycanda kredit faizləri artacaq? like
  • 14 Yan 10:25  
Digərləri Azərbaycanda kredit faizləri artacaq?

Bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı old

arrow Ətraflı
Bakıda 3 nəfər dəm qazından zəhərlənib, like
  • 14 Yan 10:21  
Digərləri Bakıda 3 nəfər dəm qazından zəhərlənib,

Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var.

arrow Ətraflı
Azərbaycanda sabiq icra başçısı vəfat etdi like
  • 14 Yan 10:14  
Digərləri Azərbaycanda sabiq icra başçısı vəfat etdi

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mübari

arrow Ətraflı