ABŞ institutu: “Priqojın Rusiya Müdafiə Nazirliyini “Vaqner”i tanımağa məcbur edib”
Dünya 14 Yan 2023 11:02:00 326 0
Biznesmen Yevgeni Priqojın Rusiya Müdafiə Nazirliyinin onun "Vaqner" özəl hərbi şirkətinin Soledarın ələ keçirilməsində iştirakını etiraf etdikdən sonra öz mövqeyini möhkəmləndirib
Bu xəbəri də oxu: Göyçə yolunda qəza:
Son.az "Report"a istinadən xəbər verir ki, bu qənaətə Müharibə Araşdırmaları İnsitutunun (MAİ) analitikləri gəlib.
Nazirlik bir gün əvvəl Soledarın tutulduğunu açıqlamışdı. Priqojının bir neçə gün əvvəl şəhəri ələ keçirənlərin onun döyüşçüləri olduğunu söyləməsinə baxmayaraq, Müdafiə Nazirliyinin ilk məlumatında "Vaqner"in adı ümumiyyətlə qeyd olunmamışdı. MAİ-nin gündəlik icmalına görə, bu, Rusiya informasiya məkanında kəskin reaksiyaya səbəb olub. Axşama yaxın Müdafiə Nazirliyindən daha bir məlumat yayıb. Hərbi qurum bu yeni məlumatı "KİV-dən olan sorğularla" əlaqələndirib.
MN hücum əməliyyatlarının "Rusiya qoşunlarının müxtəlif növ qruplaşması" tərəfindən, "Soledarın şəhər bloklarına birbaşa hücum" isə "Vaqner" ÖHŞ-nin "hücum dəstələrinin könüllüləri" tərəfindən həyata keçirildiyini etiraf edib.
Bəzi militarist bloqçular hesab edirlər ki, Priqojın Müdafiə Nazirliyini, birincisi, qəsdən qeyri-müəyyən ritorikadan kənara çıxmağa, ikincisi, "Vaqner" ÖHŞ-nin rəsmi tanınmasından və onun hərbi səylərini qəbul etməkdən çəkinmək siyasətindən əl çəkməyə məcbur edib. İndiyədək Müdafiə Nazirliyi öz hesabatlarında "Vaqner"in adını çəkməmişdi.
"Priqojın, çox güman ki, Soledardakı qələbədən Rusiyadakı nüfuzunu artırmaq üçün alver obyekti kimi istifadə etməyə çalışır. Müdafiə Nazirliyinin ictimai etirazlara cavab olaraq "Vaqner" qüvvələrini xatırlatması Priqojının mühüm qələbəsindən xəbər verir və onun bu müharibənin həlledici iştirakçısı statusunu möhkəmləndirir".
Qeyd edək ki, 2022-ci ilin avqustun 3-də başlayan Soledar uğrunda döyüşlər yanvar ayında şiddətlənib. Belə ki, rəsmi Moskavanın birtərəfli qaydada elan etdiyi "Milad atəşkəsi"ndə Ukrayna Ordusunun müdafiə xətti yarılıb. İşğalçı qüvvələr yanvarın 6-7-də şəhərin əhəmiyyətli hissəsini ələ keçirə bilib. Şəhərin işğalında Rusiyaya bağlı "Vaqner" özəl hərbi şirkətinin muzdluları fəal şəkildə iştirak edir.
Ermənistanın kollektiv Qərbdən hər hansı illuziya və yüksək gözləntis
Tanınmış türkiyəli aktyor və ifaçı Özcan Dəniz ötən gün alış-veri
Bakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb.
Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siya
Bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı old
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mübari
Qusar rayonunda Qələcuq kəndində yanğın baş verib.
Meyxanaçı Balaəli oğluna dəbdəbəli ad günü keçirdi.
Gəncə şəhərində evdə qazsızmasından partlayış olub, xəsarət alan va
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin s
ABŞ prezidenti Co Bayden fevralın 7-də Konqresin hər iki palatasına illik &