Fransalı spikerdən İrəvanda ermənilərə tərs sillə:
Siyasət 14 Yan 2023 12:22:00 412 0
Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pive ermənilərə "tərs sillə" vuraraq deyib ki, Paris beynəlxalq hüquqa uyğun olaraq Qarabağın müstəqilliyini tanımır.
Son.az Trend-ə istinadən bildirir ki, İrəvanda keçirilən mətbuat konfransında fransalı spiker bildirib ki, Fransanın bu mövqeyi beynəlxalq normalara uyğundur. "Fransa Qarabağın müstəqilliyini tanımır və bu, tabe olduğumuz beynəlxalq hüquq normalarına uyğundur", - deyə spiker bildirib.
Üstəlik, o, bunu erməni həmkarı Alen Simonyanla birgə mətbuat konfransında İrəvanın özündə birbaşa onların üzünə bildirib.
Yael Bron-Pive vurğulayıb ki, Fransa Azərbaycan və Ermənistan arasında sülh dialoqunun bərpasına ümid edir.
"Bu gün biz hesab edirik ki, ən vacibi sülh yolu ilə nizamlanma və sülh dialoqunun bərpasıdır. Bütün səylərimiz buna yönəlib. Bu gün biz hesab edirik ki, sülh yolu ilə nizamlanmadan başqa vasitələrə əl atmaq yersizdir, çünki sülh yolu ilə nizamlanma və dialoq tükənməyib. Bizim enerjimiz 100% bu nizamlanmaya yönəlib", - deyə spiker qeyd edib.
Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa
"Bizdə müğənnilər var ki, yarım saat toy ifa edirlər, elələri də
Region ölkələri içərisində seçdiyi siyasi kurs baxımından ən anlaşıl
Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərli
Almaniya kansleri Olaf Şolts NATO tərəfdaşlarının Ukraynaya tankların ver
Türkiyənin Azərbaycandakı səfirliyi Bakı ilə Ankara arasında diplomatik
Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi
Rusiyalı məşhur müğənni Polina Qaqarina minimum çəkisini açıqlayıb.
İslam hökuməti qurulanda qadınlar inqilabın önündə gedirdi. O dövrdə i
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun v
Biznesmen Yevgeni Priqojın Rusiya Müdafiə Nazirliyinin onun "Vaqner"
Ermənistanın kollektiv Qərbdən hər hansı illuziya və yüksək gözləntis
Tanınmış türkiyəli aktyor və ifaçı Özcan Dəniz ötən gün alış-veri
Bakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb.