"Zəngəzur dəhlizi sülh sazişindən əvvəl açıla bilər"
Siyasət 08 Yan 2023 19:59:00 335 0
"2023-cü ildə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması gözləniləndir. Əslində bu sazişin imzalanması üçün də əngəllər yoxdur. Amma əsas məsələ sərhədlərin demarkasiya və delimitasiyasıdır. Bu, uzun və ağrılı məsələdir. Hələ anklavları demirəm. Bu da ayrı bir məsələdir. Lakin məndə belə bir inam var ki, Zəngəzur dəhlizinin açılmasında da elə bir ciddi problem yoxdur. Həm də bu dəhlizin açılmasında Moskva çox maraqlıdır. Hətta bu dəhliz sülh sazişindən də əvvəl açıla bilər".
Bu xəbəri də oxu: Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkəmizin diplomatik təmasları intensivləşib
Son.az bizim.media-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov "Danışaq?" verilişində Həmid Həmidova müsahibəsində deyib.
Verilişdə sabiq nazir bir çox məsələlərlə bağlı fikirlərini açıqlayıb. O, Şuşa-Xankəndi yolundakı aksiya barədə bunları deyib:
"Ekoloqların aksiyası artıq müəyyən nəticələr verib. İlk növbədə ona görə ki, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında işlər dayandırılıb. Vəziyyətin inkişafının məntiqi onu deməyə əsas verir ki, ekoloji missiya ilə paralel olaraq Azərbaycan-Ermənistan sərhədində gömrük, sərhəd və fitosanitar postlar yaradılmalıdır.
Laçın yolu işləyir, bu yolla maşınlar hərəkət edir. Azərbaycan bəyanatın altıncı bəndini heç bir şəkildə pozmur. Rusiya sülhməramlıları keçidin təhlükəsizliyini təmin edir, lakin yol Azərbaycanın suverenliyi altındadır. Ona görə də Rusiya sülhməramlıları təhlükəsizliyə də cavabdeh olmalıdır, yeri gəlmişkən, Zəngəzur dəhlizi boyunca da bunu etməlidirlər".
Elmar Məmmədyarov Ruben Vardanyan barədə də fikirlərini söyləyib:
"Ruben Vardanyanın çox asanlıqla Rusiya vətəndaşlığından çıxarılması mənim üçün bir qədər təəccüblü oldu. Çünki mən vətəndaşlıqdan məhrumedilmə prosedurunu çox yaxşı bilirəm. Çox uzun prosesdir. Amma Vardanyan çox asanlıqla bu proseduru keçdi. Hələ onu demirəm ki, Rusiya kimi bir ölkənin vətəndaşlığından çıxarılmanın digər problemləri də var. Əgər həmin adamın var-dövləti varsa, bundan məhrum ola bilər. Lakin Vardanyanın hansısa maliyyə itkisi ilə üzləşdiyini demək olmaz. Onun Rusiyadakı varidatı toxunulmaz olaraq qalır.
Bunun da əsasları var. Rusiya istəyir ki, onun hər yerdə adamı olsun. Bütün hallarda Vardanyan Rusiyanın adamıdır. Amma Vardanyan fiqur deyil. O marionetkadır, göstərişlə hərəkət edir".
Məşhur futbolçu Jerar Pikenin keçmiş sevgilisi, müğənni Şakiranı ofisi
Təqlid (تَقْليد) kəlməsi, "təqib etmək, bir şeyi boynuna taxma
Bakıda polis narkotik barədə məlumat əsasında bir neçə nəfəri saxlayı
Qurban kəsmək, namaz və oruc kimi hər kəsin yerinə yetirməsi vacib olan i
Qara nöqtələr (kamedonlar) və ağ civzələr (iltihablaşmayan) - aknenin ə
Başörtüsü eyni zamanda Allahın əmri olduğu üçün bir inancı təmsil ed
"Sağlam qida, çox hadisələrə əsəbləşməmək və idmanla məşğul
İstanbulda 17 yaşlı qıza təcavüz etdiyi iddia edilən şübhəli ətrafdak
"Ukraynadakı münaqişənin təhlili göstərir ki, Rusiya NATO qarşısı
Gözəl saçlara sahib olmaq üçün onları nəinki xaricdən, həmçinin "
Kron xəstəliyi dəqiq müalicəsi tapılmayan, bağırsqların kəskin iltihab
Yanvarın 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yer
Tətil və ya işgüzar səfər planlaşdırmaq səyahətçi üçün həmişə a