Digərləri

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir?

2023-01-28 20:15:00

Nəyə görə qaranlıq şəraitdə televizor, telefonun mavi ekranına baxmaq orqanizm üçün zərərlidir?

Şəmkirdə və Gədəbəydə dərmandan

2023-01-28 20:14:00

Şəmkirdə yeniyetmə qız dərmandan zəhərlənib.

Övladı tərbiyə etmək məqsədi ilə vurmaq (döymək) olarmı?

2023-01-28 20:10:00

İslam dini uşaqların tərbiyəsinə mühüm əhəmiyyət verir. Dinimiz tərbiyə prosesində zor tətbiq etməkdənsə, başa salmağa, izah etməyə, şəxsi təcrübə əsasında tərbiyə verməyə üstünlük verir. Uşağı ən zəruri hallarda - tənbeh etmək, danlamaq, hədiyyədən məhrum etmək, cəzalandırmaq və s. üsullar fayda vermədikdə - yüngülvari vurmağa icazə verilir. Amma bu zaman həddi aşmaq, ona fiziki və psixoloji zədə vurmaq qəti qadağandır. Uşağın bədənində iz buraxacaq tərzdə (göyərmə, qızarma yaradacaq şəkildə) zor tətbiq etmək qəbuledilməzdir. Uşağın üzünə, başına vurmaq həm tibbi, həm də dini baxımdan qadağandır.

Ciddi ürək çatışmalığı olan xəstəni sağaldan həkimdən

2023-01-28 20:05:00

Yüksək təzyiq, daha çox sinə, kürək, baş tərəflərdə tərləmə, təngənəfəslik şikayətləri ilə həkim-fitoterapevt Fizuli Hüseynova müraciət edən 55 yaşında xəstə sağlamlığına qovuşub.

Hər gün yumurta yeyilərsə orqanizmdə nələr baş verər?

2023-01-28 20:01:00

Yumurta ən qiymətli qida vasitələrindən biri sayılır. Onun tərkibi dəmir, aminturşuları və antioksidantlarla zəngindir.

Allahı sevən Allahın sevdiklərini də sevər

2023-01-28 19:55:00

Uca Allah, meracda Peyğəmbərinə öz dostlarını bu xüsusiyyətlərlə tanıdır: "Mənim dostlarım, onlara baxdığım kimi onlarda mənim bəndələrimə baxarlar."

Quran həm dirilər, həm də ölülər üçündür

2023-01-28 19:50:00

Quran həm dirilər, həm də ölülər üçündürBütün müsəlmanlar bu məsələdə fikir birliyinə sahibdirlər ki, insan dünyasını dəyişdikdən sonra əməl dəftəri bağlansa da, bəzi məsələlər onun bərzəx həyatındakı vəziyyətinə təsir edir. Bir şəxsin sağlığında gördüyü xeyir əməlin nəticəsi ölümündən sonra da davam etdiyi təqdirdə savabı ona yazılır. Belə ki, məsələn, quyu qazmış, ağac əkmiş, dəyərli kitab yazmış, gözəl övlad böyütmüş şəxs bunlardan gələn savaba şərik olur. İnsanlar onun əkdiyi ağacdan, qazdığı quyudan, yazdığı kitabdan, böyütdüyü övladdan faydalandıqca mərhumun özü də savab yiyəsi olur. Buna dini mənbələrdə "sədəqət əl-cariyə" (davamlı sədəqə) deyilir İslam alimləri demək olar ki, bütünlüklə bu fikirdə yekdildirlər ki, bir şəxs öləndən sonra onun əvəzinə oruc tutmaq, həccə getmək, ehsan vermək, qul azad etmək və bütün bunların savabını onun ruhuna bağışlamaq qəbul olunmuş bir məsələdir. Bunların faydası ölüyə yetişir. Ölən şəxsə dirilərin bəzi əməlləri mənfi təsir edə də bilər. Məsələn, ölünün dalınca şivən salıb ağlamaq, üz və yaxa cırmaq və s. hərəkətlər onun ruhunun qəbirdə əzab çəkməsinə səbəb olur. Deyilənlərdən bu məntiqi nəticə çıxır ki, Quran oxuyub savabını ölünün ruhuna hədiyyə etmək də ona faydalı ola bilər. Həzrət Mühəmməd Peyğəmbərin (s) sünnəsində və məsum imamların hədislərində ölünün ruhuna Quran oxumaq barədə xeyli sübutlar mövcuddur. Məsələn: 1. İbn Abbas rəvayət edir ki, Peyğəmbər (s) cənazəyə Fatihə surəsini oxudu (Sünən İbn Macə, əl-Cənaiz, hədis 1495). Ümmi-Şərik Ənsariyyə rəvayət edir ki, Peyğəmbər bizə cənazə üçün Fatihə surəsini oxumağı əmr etdi (yux. mənbə, hədis 1496). 2. Ləclac adlı səhabə oğlu Əlaya vəsiyyət etmişdi ki, onu məzara qoyandan sonra başının üstündə Fatihə və Bəqərə surələrini oxuyub bitirsin. "Mən Allahın Rəsulundan bunu eşitmişəm" (Təbərani. Əl-Möcəm əl-kəbir, 19-cu cild, səh. 221; Heysəmi. Məcmə əl-zəvaid və mənbə əl-fəvaid, 3-cü cild, səh. 44). Bu kitablarda eyni məzmunlu hədis Abdullah ibn Ömərdən də rəvayət olunub və Heysəmi qeyd edib ki, hədisin rəvayətçiləri mötəbərdir. 3. Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir: "Hər kim qəbristanlığa daxil olub, Fatihə, Qul huvəllah və Təkasür surələrini oxusa, sonra "İlahi, Sənin kəlamından oxduqlarımın savabını qəbirlərdə yatan mömin kişi və qadınlara hədiyyə etdim" söyləsə, onlar (ölülər) həmin adam üçün Allahın hüzurunda şəfaət edərlər" (Şeyx Əli Qari. Mirqat əl-məfatih şərh Mişkat əl-məsabih, 4-cü cild, səh. 173). 4. Ənəs Peyğəmbərdən (s) rəvayət edir: "Kim qəbristanlığa daxil olub Yasin surəsini oxusa, ölülərin əzabı yüngülləşər və həmin şəxsə onların sayı qədər savab verilər" (yux. mənbə, 4-cü cild, səh. 174). 5. Məqil ibn Yəsar rəvayət edir ki, Peyğəmbər buyurub: "Ölənlərinizə Yasin oxuyun". (Sünən Əbu Davud, əl-Cənaiz, hədis 3121; Sünən İbn Macə, əl-Cənaiz, hədis 1448; Nəsai. Əməl əl-yovm və-l-leylə, hədis 1074-1075; Nəsai. Əl-Sünən əl-kübra, 9-cu cild, səh. 394, hədis 10.846; Əhməd ibn Hənbəl. Müsnəd, 8-ci cild, səh. 236, hədis 20.837 və 8-ci cild, səh. 239, 20.850; Təbərani. Əl-Möcəm əl-kəbir, 20-ci cild, səh. 219, hədis 510; Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 1-ci cild, səh. 565; Səhih İbn Həbban, 7-ci cild, səh. 269; Beyhəqi. Sünən əl-kübra, 3-cü cild, səh. 383). 6. İmam Əli (ə) Peyğəmbərdən (s) rəvayət edir: "Hər kim qəbristanlıqdan keçəndə on bir dəfə "Qul huvəllahu əhəd" surəsini oxusa, sonra savabını ölülərə hədiyyə etsə, ona (həmin qəbristanlıqda basdırılmış) ölülərin sayı qədər savab verilər" (Əcluni Cərrahi. Kəşf əl-xəfa və müziyl əl-ilbas, 2-ci cild, səh. 334). Qeyd edək ki, Əllamə Süyuti bu hədislərin hamısını "Şərh əl-südur bi-şərh hal əl-movta və-l-qübur" kitabında təqdim etmiş və onlara şərh vermişdir. İslam tarixinin ilk dövrlərindən etibarən qəbir üstündə Quran oxumaq ənənəsi geniş yayılmışdı. Mötəbər hədis alimlərindən olan İbn Əbi Şeybə "əl-Müsənnəf" kitabında (7-ci cild, səh. 113, hədis 10.953) yazır: "Ənsar (yəni Mədinənin yerli sakinləri olan səhabələr) ölünün yanında Fatihə surəsini oxuyurdular". Yenə bəzi kitablarda qeyd edilir ki, ənsarın ölüsü düşəndə onun qəbrinin yanına axışır və orada Quran oxuyurdular.

Qəbizlikdən əziyyət çəkənlər oxusun!

2023-01-28 19:45:00

Qəbizlik ən yayılmış pozulmalardan biridir. Lakin buna baxmayaraq bir çox insanlar qəbizliyin əslində nə olduğunu bilmir.

Bir dostun məktubu

2023-01-28 19:40:00

Zəmanə getdikcə pisləşir. Yaşamaq günü-gündən ağır gəlir insana. Bəzən fikirləşirsən ki, dünyanın ağrı-acılarına tab gətirib 70-80 il ömür sürənlərə, doğrudan da, cənnət vacibdir. Bir hədisə görə, insan dünyada rahatlıq axtarmaqdadır, o isə heç yaradılmayıb, vücuda gəlməyib... Hə, zəmanədən danışırdım. Zəmanə pisləşib, insanlar vəfasızlaşıb. İndi düşməndən də artıq dostdan qorxmaq lazımdır. Dünənə qədər səninlə çiyin-çiyinə addımlayan birisi bir günün içərisində qanını tökməyə hazır olur. İndi kiməsə yaxşılıq etmək böyük bir risk altına girmək deməkdir. Yaxşılıq etdiyin insanlar digərlərindən qat-qat artıq təhlükəlidirlər. Əlqərəz, bu yazıda məqsəd diqqətinizi bir dostun məktubuna yönəltməkdir. Yeni tədris ili başlayar-başlamaz Məcid müəllim öz köhnə ənənəsini davam etdirərək, yenə də axirüz-zamandakı ağır şəraitdən danışdı və sözüfedən məktubu çantasından çıxarıb bir-bir hamıya göstərdi.* Doğrudan da dözüləsi hal deyil. 21-ci əsr adamı bütün elmi-texniki nailiyyətlərinə rəğmən, nədən bunca vəfasız olmalı? Özünün ən yaxın və ən sadiq dostunu asanlıqla unutmaq, illərlə xatırlamamaq faciə deyil, bəs nədir? Bundan artıq başınızı ağrıtmayım, məktub budur: "Bu gün səhər yuxudan oyandığında sənə baxdım. Bir neçə sözlə olsa belə, mənimlə danışacağına, dünən həyatında baş verən gözəl hadisələr üçün mənə təşəkkür edəcəyinə inanırdım. Lakin gördüm ki, başın çox qarışıqdır. Geyinmək üçün özünə paltar seçirdin... O yan-bu yana qaçıb hazırlaşdığın zaman dedim bəlkə bir an vaxt tapıb dayanacaq və mənimlə salamlaşacaqsan. Amma yenə də başın öz işlərinə çox qarışmışdı. Bir dəfə gözləməyə məcbur oldun. 15 dəqiqəyə yaxın yalnız bir stulda oturmaqdan başqa işin yox idi. Amma onda da qəfildən yerindən qalxdın, telefona tərəf qaçıb hansısa dostuna zəng vurdun və bu vaxtı da onunla danışmaqla keçirdin. Bütün gün boyu səbir edib gözlədim. Amma güman edirdim ki, bu qədər işin içində ikən mənimlə danışmağa vaxt tapmayacaqsan. Həmişə problem içindəsən: ev, iş, maliyyə və sair problemlər. Həmişə narahatsan, iztirab və sıxıntı içindəsən. Və nə yazıq, nə yazıq, bilmirsən ki, məni yad etmək sənə rahatlıq gətirir, iztirabını azaldır... Bir dəfə hey sağ-soluna baxırdın. Dedim yəqin mənimlə danışmadığından, mənə sarı baxmadığından belə edirsən. Sonra gördüm ki, yox, bu kiçik beyninlə hər şey haqqında düşünürsən, məndən başqa. Axşam evinə qayıtdın, yuyunub-təmizləndin, sonra gördün ki, hələ xörəyin hazır deyil. Bir qədər boş vaxtın var idi. Qonaq otağına daxil oldun. Nə işlə məşğul olacağını səbirsizliklə gözləyirdim. Ümidvar idim ki, heç olmasa indi yadına düşəcəyəm, ən azı indi özünün ən yaxın dostunu xatırlayacaqsan. Lakin gördüm ki, birdən televizorun qabağında əyləşdin, az sonra isə gülüş səsin otağı bürüdü. Və sən yenə də mənimlə danışmadın. Hər gün saatlarla vaxtını beləcə keçirirsən, növbənöv verilişlərə baxırsan. Onlara baxarkən gah gülür, gah kədərlənir, gah da həyəcanlanırsan. Bəzən xoşuna gəlməsə, ürəyincə olmasa belə, baxır və dəyərli vaxtını beləcə keçirirsən... Mən səbirsizliklə səni gözlədim, sənsə elə televizora baxa-baxa xörəyini yedin. Yatmaq vaxtı çatdı. Çox yorğun idin, yatağına girən kimi yuxu tutdu səni... Eybi yox, yəqin iş-gücünün çox olduğundan unutmusan məni. Amma mən çox səbirliyəm. O qədər səbirliyəm ki, bir gün yox, bir ay yox, illər, onillər keçsə belə gözləyəcəyəm. Nə vaxtsa məni yada salacağına həmişə ümidvar olacağam. Ömrünün sonuna qədər nə vaxtsa mənə əl etməni, baş tərpətməni və ya ürəyində azacıq olsa belə, minnətdar olmanı gözləyəcəyəm. Mən həmişə yanında olacaq, hər an sənə kömək etməyə hazır duracağam; sən görməsən, eşitməsən, duymasan da. Ah, dinləyici olmayan yerdə danışmaq nə qədər çətindir! Amma eybi yox, bəlkə bir gün həyatın keşməkeşlərindən ayılıb məni də dinlədin. Bəlkə bir gün azacıq vaxt da mənə ayırdın. Mən gözləyəcəyəm, sənə eşq və məhəbbətlə dolu olan bütün vücudumla..." Dostun kimliyi yəqin ki, aydındır. Saysız-hesabsız gecələri, gündüzləri ixtiyarımızda qoyan Rəbbimiz hər günün sadəcə 20 dəqiqəsini onunla söhbətə ayırmağımızı istəyib. Bu da ondan ötrüdür ki, bizim özümüzün buna ehtiyacımız var. Hardasan, ay Camal əmi?! Bəs qədər pulunu alıb səninçün iki protez diş düzəldən stomatoloqa nə qədər təşəkkür etdin! Amma tez də anladın, anladın ki, təmənnasız olaraq sənə 32 sağlam diş verən Yaradana bu işdən ötrü heç vaxt təşəkkür etməmisən. Görəsən biz necə, Allahın verdiyi hər bir nemət üçün ən azı bir təşəkkür etmişikmi?

Səhər yeməyinin ən vacib qida qəbulu olduğuna dair beş səbəb

2023-01-28 19:30:00

Amerika Birləşmiş Ştatlarının Ohayo Universitetinin 2021-ci ilin iyulunda apardığı araşdırmaya görə, böyüklərin 15,2%-i səhər yeməyi yemir. Və bunun tamamilə boşuna edirlər.

Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu FOTO

2023-01-28 19:28:00

Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

Naxçıvanda restoranlara at əti satanlar

2023-01-28 19:26:00

Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara tədarük etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.

Kamilliyə aparan iki peyğəmbər

2023-01-28 19:20:00

İnsanı bütün varlıqlardan fərqləndirərək təkamülə çata biləcək bir varlıq olmasına səbəb , ağıl və düşüncəyə sahib olmasıdır. Ağıl və düşüncə bütün varlıqların insan qarşısında səcdə etməsinə, Xaliqin yer üzərində nümayəndəsi olub və şeytanın onun ən böyük düşməninə çevrilməsinə səbəb oldu. Bu səbəbdən insan üçün ən böyük peyğəmbərdir. Ona yol göstərən, fərqləndirən və laqeyd yaşamaqdan uzaqdlaşdıran ən böyük peyğəmbər ağıl və düşüncəsidir . Amma ilk insan övladının qadağan olunmuş meyvədən yeməsi, Allah tərəfindən onun ağıl və düşüncəsinin Peyğəmbərlik vəzifəsinin öhdəsidən layiqincə gələ bilməyəcəyinə sübut kimi göstərildi. Bu səbəbdən ona ağıl və düşüncəsindən əlavə başqa bir peyğəmbərində lazım olduğunu əməli sübut etdi. Artıq insan üçün ikinci peyğəmbər verildi. Hər iki böyük məqam Xaliq tərəfindən idi. Amma onları fərqləndirən cəhət birinin kamilləşməyə ehtiyac olduğunun, ikincisinin isə birincini kamilləşdirmək üçün seçildiyidir. Bu səbəbdən hər bir millət üçün peyğəmbər göndərildi. İkinci Peyğəmbərin verilməsinə bir başqa səbəb insanın birinci peyğəmbər kamilləşdirə bilmdəyi təqdirdə hər hansı bəhanə gətirməməsidir. Çünki Xaliqin insanı yaratmaqda məqsədi onu kamilləşdirməkdir. İnsanın hər zaman kamilləşməyə ehtiyac olduğu üçün onun daima ikinci bir peyğəmbərə ehtiyac vardır. İslam peyğəmbərinin sonuncu bir peyğəmbər olması, ondan sonra insanın ikinci peyğəmbərdən məhrum qalması demək deyildir. İkinci peyğəmbərlik bir mənada İslam peyğəmbəriylə sona çatsada, başqa bir mənada sonlanmadı. Onun gətirdiyi ideologiya insanı kamilliyə çatdırmağa xidmət edirdi. Bu ideologiyanı qorumaq üçün ondan sonra kamil bir insanın seçilməsi qaçınılmaz idi. Kamil bir insanı yalnız kamil olan tanıyar və xalqa tanıtdırar. İslam peyğəmbəri ömürnün son anında bu kamil insanı Qədir-Xum adlı çöldə tanıtdıraraq, kamilliyə doğru addımlamaq istəyən insanlar üçün özündən sonra rəhbəri müəyyən etdi. Bu məqam imamlıq məqamı kimi tanınsada, peyğəmbərlik məqamının həqiqi davamçısıdır.. Bugün 21-ci əsirdə insan ağlı və düşüncəsinin böyük bir inkişaf dövrü yaşaması, heç vaxt onun ikinci bir peyğəmbərdən ehtiyacsızlığı anlamına gəlməz. İnsan daima kamilləşməyə doğru hərəkət edir, necəki ilk yaranışda birinci peyğəmbərin (ağıl və düşüncəsinin) insanın kamilliyə doğru hərəkətində aciz idi, eləcə də bu gün də acizdir.

Hər gün sulu xörək yemək zərərli ola bilər

2023-01-28 19:15:00

Qastroenteroloq Natalya Şustova şorbanın gündəlik istehlakının təhlükələri barədə xəbərdarlıq edib.

Allah tərkidünya olmağımızı istəmir

2023-01-28 19:10:00

Tələbələrdən biri tərki-dünya (özünə qapılaraq, hamıdan qaçıb bir yerdə ibadətlə məşğul olmaq) olub, bir küncə çəkilib ibadət edir, ağlamaq və Allaha yalvarmaqla məşğul olur. Onun bu qədər ifrat dərəcədə ağlayıb-sızlamasına, nalə çəkməsinə razı olmayan ustadı ona yaxınlaşır və soruşur:

Yeni yayılan qripə qarşı peyvəndin qiyməti necəyədir?

2023-01-28 19:05:00

Qrip epidemiyaları zamanı insanların qripə yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. Vaxigrip Tetra vaksini ilə immunlaşma zamanı 80-85% insanlarda qrip virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra ən azı 1 il ərzində orqanizmdə qalır və orqanizmi qoruyur.

90ı illərin 5 trendi YENİDƏN DƏBDƏ

2023-01-28 18:20:00

90-cı illərin kəmərli ətəkləri yenidən dəbə minib.

Təbrizdə qürurverici görüntülər

2023-01-28 17:51:00

Təbrizdə keçirilən futzal oyununda futbolçular şəhidimizi alqışlarla yad etdilər.

Göz problemlərindən uzaq olmaq üçün bunları edin

2023-01-28 17:40:00

Göz problemlərindən hər bir yaşın nümayəndəsi əziyyət çəkir. Çoxları gün ərzində göz sulanmasından, qızartısından şikayətlənir. Göz problemlərinə avtomobil idarə etmək, kompüterdə oturmaq kimi vasitələr səbəb olur. 

Kompüter oyunlarından asılı qalan uşaqları nə gözləyir?

2023-01-28 16:40:00

Oyunlar uşaqların inkişafı üçün vacib amildir. Amma texnologiyanın inkişafı uşaqları bu haqqından "məhrum edib". Virtual oyunlar real oyunların yerini alır. Mütəxəssislər virtual oyunların həqiqi oyunların yerini tutmadığını və bunun uşaqların sosiallaşmasına, psixologiyasına mənfi təsir etməsi ilə bağlı xəbərdarlıq edir. 

O da "xarici agent" elan edildi

2023-01-28 16:11:00

Rusiya Ədliyyə Nazirliyi "Little Big" qrupunun solisti İlya Prusikini xarici agentlər siyahısına daxil edib.

Bu qış dəbli görsənmək istəyən kişilərin DİQQƏTİNƏ!

2023-01-28 15:40:00

Bu qış dəbli görsənmək istəyən kişilərin DİQQƏTİNƏ!

Antalyada təyyarənin qanadına ildırım düşdü: Sərnişinlər lentə aldılar

2023-01-28 15:31:00

Türkiyədə "Anadolujet" şirkətinə məxsus sərnişin təyyarəsinin qanad hissəsinə ildırım düşüb.

Azərbaycan səfirliyinə terror hücumunun

2023-01-28 15:23:00

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun arxasında Tehran hakimiyyətinin dayandığını təsdiqləyən çoxsaylı faktlar var. Şübhələri İran üzərinə çəkən ən əsas məqamlardan biri isə videogörüntülərdir.

Manyakla görüşə hazır olun! Psixoloqdan uşaqlar üçün

2023-01-28 15:20:00

Ötən günlərdə paytaxt küçələrində azyaşlı uşaqlara qarşı qısnama, psixoloji atak tipində hadisələri əks etdirən görüntülər yayıldı. Daxili İşlər Nazirliyi də məsləyə çevik reaksiya verərək bir neçə gün bundan əvvəl bu cür şəxslərdən birini saxlayaraq haqqında qanun çərçivəsində ölçü götürüb. 

İranda repressiv hökumət qüvvələri etirazçı əhaliyə hücum etdilər

2023-01-28 14:51:00

İranın Zahedan şəhərində repressiv hökumət qüvvələri etirazçı əhaliyə hücum ediblər.

Bu həftə necə geyinək?

2023-01-28 14:40:00

Bir neçə günlük soyuqlardan sonra havalar getdikcə düzəlməyə başlayıb. Arabir yağış yağsa da, temperatur əvvəlki günlərə nisbətən yüksəkdir. Bu da təbii ki, əhval-ruhiyyəmizlə yanaşı, geyimlərimizə də öz təsirini göstərir. İdman dəbini sevənlər üçün bu havalar əsl göydən düşmə oldu. Artıq işə, dostlarla görüşə gedərkən də həm rahat, həm də şıq görünə bilərsiniz. 

Kök və arıq adamlar kim daha çox ömür sürür?

2023-01-28 14:20:00

Piylənmənin öyrənilməsi üzrə yapon cəmiyyəti bədən kütləsi indeksi (BTİ) 22 olanları standart hesab edir, bu zaman statistik olaraq xəstəliklərin yaranması az ehtimal edilir.

İranda xalqa divan tutan radikal “Bəsic” qüvvələrinə məxsus baza yandırıldı

2023-01-28 14:11:00

İranın Əhvaz şəhərində xalqa divan tutan radikal "Bəsic" qüvvələrinə məxsus baza azadlıqsevərlər tərəfindən yandırılıb.

Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”

2023-01-28 13:30:00

"Rusiya fevralın 24-nə kimi Ukraynaya yeni hücuma hazırlaşır".

Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd etdi

2023-01-28 13:21:00

Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub.