Kök və arıq adamlar kim daha çox ömür sürür?
Digərləri 28 Yan 2023 14:20:00 321 0
Piylənmənin öyrənilməsi üzrə yapon cəmiyyəti bədən kütləsi indeksi (BTİ) 22 olanları standart hesab edir, bu zaman statistik olaraq xəstəliklərin yaranması az ehtimal edilir.
Bu xəbəri də oxu: Təyyarədə olanlardan 10 nəfəri Balakən rayon sakinləridir SİYAHI
40 yaşdan yuxarı yaponlar arasında təqdiqat aparılaraq çəki ilə ölüm riski arasında əlaqə öyrənilib.
Son.az moderator.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei Asian Reveiw" nəşri yazıb.
Nəicələrə görə aşağıdakı cavablardan hansı doğrudur? 1) normal çəkiyə malik insanlarda ölüm riski ən aşağı olub; 2) standart çəkidən bir qədər aşağı olan insanlarda ölüm riski aşağıdır; 3) standart çəkidən bir qədər yuxarı olan insanlarda ölüm riski ən aşağı olub. Düzgün cavab 3-dür: "Ən aşağı ölüm riski standart çəkidən bir qədər çox olan insanlarda müşahidə edilir. Məlumdur ki, piylənmə sağlamlığa ziyandır. O cümlədən visseral piyin çox olması həyat tərzi ilə bağlı xəstəliklər, məsələn, yüksək qan təzyiqi, şəkərli diabet kimi xəstəliklər riskini yüksəldir, həmçinin aterosklerozun inkişafına kömək edir, bu da insult və miokard infarktına gətirib çıxarır. Bir çoxları hesab edir ki, yaxşı sağlamlıq üçün az yemək, ağ düyüdən az istifadə etmək lazımdır, bu da qanda şəkərin miqdarını azaldır, həmçinin, az yağlı ət yemək, fastfuddan kənar olmaq lazımdır. Bununla birlikdə, "Yusökay" tibbi korporasiyasının sədri Dzyun Sasaki 1000 nəfər yaşlı adamı müayinə edib və vurğulayıb: "Qocalıqda ən başlıcası çox yeməkdir. Arıq olmaqdansa kök olmaq yaxşıdır". Nədən yaşa dolduqda çəkini artırmaq daha yaxşıdır? Piylənməni qiymətləndirmək üçün istifadə edilən bədən kütləsi indeksi (BTİ) nöqteyi-nəzərindən bu suala cavab verməyə çalışaq. Piylənmənin öyrənilməsi üzrə yapon cəmiyyəti BTİ 18, 5-dən aşağı olduqda kifayət qədər çəkisi olmayan, 18, 5 - 25- normal, 25-dən yuxarı olanlar piylənmə kimi müəyyən edir. BTİ 22 olduqda xəstəliklər səviyyəsi ən aşağı olur. Bu zaman çəki standart hesab edilir. Bu arada 10 ildən artıq müddətdə orta yaşı 40 olan 350 minə yaxın yaponlar arasında aparılan tədqiqat göstərib ki, qadınlarda ən aşağı ölüm riski BTİ 23- 24, 9, kişilərdə 25 - 26, 9 olanlar təşkil edir. Hər iki halda ömür müddəti çəki standartdan bir qədər yuxarı olduqda maksimal dərəcəyə çatıb. "Orta və yaşlı adamlarda piylənmənin zərəri ondan ibarətdir ki, o, arterioskleroza gətirib çıxara bilər. Lakin yaş artdıqca onsuz da arterioskleroz bu və ya digər dərəcədə inkişaf edir. Belə halda profilaktikanın gənclik illərində oldiğu kimi əhəmiyyəti olmur. Nəticələr göstərir ki, 75 yaşdan yuxarı olan insanlar arterial təzyiqin aşağı salınması üçün dərman preparatları qəbul etsələr belə, insultu yalnız bir il ləngidə bilər", - Sasaki qeyd edib. Yaş artdıqca kövrəklik problemi meydana çıxır. Bu zaman fiziki və psixi həyat qabiliyyəti- "əzələ gücü, koqnitiv funksiya və s." aşağı düşür. Nəticədə gündəlik həyatda funksional pozuntular riski yüksəlir, bu da yataq rejiminə və ölümə gətirib çıxarır. Ona görə də yaşlı insanlar üçün həyat tərzi ilə bağlı xəstələliklər və arteriosklerozun qarşısını almaqdansa, yaxşı qidalanmaq və bir qədər çəki toplamaq, beləliklə, bu kövrəklikdən yan keçmək daha yaxşıdır.
Dünən axşam saatlarında təyyarəsi Bakıda enən Misir Ərəb Respublikası
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 28-də Azərbaycan Respubl
İranın Əhvaz şəhərində xalqa divan tutan radikal "Bəsic" qüv
"Siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən
Ağsu rayonunda 1963-cü il təvəllüdlü Vüqar tanışı Faiqi (adlar şərti
Elşad Həsənov: "Rusiya Ermənistana hərbi yolla öz yerini göstərəc�
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumu
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova bir neçə gün əvvəl t
"Rusiya fevralın 24-nə kimi Ukraynaya yeni hücuma hazırlaşır".
İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 38-ci dü
Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün səhər İrəvanda "Yera
Oman Sultanlığı Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Tehrandakı s
Polşa Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Tehrandakı səfirliyinə