Mirzoyan Azərbaycanla yeni müharibəyə çağırdı
Siyasət 28 Yan 2023 13:53:00 322 0
Elşad Həsənov: "Rusiya Ermənistana hərbi yolla öz yerini göstərəcək və orada öz hakimiyyətini bərpa etməklə, Ermənistanı işğal edəcək"
Bu xəbəri də oxu: Ərdoğan İlham Əliyevə başsağlığı ünvanlayıb
24 yanvar tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsinə dair təklif səsləndirib.
Azərbaycan XİN buna etirazında bildirib ki, Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur: "Hələ 2019-cu ildə Ermənistan Baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır", keşmiş müdafiə naziri Tonoyan isə "yeni torpaqlar üçün yeni müharibə" barədə fikirlər səsləndirib. Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir".
Ermənistanı hazırkı məqamda belə ritorikaya qayıtmağa nə vadar edir və Avroparlament buna niyə öz etirazını bildirmir?
Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə bildirdi ki, son zamanlar Ermənistanın siyasi rəhbərliyinin sülh sazişindən qaçması, üzərinə götürdüyü 2020-ci il noyabrın 10-da bağlanmış öhdəliyi yerinə yetirməməsi, Paşinyanın öz imzasını qoyduğu sənədin bir neçə bəndini yerinə yetirməməsi, Azərbaycan ərazisində Ermənistanın silahlı quldur dəstəsinin olması, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizin açılmaması və digər bütün məsələlər Ermənistanın necə yolda olduğunu açıq-aydın göstərir: "Azərbaycan isə bütün öhdəlikləri yerinə yetirib. Biz artıq həmin dəhlizlə bağlı yolumuzu da çəkmişik. Və bu haqda da cənab Prezident dəfələrlə bildirib ki, bu dəhliz açılacaq. Çünki orada Ermənistanın baş nazirinin qolu var. Bu üçtərəfli razılıq əsasında imzalanıb. Ancaq görünən odur ki, son dövrlər Ermənistan siyasi vektorunu dəyişir, Rusiyadan qopmağa çalışır. Ona görə də son zamanlar Avropa İttifaqı ilə Amerikaya daha çox üz tuturlar, görüşlər keçirirlər. Avropa İttifaqının yetkililəri İrəvana gəlir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar bu günlərdə İrəvanda oldu. Ancaq qayıdandan sonra yenidən Ararat Mirzoyanın Brüsselə səfəri zamanı onunla da görüşdü. Eyni zamanda Avropa Parlamentinin rəhbərləri ilə, Jozef Borellə görüş keçirildi. Eyni zamanda NATO - nun baş katibi Jens Stoltenberqlə, Belçikanın xarici işlər naziri ilə də görüşlər keçirildi. Bu görüşlərin hamısında yenə də yalançı məlumatlar, yalançı bəyanatlar səsləndi. Guya Qarabağın blokadada qalması, yolun bağlanması haqqında yalan məlumatlar verildi və orada bunun müharibə, silah yolu ilə açılmalı olduğu bildirildi. Bu doğrudan da çox acınacaqlı bir məsələdir. Ermənistan bu ritorika ilə nə demək istəyir? Mən bildirmək istəyirəm ki, son zamanlar aktivləşən antirus təbliğatı Rusiyaya, Putin siyasətinə qarşı Ermənistanda çox nəzərə çarpır. Artıq bunu Ermənistanın özündə də bildirirlər ki, Ermənistan dövlətin xalis siyasətini dəyişir, Rusiyaya yox, Qərbə və Amerikaya üz tutur. Ancaq Azərbaycan əvvəl dediyi həmin prinsiplərdə qalır. Söz verdiyi bütün işlərə Azərbaycan əməl edir. Ermənistan isə Avtopa İttifaqı ilə apardığı aktiv siyasət nəticəsində yalan məlumatlar yayır ki, guya Azərbaycan burda etnik təmizləmə aparmaq istəyir. Avropa İttifaqı yetkililəri gərək bilsin ki, Ermənistanın özü orada yaşayan 250 mindən artıq azərbaycanlının hamısını deportasiya etdi. Etnik təmizləmə budur. Ancaq onların siyasiləri bu gün də bilirlər ki, Azərbaycan ərazisində, Bakıda və Azərbaycanın rayonlarında 30 mindən artıq erməni yaşayır. Yəni biz nə qədər tolerant xalqıqsa, ermənilər də bir o qədər onun əksi millətdir. Və yenə də onları dinləyirlər, onlara kəskin cavab vermirlər. Bu da ikili standartlardan irəli gələn bir məsələdir. Bütün bunlara baxmayaraq, onların arxalanacağı qüvvə qalmadığı üçün heç nə edə bilməyəcəklər".
Ekspertin sözlərinə görə, Avropa İttifaqından missiya olaraq yenidən 200 nəfər gəlir: "Onlar Azərbaycanla sərhəd rayonlarda yerləşəcək və müşahidə aparacaqlar. Amma mən düşünürəm ki, bu da elə bir effekt verməyəcək. Bu, Ermənistanın apardığı geopolitik avantüradır. Rusiyanın indiki vəziyyətindən istifadə edən Qərb Ermənistanda, Cənubi Qafqazda vəziyyəti öz nəzarətinə götürmək istəyir. Ancaq mən elə fikirləşirəm ki, onlar Rusiyasız heç nə edə bilməzlər. Son zamanlar Rusiya mətbuatında səslənən fikirlər reallığa çevriləcək. Yəni Rusiya Ermənistana hərbi yolla öz yerini göstərəcək və orada öz hakimiyyətini bərpa etməklə, Ermənistanı işğal edəcək. Yollar hamısı ona aparır. Ona görə, Mirzoyanın belə çıxışı ancaq Ermənistanın özünə ziyan olacaq. Mən bunu avantüra adlandırıram. Bu, Ermənistana heç bir xeyir gətirəcək hal deyil".
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumu
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova bir neçə gün əvvəl t
"Rusiya fevralın 24-nə kimi Ukraynaya yeni hücuma hazırlaşır".
İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 38-ci dü
Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün səhər İrəvanda "Yera
Oman Sultanlığı Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Tehrandakı s
Polşa Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Tehrandakı səfirliyinə
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 28-də sənədlərin imzal
Son.az xəbər verir ki, tanınmış aktrisa Zümrüd Qasımova Moderator.az-ı
ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyində olanlara ü
Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Qanuna və Gömr�
Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində ş