Malların gömrükdən buraxılışı təkmilləşdirilib,
Siyasət 28 Yan 2023 12:42:00 330 0
Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Qanuna və Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Bu xəbəri də oxu: Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İlham Əliyevə başsağlığı verib
Son.az xəbər verir ki, "Gömrük tarifi haqqında" qanuna əsasən, malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışı təmin olunacaq.
Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir. Başqa sözlə, qanuna əsasən, bəyannaməçinin malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına müraciəti daxil olduqda həmin müraciətə onun daxil olduğu vaxtdan 1 gün müddətində baxılır və aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı tərəfindən malların buraxılışı həyata keçirilir:
- gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;
- gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə bu Gömrük Məcəlləsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verilməli;
- bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün bu Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir.
Qeyd edək ki, Gömrük Məcəlləsinin 221-ci maddəsinə (Gömrük dəyərinə düzəlişlərin edilməsi) əsasən, hazırda apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. Artıq tək yazılı deyil, həm də elektron bildiriş təqdim ediləcək. Eyni zamanda buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Bəyannaməçinin müraciəti əsasında malların buraxılışının həyata keçirilməsi üçün tələb olunan təminatın məbləği həmin bəyannaməçi tərəfindən gömrük orqanına təqdim edilən bəyannamədə hesablanmış və ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, gömrük orqanı tərəfindən təqdim edilmiş bildirişdəki düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdiriləcək.
Son.az
Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində ş
Ermənistanda yaxın zamanlarda qadınlar üçün könüllü hərbi xidmət tət
2022-ci ildə uşaqlarda ən çox aşkarlanan xəstəliklər məlum olub.
"Gələndən deyirlər soyunur, narah olmayın altdan nə lazımdı geyinmi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 28-də rəsmi qarşılanma
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizlə
Dünən Tehranda Azərbaycan səfirliyinə edilən hücumu bir daha qınayıram.
"Beynəlxalq ictimaiyyət İranı Azərbaycanın səfirliyində törədilə
"TikTok"la məşhurlaşan bloger Ləman Vəliyeva özünə lüks avtom
Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Röya Ayxan "Bakı Konqre
Azərbaycan Respublikasına səfərə gələn Misir Ərəb Respublikasının Pre
Böyük Britaniyalı müğənni-aktrisa Rita Ora rejissor Taika Vaititiyə ər�