Azərbaycan səfirliyinə terror hücumunun
Digərləri 28 Yan 2023 15:23:00 295 0
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun arxasında Tehran hakimiyyətinin dayandığını təsdiqləyən çoxsaylı faktlar var. Şübhələri İran üzərinə çəkən ən əsas məqamlardan biri isə videogörüntülərdir.
Bu xəbəri də oxu: Qəza ilə bağlı yaradılmış hökumət komissiyasının iclası keçirilib
Son.az Report-a istinadən xəbər verir ki, yanvarın 27-də səhər saat 8:32-da terrorçu səfirliyin binasına daxil olub və içəridə qarşıdurma yaranıb. 4 dəqiqədən sonra, yəni 8:36-da o, binadan çıxarılıb.
Saat 8:37-dən saat 8:44-ə kimi terrorçu avtomatla qapılara atəş açıb və ağır çəkiclə qapını açmağa səy göstərib. Silahlı şəxs 8:45-də qapını açıb yenidən içəri daxil olub. Daha sonra terrorçu növbəti dəfə çölə çıxarılıb.
Saat 8:50-də o, səfirliyin avtomobilini yandırıb. Ətrafa xeyli insan toplanıb.
Başqa bir diqqət çəkən məqam çölü çəkən kameraların real vaxtdan 24 dəqiqə geri qalmasıdır. Buna görə də müxtəlif kameralardakı görüntülərdə vaxt üst-üstə düşmür.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan səfirliyinin önündə olan köşkdən çıxan İran polisi əvvəlcə heç nə etmir, sonra isə çıxıb gedir.
Böyük itkilərin qarşısını alan səfirlik əməkdaşının qəhrəmanlığı xüsusilə diqqətəlayiqdir. Binanın daxilində və ətrafında 20 dəqiqəyə yaxın davam edən atışma baş verən zaman heç bir addım atmayan və yalnız sonda terrorçunu saxlamağa məcbur olan Tehran polisinin səhlənkarlığını da vurğulamaq yerinə düşər.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.
Son.az
Ötən günlərdə paytaxt küçələrində azyaşlı uşaqlara qarşı qısnama
"Biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Həl�
"Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər
Türkiyəli aktrisa Aybüke Pusatla müğənni Simge Sağın fotoşop qurbanı o
Son.az kulis.az-a isitinadən müğənni Natəvan Həbibi haqqında maraqlı fa
İranın Zahedan şəhərində repressiv hökumət qüvvələri etirazçı əhal
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan
Bir neçə günlük soyuqlardan sonra havalar getdikcə düzəlməyə başlayıb
Piylənmənin öyrənilməsi üzrə yapon cəmiyyəti bədən kütləsi indeksi
Dünən axşam saatlarında təyyarəsi Bakıda enən Misir Ərəb Respublikası
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 28-də Azərbaycan Respubl
İranın Əhvaz şəhərində xalqa divan tutan radikal "Bəsic" qüv
"Siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən
Ağsu rayonunda 1963-cü il təvəllüdlü Vüqar tanışı Faiqi (adlar şərti
Elşad Həsənov: "Rusiya Ermənistana hərbi yolla öz yerini göstərəc�