Dostları həyatını altüst etdi, illərlə atasına həsrət qaldı
Şou-biznes 28 Yan 2023 15:00:00 363 0
Son.az kulis.az-a isitinadən müğənni Natəvan Həbibi haqqında maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: "Evimdə qalıb, yeməyimi yeyən, paltarımı geyinən..."
Natəvan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb.
***
Natəvanın musiqi sahəsinə gəlişi təsadüfi olub. 1999-cu ildə restoranların birində aşpaz işləyən anasının yanına gedib gələn Natəvan hər gün restoranın səhnəsində məşqlər edər, mahnılar oxuyarmış. Günlərin birində restorana gələn bəstəkar Vaqif Gərayzadə Natəvanın səsini dinləyir və onu yeni yaratdığı qrupun tərkibində görmək istəyir. Ancaq bu barədə Natəvana heç kim heç nə demir. İki aydan sonra Vaqif Gərayzadə müğənni Elnarə Xəlilovanın vasitəsi ilə özü Natəvanı tapır və qrupa dəvət edir.
"W-Trio" qrupu qısa zaman ərzində böyük uğurlar qazanır. Qrupun tərkibində olan Elnarə Xəlilova, Röya və Natəvan Həbibi də qrupla birgə məşhurlaşırlar. Musiqinin birləşdirdiyi bu üç qadın ifaçı həyatda həm də, çox yaxın dost olurlar.
***
Ancaq gözlənilmədən 2002-ci ildə qrup dağılır. Çoxları bunu müğənnilərin solo karyeraya başlaması ilə əlaqələndirsələr də, Natəvan müsahibələrinin birində bu barədə deyir:
"Biz 2002-ci ildə elə dalaşmışıq ki, qrupumuz dağılıb. Vaqif Gərayzadə kimi şəxsiyyət bizə mane ola bilmədi. Biz qrupu dağıtdıq. Mənə qarşı Elnarə və Röya tərəfindən elə şeylər olundu ki, bu barədə indi danışmayacam. Vaxtı var. Bizim aramız elə pozuldu ki, biz artıq işləyə bilməzdik. Nə qrup, nə dostluq? Sonuncu toya gedəndə, biz düşmən idik. Səhnəyə çıxanda bir-birimizə nifrət edə-edə oxuyurduq. Onlar mənim şəxsi həyatımı alt-üst elədilər, qrup da dağıldı. Elnarə də, Röya da ikisi mənə qarşı idilər. Amma sonra onların özlərinin də, araları dəydi".
Beləliklə, 2006-cı ildən Natəvan solo karyeraya başlayır. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağlı olub. Öz dəsti-xətti ilə seçilən Natəvan Həbibi daha sonra "Sadəcə bulud", Moskvada isə "Ehtiyacım var", "Etirazım var" mahnılarına da maraqlı kliplər çəkdirib. Bir neçə verilişin aparıcısı olub.
***
Ərəb dilində "Habibi" və "Ehsas jadid" mahnılarını ifa edib. "Habibi" mahnısı prodüser Maksim Fadeyev ilə iş birliyi zamanı ərsəyə gəlib.
İranın Zahedan şəhərində repressiv hökumət qüvvələri etirazçı əhal
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan
Bir neçə günlük soyuqlardan sonra havalar getdikcə düzəlməyə başlayıb
Piylənmənin öyrənilməsi üzrə yapon cəmiyyəti bədən kütləsi indeksi
Dünən axşam saatlarında təyyarəsi Bakıda enən Misir Ərəb Respublikası
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 28-də Azərbaycan Respubl
İranın Əhvaz şəhərində xalqa divan tutan radikal "Bəsic" qüv
"Siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən
Ağsu rayonunda 1963-cü il təvəllüdlü Vüqar tanışı Faiqi (adlar şərti
Elşad Həsənov: "Rusiya Ermənistana hərbi yolla öz yerini göstərəc�
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumu
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova bir neçə gün əvvəl t
"Rusiya fevralın 24-nə kimi Ukraynaya yeni hücuma hazırlaşır".
İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 38-ci dü
Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub.