Digərləri

Nikolay Drozdov reanimasiyaya yerləşdirildi

2023-01-29 16:00:00

Moskvanın cənub-qərbində evinin yaxınlığında yıxılaraq ağır xəsarət alan teleaparıcı, Biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin professoru, "Heyvanlar Aləmi" verilişinin aparıcısı Nikolay Drozdov reanimasiyaya yerləşdirilib.

Bakıda tanınmış şəxsin vəzifəli oğlu intihar etdi

2023-01-29 15:31:00

Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən "Baku Cargo Terminal" MMC-nin kommersiya yükdaşıması şöbəsinin rəisi Elxan Əzimov intihar edib.

Daha 7 avtomobil Laçın yolundan keçib FOTO

2023-01-29 15:20:00

Bu gün Rusiya sülhməramlılarına məxsus 7 avtomobil Laçın yolundan keçib.

İranlı qadın idmançı Almaniyadan sığınacaq istədi

2023-01-29 15:00:00

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Əhmədi özü yanvarın 28-də verdiyi açıqlamasında deyib.

Naxçıvanda bir neçə abidə söküldü

2023-01-29 14:51:00

Naxçıvan şəhərində sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda həlak olmuş 17 kommunist və qızıl sərhədçinin xatirəsi üçün inşa edilən abidə tam olaraq sökülüb.

Tehranda şəhidimizin posterləri asıldı VİDEO

2023-01-29 14:31:00

Xəbər verdiyimiz kimi, yanvarın 27-i səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror aktı nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub.

İsrail İranda niyə nüvə yox, dron mərkəzini vurdu?

2023-01-29 14:20:00

Kremlə yaxın ekspertlər iddia edirlər ki, İsrailin İrana zərbə endirməsini Vaşinqton təşviq edib. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uliyam Börnsün və ABŞ prezidentinin millit təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın İsrailə səfərləri ilə izah edirlər.

SMS fırıldaqçılarından necə qorunmaq olar?

2023-01-29 13:51:00

Bəzi SMS-lər cihazınız və istifadəçi hesablarınız üçün təhlükəli ola bilər.

Sabah hava çiskinli olacaq

2023-01-29 13:29:00

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Şəkidə davanı sakitləşdirən polis xəsarət aldı

2023-01-29 13:09:00

Şəkidə iki nəfər arasındakı davanı aralamağa çalışan polis əməkdaşı xəsarət alıb.

İranın terror siyasəti onu məhvə aparır TƏHLİL

2023-01-29 13:00:00

Xəbər verdiyimiz kimi 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Baş nazirin keçmiş müavini vəfat etdi

2023-01-29 12:51:00

Azərbaycan Baş nazirinin sabiq müavini Əsgər Məmmədov vəfat edib.

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı FOTOsu

2023-01-29 12:31:00

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub.

Xoy və Salmasda məktəblər bağlandı

2023-01-29 12:00:00

Yanvarın 29-da Güney Azərbaycanın Xoy və Salmas şəhərlərində zəlzələ səbəbindən məktəblərdə tətil edilib.

Nikol qadınları orduya yığır: bəs, kişilər hanı?

2023-01-29 11:30:00

Ermənistan Baş naziri Nikol Paşinyanın qadınları orduya cəlb etmək qərarı kifayət qədər mübahisəli məsələdir.

Yanacaq sərfiyyatının artmasının

2023-01-29 11:01:00

Avtomobil sürən şəxsləri maraqlandıran əsas məqamlardan biri yanacaq sərfiyyatıdır. Bəzi sürücülər yanacaq sərfiyyatı az olan avtomobillərə üstünlük versələr də, bəzi sürücülər üçün önəmli olan onun yanacaq sərfiyyatı yox, sürüş həzzidir.

Tanınmış klarnet ifaçısı vəfat etdi FOTO

2023-01-29 10:40:00

Tanınmış klarnet ifaçısı Hacı Həmidoğlu vəfat edib.

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı Bunu qətiyyən etməyin! VİDEO

2023-01-29 10:39:00

Bir neçə gün öncə Şəki rayon Xəstəxanasına qızdırma ilə gətirilən 5 yaşlı qız köçürülən sistemdən sonra dünyasını dəyişib.

Ər arvadını döyüb ayağını sındırdı

2023-01-29 10:30:00

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” Şəhid xanımı

2023-01-29 10:21:00

Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü ildə anadan olan Şahin Allahyarov 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhadətə yüksəlib. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Ötən ilin ən məşhur serialları

2023-01-29 10:12:00

2022-ci ilin ən məşhur serialı seçilib.

Bu gecə İrana hücum edildi: şəhərlərdə hərbi bazalar və zavodlar vuruldu,

2023-01-29 09:44:00

Bu gecə İranda kabus yaşanıb. Bir neçə strateji obyekt - silah anbarı, kamikadze dron zavodu və neft anbarı hava hücumları ilə vurulub. İran rəsmiləri İsraili ittiham edir.

Aksiyanın 49cu günü: Erməni yalanlarının növbəti ifşası FOTO

2023-01-29 09:40:00

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobil Laçın yolundan keçib.

İrandakı zəlzələdə xəsarət alanların sayı 580ə çatıb

2023-01-29 09:36:00

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 580 nəfər yaralanıb.

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

2023-01-29 09:18:00

Yanvarın 28-də yerli vaxtla saat 23:30-da İranın İsfahan şəhərində Müdafiə Nazirliyinə məxsus zavoda dron hücumu olub.

Vəzifə kürsüsündə vəfat etmiş yüksək post tutan məmurlar SİYAHI

2023-01-29 09:09:00

Ölümün insanı harada və neçə yaşında yaxalayacağı bəlli olmur. Eyni zamanda insanın sosial və inzibati statusunun da ölüm qarşısında elə bir önəmi qalmır.

Hamiləlikdə baş verə biləcək təhlükənin əlamətləri

2023-01-29 08:59:00

Hamiləliyin neçənci ayı olursa, olsun hər anda təhlükə baş verə bilər. Aşağıda hamiləlik zamanı baş verə biləcək təhlükələr və onların əlamətləri qeyd olunmuşdur. 1. Uşaqlıq qanaxması - dölün düşmə təhlükəsi olduğu, yarımçıq doğuşun baş verdiyi zaman olur. 2. Qarında ağrı - dölün düşmə təhlükəsi, boru hamiləliyi, sonun ayrılması, doğuşun başlaması zamanı olur. 3. Uşaqlıq daxilində qaşınma - vaxtından əvvəl doğum təhlükəsi. 4. Qarında ağrı və gərginlik - sonun ayrılması, doğuşun başlaması, erkən doğuşun əlamətləri ola bilər. 5. Uşaqlıq yolundan axıntının gəlməsi - uşaqlıqda infeksiyanın olması və doğumun başlamasının əlaməti ola bilər. 6. Bütün bədənin şişməsi - prieklampsiyanın əlaməti ola bilər. 7. Şiddətli baş ağrıları - prieklampsiya əlamətləri ola bilər. 8. Görmə pozğunluqları (bulanıq görmə, gözün bir hissəsinin görməməsi, gözün önündə qarışqaların gəzməsi) prieklampsiya əlamətidir.

Təqvimə əsaslanan üsulla hamiləlikdən qorunma

2023-01-29 08:55:00

Bu üsullara standart günlər və təqvim üsulu aiddir. Standart günlər üsulundan menstural tsikli müntəzəm olan qadınlar  istifadə edə bilərlər. Belə halda 8-19-cu günlər fertil günlər hesab edilir. Təqvim və ya ritm üsuluna görə son 6 ay ərzində aybaşı tsikllərinin davamiyyəti məlum olmalıdır və bunların əsasında fertil günlər hesablanır. Belə ki, ən qısa aybaşı tsiklinin müddətindən 18 gün çıxmaqla fertil günərin hesablanmasını, ən uzun tsiklin müddətindən isə 11 gün çıxmaqla fertil dövrün sonunu hesablamaq olur. Məsələn, son 6 ay ərzində qadında aybaşı tsikllərin aşağıdakı kimi olub. 27, 30, 28, 29, 28, 32. Burada ən qısa tsikl 27, ən uzunu isə 32 gün təşkil edib. 27-18=9,32-11-21. Beləliklə, bu qadında fertil günlər 9-21 olacaqdır. Son aybaşı tsikllərinin müddətini nəzərə alaraq fertil dövr hər ay hesablanmalıdır. Lakin bu üsulun istifadəsinə dair bəzi məhdudiyyətlər mövcuddur. Belə ki, menarxedən sonra 1 il ərzində və ya premenopauza dövründə olan qadınlarda aybaşı tsiklləri qeyri-müntəzəm olduqda fertil günlərini təyin etmək çətin ola bilir. Təqvim günlərini təyin etmək üçün abortdan və doğuşdan sonra növbəti aybaşını gözləmək lazımdır. Ovulyasiyaya təsir edən bəzi dərman vasitələrinin (sedativ, antidepressant, qeyri-steroid iltihabəleyhinə preparatlar) qəbulu zamanı bu üsuldan istifadə etmək məsləht görülmür.

Ağciyərlərin emfizeması

2023-01-29 08:51:00

Ağciyərlərin emfizeması ağciyərlərin axır bronxiollarından distal hava şöbəsinin genişlənməsi və alveolların divarlarının destruktiv dəyişiklikləri ilə müşayət olunan patoloji vəziyyətdir. Xəstəliyə ümumi əhalinin 4%-ində rast gəlinir, 60 yaşdan yuxarı adamlar arasında bu kliniki problemlərdən biri sayılır. Ağciyərlərin emfizeması tənəffüs yollarının lokallaşmış zədələnmələri və patogenezinə görə digər ağciyər xəstəliklərindən fərqlənir. Alveolların xroniki iltihabını törədən səbəb emfizomator dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Xəstəliyin əmələ gəlməsində başqa faktorların da rolu böyükdür. Papiros çəkmə. Papiros çəkmə tənəffüs yollarında ləng gedişli iltihabı pöroses törədərək proteolitik fermentlərin leykositlərdən residivləşməsinə və ya daima azad olunmasına səbəb olur. Peşə zərərləri. Xəstəliyin baş verməsində əsas risk faktoru peşə zərərləridir. Şaxtaçılarda əmələ gələn pnevmakonioz, tənəfüs yollarinin iltihabı xəstəlikləri, bəzi dərman vasitələrinin uzun müddət qəbul edilməsi xəstəliyi törədən səbəblədən hesab edilir. Ağciyər emfizemasının yaradan səbəblərdən biri də antitripsin çatışmazlığıdır. Bu çatışmazlıq genetik faktordur. Antitripsin çatışmazlığı ağciyər toxumasının həssaslığını artırır və bu həssasıq ağciyər emfizemasının yaranmasına, tez inkişaf etməsinə şərait yaradır. Xəstəliyin əmələ gəlməsində alveolların divarı və qoruyucu strukturların dağılması, hava boşluqlarının həddindən artıq genişlnməsinə səbəb olur. Ağciyər emfizemasının aşağıdakı növləri var: - panasinar emfizema - proksimal asinar emfizema - distal asınar emfizema - irrequlyar emfizema - bulloz emfizema. Ağciyərin emfizeması həmişə xüsusi əlamətlərə malik olmur, çox vaxt onunla yanaşı gedən xəstəliklərin əlamətləri altında gizlənir. Xəstəlik proqressivləşdikcə xəstənin şikayətləri də artır, aşağıdakı əlamətlər özünü göstərir: - az miqdar bəlğəmli öskürək - respiraor infeksiya qoşulduqda təngnəfəslik - müqavimətin zəifləməsi. Xəstliyə diaqnozun qoyulmasında ağciyərlərə qulaq asmanın və rentgenoloji müayinənin rolu böyükdür. Müalicə zamanı bəlğəmgətiricilərdən və qlükokortikoidlərdən istifadə edilir. Xəstəliyin ağır formasında cərrahi yolla ağciyərin periferik hissələri rezeksiya olunur.

Ensefalitlər

2023-01-29 08:46:00

Ensefalit baş beynin yoluxucu, yoluxucu-allergik və allergik təbiətli iltihabi xəstəliyidir. Patoloji gedişatına görə aşağıdakı formalara ayırd edilir: 1) Ventrikulitlər 2) Kötük ensefaliti 3) Qabıqlı ensefalit 4) Serebellit 5) Ocaqlı ensefalit 6) Leykoensefalit 7) Polioensefalit 8) Panensefalit 9) Meningoensefalit 10)Ensefalomielit 11)Optikocensefalit Ensefalitlər birincili və ikincili olmaqla iki yerə bölünürlər. Birincili ensefalitlər müstəqil xəstəliklər hesab edilir. Ikincili ensefalitlət hər hansı bir infeksiya prosesinin fəsadıdır. Ensefalitlərin əmələ gəlməsində mikrobların, virusların, ləng infeksiyaların rolu böyükdür. Virus orqanizmə kontakt, alimentar, hava-damcı yolu ilə insandan yaxud heyvandan düşə bilər. Virusun sinir sisteminə daxil olması endotelial hüceyrələri və ya xırda damarları əhatə edən qliyaların yoluxması yolu ilə beyin kapilyarlarının endoteli vasitəsilə baş verir. Virusun sinir kötükləri boyunca irəliləməsi mümkündür. Sinir sisteminə çatmış virus əvvəlcə subaraxanoidal məkana düşür, onurğa beyin mayesi ilə yayılır. Sonra meningeal qişalara və epidermal törəmələrlə kontakta girərək miningit törədir. Daha sonra həmin virus həssas sinir hüceyrələrini zədələyir və son nəticədə ensefalitə gətirib çıxarır. Sinir sisteminin virus etiologiyalı xəstəliklərinin kliniki təzahürü insanın immun sisteminin fərdi xüsusiyyəlrərindən birbaşa asılıdır. İnsanların əksəriyyətində tam dəyərli immun sistemi olduğundan, orqanizmin virusla birgə yaşaması zamanı heç bir əlamət aşkar edilmir. Bu ya genetik səbəbli ya da qazanılmış olur. Ensefalitlərin patogenezi neyropnların bilavasitə viruslar tərəfindən dağıdılması və toksiki təsirindən başqa, həm də spesifik olmayan dəyişikliklərlə təzahür etməsidir. Bu dəyişikliklərə damar divarı keçiriciliyinin zədələnməsi, ödemin inkişafı və s. aiddir. Klinikası: Xəstəliyin kəskin dövründə kəskin ödem, hemorragiya, sinir liflərinin degenersiyası qeyd olunur. Ensefalitlər üçün aşağıdakılar səciyyəvidir: 1) Prodromal dövr - 1neçə saatdan bir neçə günə qədər davam edir, temperaturun artması, yuxarı tənəffüs yollarının və mədə-bağırsaq sisteminin zədələnməsi əlamətləri təzahür edir. 2) Ümumi beyin əlamətləri - adətən alın və göz çuxurları nahiyəsində baş ağrısı, qusma, epileptik tutmalar, işıqdan qorxma baş verir. Xəstədə süstlük, yuxululuq, şüur pozulmaları, psixi qıcıqlanlamarın olması mümkündür. 3) Patoloji prosesin yenidən və ensefalitin formasından asılı baş beyin zədələnməsinin ocaqlı əlamətləri ( ətrafların parezi, afaziya, epileptik tutmalar ) şəklində təzahür edir. Diaqnostikası: Diaqnostikasında onurğa beyin mayesinin müayinəsi daha mühüm sayılır. Müalicəsi: Müalicəsi simptomatikdir.

Hamiləlik əleyhinə oral kontraseptivlər

2023-01-29 08:41:00

Bu növ kontraseptivlər yüksək dərəcədə effektlidir. Hazırda dünyada fazalığına, tərkibinə və hestagen komponentinə görə fərqlənən 500-dən çox müxtəlif kontraseptivlər mövcuddur. Monofazlı preparatlarda həblərin tərkibi eyni olur. İkifazlı kontraseptivlərin tərkibində estrogenin dozası daimidir, hestagen komponentin dozası isə menstural tsiklin fazasına müvafiq olaraq dəyişir. Üçfazlı preparatlar bir-birindən həm estrogen, həm də hestagen komponentin dozası ilə fərqlənən 3 növ həblərdən ibarətdir. Müasir dövrdə istifadə olunan kontraseptivlər kiçik və mikrodozalı hissələrlə təqdim olunur. Fazalığından, hestagen komponentdən, dozadan asılı olmayaraq kompraseptivlərin təsir mexanizmi eynidir. Əsas yeri ovulyasiyanın blokadası tutur. Bunun baş verməsinin səbəbi hipotalamusda qonadotporin rilizinq-hormonunun sekresiyasının tormozlanması nəticəsində hipofizdə FSH və LH hasilinin ləngiməsidir. Kompraseptivlərin qəbulu aşağıdakı hallarda əks-göstəriş sayılır: 1. Hamiləlik. 2. Anamnezdə olan ağır hipertenziya. 3. 35 yaşdan yuxarı siqaret çəkən qadınlar. 4. Qaraciyər funksiyalarında olan funksional pozğunluqlar. 5. Hormondan asılı olan xərçəng xəstəliyi. 6. Etiologiyası məlum olmayan qanaxmalar. 7. Nəzərəçarpan piylənmə.

Cift, göbək ciyəsi və son

2023-01-29 08:35:00

Cift  dölün  qidalanmasında  və  tənəffüsündə  əsas  rol ounayır. Ciftdə estrogen, proqestron, qonodotrop hormonlar əmələ gəlir. Cift paycıqlardan ibarət olub, qan  damarları ilə zəngindir. Cift ana  və  döl  səthdən  ibarətdir. Ana  səthi  uşaqlığın  daxili  qatında  özünə  yer  edir  və  qan  damarları ilə  lazım  olan  hər  şeyi  anadan  alır, dölə ötürür. Hamiləliyin  axırına  kimi  ciftin  eni  15-18 sm, qalınlığı 2-3 sm, çəkisi isə 500-600 qram olur. Cift  uşaqlığın  yuxarı seqmentinin  yanlarında yerləşir. Patoloji  hallarda  isə  aşağı  seqment  nahiyyəsinə  birləşir. Göbək  ciyəsi  kəndir  şəklində  olub, içərisindən  iki  arteriya, bir vena keçir. Göbək  ciyəsi  döldən  qanı ciftə  və  əksinə  daşıyır. Göbək  arteriyasından  venoz  qan  döldən  ciftə, vena  içərisində  isə  arterial qan  oksigenlə  zənginləşmiş  halda  ciftdən  dölə  daşınır. Göbək  ciyəsi  damarları  xüsusi  maye  ilə əhatə  olunur, əyri  və  burulmuş  şəkildə  ola  bilir. Göbək  ciyəsi  cifti  dölün  bədəni  ilə  birləşdirir (bir ucu  ciftdə, bir  ucu  isə  dölün  göbək  nahiyyəsində  olur). Göbək  ciyəsinin  uzunluğu  dölün inkişafından  asılıdır. Son  göbək  ciyəsi,  ciftin  və  döl  qişalarının  birlikdə  cəminə  deyilir. Döl doğulan kimi son xaric olur.