Digərləri

Diabet və təzyiq xəstələri Qaynadıb suyunu içsə

2023-01-29 21:25:00

Sumax bitkisi Azərbaycanda yetişir. Mətbəxdə, qidada istifadə etdiyimiz sumax bu bitkinin zəhərsiz növü olub, turş dada malikdir. Limon olmayanda qədimdə baba-nənələrimiz sumax istifadə edirdi.

Əxlaq baxımından Xanım Məryəm və Həzrəti Yusifdən örnək alın

2023-01-29 21:20:00

Əxlaq baxımından Xanım Məryəm və Həzrəti Yusifdən örnək alın"Təklikdə" dedikdə başqa şəxsin daxil ola bilmədiyi bir məkanda məhrəm olmayan qadın və kişinin birlikdə olması nəzərədə tutulur. Belə bir ünsiyyət barədə Quranda söz açılıbmı? Bu dəfə Quranda bir gənc qadının şahidi oluruq ki, bütün çirkinliklərdən uzaq, yalnız həqiqətə susamış halda raz-niyaz edir. O, təkcə Yaradanla minacat yolu axtarır. Ona tək olmaq lazımdır və zərurəti hiss edir. O elə bir yerə getmək istəyir ki heç kəs, yaxınları belə onu görməsin. "Bu kitabda Məryəmi xatırla. O vaxt ki o öz ailəsindən kənarlaşıb (günəşin doğduğu) şərqə getdi. Özü və onlar (ailəsi) arasında pərdə saldı." On üç yaşlı Məryəm raz-niyaz etməyə başladı. Bir müddət gözünü əbədiyyətə dikib Allaha minacat etdi. Elə bu zaman bir gəliş onun xoş tərənnümünün qarşısını aldı. Yumşaq və ehmal ayaq səsləri duydu. Önünə baxanda gözəl bir gənc gördü. "Biz Cəbraili onun yanına göndərdik. Onun önündə düz qamətli adam şəklində zahir oldu." Məryəm bundan dəhşətə gəldi. Bu cavan kimdir, haradan gəlib, pərdəli məkana necə daxil olub? O ki, bütün qapıları bağlamışdı! "Dedi: Təqvalısansa (mənə toxunma,) səndən Rəhmana pənah aparıram." ("Məryəm", ayə-16-18) Əslində onun sözündə ifadə olunan məna budur:- Əgər mömin kişi olsaydın, mənim pərdə çəkdiyim məkana daxil olmazdın. "İn kuntə təqiyyən" sözünə diqqət etsək belə bir incə nöqtə aydın olacaq ki təqvalı olmaq üçün xəlvətə çəkilən bu işi əks hədəfə zəmin yaratmaq üçün düşünməyib. Belə bir şəraitdə gözlənilməyən məsələ ortaya çıxarsa, Rəhman Allaha pənah aparmaq Ona sığınmaq lazımdır. Əlbətdə, onun Allaha aid olan min ad arasında məhz Rəhman adına pənah aparması barədə bunu demək mümkündür: Başqa şəxsin daxil ola bilməyəcəyi bir məkanda naməhrəm qadın və kişinin xəvət qalması bir bəladır. ( Bu bəlanın şərlə sonuclanması da qaçılmazdır) Belə bir bəlaya düşən şəxs, Allahın rəhminə təvəssül etməlidir. Bu nöqtə "Yusif" surəsindən başqa bir ifadə ilə Həzrət Yusifin dilindən ifadə olunub. Züleyxa öz qurduğu tələ vasitəsilə onun təqva və paklığını təhlükəyə saldı. Yusif onun tələsindən qurtuldu. Amma hələdə şeytanın nəfsə yaxın olduğunu bilirdi. Yalnız Allahın rəhmi gələrsə nəfsi cilovlamaq olar. (Həzrət Yusif ded:) "Mən öyünmürəm, (çünki) insanın nəfsi daim onu pisliklərə çağırır. Allahımın mənə rəhm etməsi isə istisnadır..." (Yusif", ayə 52) Beləcə Həzrət Yusif Züleyxanın ona xəlvət qurduğu tələdən yalnız Allahın rəhmi sayəsində qurtula bilir. Təfsirçilərdən biri "Məryəm" surəsinin təfsirində deyir: Məryəm elə bir qız idi ki xəlvətə çəkildiyi məkanda qəflətən başqasını gördükdə titrəyib dəhşətə gəlir və Allaha pənah aparır. Bu İlahi ayə naməhrəm oğlan və qızların kişi və qadınların belə bir problemlə üzləşəcəkləri zaman vəzifələrini aydınlaşdırır. Məsələn, bir həkim müxalif cinslə (naməhrəm qadın və qızla) bir otaqda (xəlfətə çəkilə) qala bilərmi? Müəssisənin müdiri kabinetində qapını arxadan bağlayıb saatlarla naməhrəm şəxslə fikir mübadiləsi apara bilərmi? Məsləhətləşə bilərmi? Universitet direktoru və ya inistut müəllimi öz şagirdi-naməhrəm qızla başqa bir şəxsin daxil olmadığı otaqda elmi söhbət edə bilərmi? İstəyirəm açıq fikirli, aydın düşüncəli, ictimai və fərdi problemlərinin həlli üçün Qurana müraciət edən gənclərdən soruşum: Dövrümüzün gəncləri həzrət Məryəmin dövründə yaşamış qız və oğlanlardan mahiyyətcə fərqlənirmi? Quranın təqdim etdiyi bu əxlaq nümunəsi tarix köhnəldikcə zaman keçdikcə köhnəlibmi? Şeytanla bağlı bir söhbət: İblis Musaya dedi: "Naməhrəm qadınla xəlvətə çəkilmə! Elə bir kişi yoxdur ki, naməhrəm qadınla xəlvətə çəkilsin amma mən onun dostu həmsöhbəti olmayım!"

İflicin bizə xəbərdarlığının 8 əlaməti

2023-01-29 21:15:00

Orqanizmimiz bizə iflicin 8 əlamətini əvvəlcədən bildirir. Belə ki, bu əlamətlərin bizdə olması gələcəkdə iflic ola bilməmiz şübhəsini təsdiqləyir. Aparılan araşdırmalar iflic xəstələrinin sayının günü-gündən artdığını dildirir. Gələcəkdə ifilic olma ehtimalını bilmək xəstəliyin qarşısını almaqda yardımçı olmasını nəzərə alaraq mütəxəssislər hamının bu əlamətləri bilməsini tövsiyə edir. Bu əlmətlər 50 xəstədən 1-də iflic olmamışdan 24 saat əvvəl özünü göstərmişdir. Adətən iflic beyinə qansızma və beyin damarlarının infarktı zamanı baş verir. Bu zaman damarların qidalandırdığı hissə lazım olan qədər oksigenlə qidalanmır və həmin hissə nekrozlaşır. Beyində baş verən patologiyalar ətrafların iflicinə səbəb olur. Bunların baş verməməsi üçün sizin də orqanizminizdə olan əlamətlərə diqqət verməniz lazımdır. 1. Yüksək təzyiq. Yüksək təzyiq orqanizmə verdiyi fəsadı birdən-birə hiss etdirmir. Uzun müddət baş verən yüksək təzyiq beyinə verdiyi patologiya sayəsində iflicə səbəb olur. Vaxtaşırı təzyiqi yüksələn hər bir kəs mütləq həkimə müraciət etməlidir. 2. Boyun tutulması. Beyin damarlarında baş verən patologiyalar boyunda narahatçılıqlara səbəb olur. Əgər çənənizə, sinənizə toxunduqda ağrıyırsa və şiddətli baş ağrılarınız olursa mütləq həkimə gedin. 3. Ayaq sallanması. Əgər yerimək istədikdə ayağınızın sallandığını hiss edirsinizsə, bu bağların və sinirlərin zədələnməsini bildirir. 4. Şiddətli baş ağrıları. Davamlı olaraq başınız ağrıyırsa, mütləq müayinədən keçin və nervpotoloqla məsləhətləşin. 5. Qanda şəkərin miqdarının düşməsi. Beynin müəyyən hissələrində baş verən qısa müddətli uyuşmalar gələcəkdə iflic olma riskinin olduğunu təsdiqləyir. 6. Görmə pozğunluqları. Bir və ya hər iki gözdə baş verən ani pozulmalar gələcəkdə iflic olacağınızı bildirən 6-cı əlamətdir. 7. Nitq qüsurları. Sakit vəziyyətdə danışırkən nitqinizdə qüsurlar meydana çıxarsa, kəkələmə və ya qəfil unutqanlıq baş verirsə, bu gələcəkdə iflic olma ehtimalını təsdiqləyir. 8. Tez yorulma. İflicin baş verməsini test vasitəsilə yoxlayın. Bunun üçün hər iki qolunuzu eyni zamanda yuxarı qaldırırn. Əgər qolunuzdan biri digərindən daha tez yorulur və aşağı endirmək məcburiyyətində qalırsınızsa, o zaman sizin iflic olmaq şübhəniz vardır. Mütləq həlimə getmək lazımdır. Bu 8 əlamət barədə ətrafdakılarınızı da məlumatlandırın. Unutmayın ki, siz bununla bir insanın həyatını iflicdən xilas edə bilərsiniz.

Quranda təhrif varmı?

2023-01-29 21:10:00

Bilməliyik ki, Quranın təhrifi haqqında söz-söhbətlər daha çox məsihilər və yəhudilər tərəfindən yaradılır. Tarix şahiddir ki, bu iki qövmün asimani kitabı zaman keçdikcə təhrif olunmuş, dəyişdirilmiş və etibarını itirmişdir. Onlar Quran-kərimə də belə bir damğa vurmağa çalışırlar.

Nəyə görə hava dəyişəndə sümüklərimiz ağrıyır? –

2023-01-29 21:05:00

Hava bir az soyuyan, tutulan kimi, yağış yağmazdan öncə çox insanlar sümüklərinin, oynaqlarının sıxıldayıb ağrımasından şikayətlənir. Əvvəllər bu ağrılar 50 yaşdan sonra insanlarda eşidilirdi. İndi isə gənclər də sümüklərin, diz və biləklərinin sancmasından gileylənir.

Hamiləlik ödemi

2023-01-29 21:01:00

Hamiləlik ödeminin əlamətləri aşağı ətraflarda, qarının divarında və bədənin başqa nahiyyələrində maye toplanması ilə müşahidə edilir. Hamiləlik zamanı ödemin əmələ gəlməsinə sidik ifrazının azalması (oliquriya) səbəb olur. Xəstəlik əsasən hamiləliyin ikinci yarısında doğuşa yaxın meydana gəlir. Əvvəlcə aşağı ətraflarda, ayağın aşağı hissəsində dizə qədər, sonra isə bud və xarici cinsiyyət orqanların ödemi baş verir. Orta dərəcəli ödemlər baş verdikdə hamilələrdə təngnəfəslik, tez yorulma, ağırlıq hissi olur. Bu zaman sidiyin tərkibi dəyişmir, arterial təzyiq normada qalır. Bəzən göz dibinin kapillyarları genəlir. Ödemin ağır forması baş verdikdə isə bütün bədən şişir. Bu su-duz mübadiləsinin pozğunluğu səbəbindən baş verir. Adətən bu ödemlər xəstə uzandıqda, pəhriz saxladıqda və duzu azaltdıqda 7-10 günə keçib gedir. Bu zaman hamilə qadının bədən çəkisinə qəbul olunan mayenin və ifraz olunan sidiyin miqdarı nəzarətdə saxlanılır. Hamiləliyin ödemi zamanı oksigenoterapiya aparılmalı, askorbin turşusu, rutin, B qrupu vitaminləri, kalsiumxlorid, Caqlükonat, vikasol, metionin, qlükoza xəstənin vəziyyətini yuüngüllşdirməkdə yardımçı olur. Bəzən hamilələrdə nefropatiya səbəbli ödemlər baş verir ki, bu zaman ödemlə bərabər arterial təzyiq və proteinuriya müşahidə olunur. Nefropatiya adətən hamiləliyin son aylarında baş verir. Bu zaman arterial təzyiq yüksəlir. Təzyiqin yüksəlməsinə böyrək kapillyarlarında baş verən patologiyalar səbəb olur. Nefropatiya ağırlıq dərəcəsinə uyğun olaraq dəyişilir. Hamiləlik nefropatiyasının müalicəsi dərman preparatları, düzgün rejim və pəhriz, sidiyin sistematik yoxlanılması, arterial təzyiqə nəzarət, bədənin çəkilməsindən ibarətdir.

Şükür səcdəsi

2023-01-29 20:55:00

Şükür səcdəsiŞükür səcdəsinin duaları çox oldugundan biz burada onların bir neçəsinə işarə edəcəyik: 1. Rəvayət olunmuşdur ki, şükür səcdəsi etmək istəsən yüz dəfə şükrən şükrən de. Ya da yüz dəfə əfvən əfvən de.

Qeyb tarixi və onun xüsusiyyətləri

2023-01-29 20:50:00

Qeyb tarixi və onun xüsusiyyətləriƏvvəlcə imam Mehdinin (ə) qeyb dövrünün necə başlaması ilə tanış olaq. İslam alimləri arasında bu başlanğıc haqqında bir neçə baxış mövcuddur: Bəziləri kiçik qeyb dövrünün sərdabədən başlandığını bildirirlər. Onların fikrincə, Mötəmədin məmurları həzrətin Samirradakı evinə basqın etdiyi vaxtdan həzrətin kiçik qeyb dövrü başlamışdır. Biz qarşıdakı söhbətlərimizdə sərdabə əhvalatı haqqında danışacağıq. Biz bu baxışı düzgün hesab etmirik. İmam Mehdi (ə) Abbasilərin hücumu zamanı qeybə çəkilməmişdir. Bu qeyb həmin basqın hadisəsindən qabaq baş vermişdir. Bəzi alimlər, eləcə də, şeyx Müfid kiçik qeyb dövrünün həzrətin dünyaya gəlişi zamanından başladığını bildirirlər. Amma əksər imamiyyə alimləri bu baxışı qəbul etmirlər. Üçüncü baxışa əsasən, kiçik qeyb dövrü imam Həsən Əsgərinin (ə) şəhadətindən və birinci səfir Osman ibn Səid Əmri təyin olunduqdan sonra başlamışdır. Bu hadisələr hicri 260-cı il rəbiül-əvvəl ayının səkkizinə təsadüf edir. Kiçik qeyb dövrü son səfir Əli ibn Məhəmməd Səməri hicri 329-cu il, şə'banın on beşində dünyasının dəyişdiyi vaxt başa çatmışdır. Beləcə, kiçik qeyb dövrü 69- il davam etmişdir. Bu baxışı əksər imamiyyə alimləri qəbul edirlər. Kiçik qeyb dövrü həzrətin imamət dövrüdür və bu dövrdə həzrətin dörd səfiri fəaliyyət göstərmişdir. Başqa sözlə, kiçik qeyb dövrünün iki xüsusiyyəti vardır. Onlardan biri həzrət Mehdinin (ə) imamlığı, digəri isə dörd naibin səfirliyidir. Bu iki xüsusiyyətə əsasən, imam yalnız kiçik qeyb dövründə qeybə çəkilmişdir. Hansı ki, imamın xəlvətə çəkildiyi dövrdə bu iki xüsusiyyət olmamışdır. - See more at:

Əsəbləriniz sağlamdırmı?

2023-01-29 20:45:00

İnsan yaşadıqca müxtəlif problemlərlə üzləşir. Bu problemlərin həll yollarını axtarıb tapdıqca, digər problemlərin ortaya çıxması istər-istəməz insanın sinir sistemində öz izini qoyur. Uzun müddət fiziki və zehni yorğunluq, əsəbi gərginlik insanın sinir sistemini korlayır. Əsəb sistemi xəstəliklərinin əlamətləri aşağıdakılardır: * daima gərginlik * yuxusuzluq * əsəbilik * iştahanın çox olması və ya olmaması * əllərdə və ayaqlarda titrəmələr * ürəkdöyünmə * tez özündən çıxma və ya özünə qapanma * fiziki həvəssizlik * kəmhövsələlik * tələskənlik * tənbəllik * adi səslərdən belə səksənmə * sevinc hissinin olmaması. Əgər sizdə yuxarıda sadalanan əlamətlərdən biri vardırsa, mütləq əsəb həkiminə müraciət etməniz vacıbdir.

Məhdəviyyətin müdafiəsi

2023-01-29 20:40:00

Tarixi mənbələrdə bildirilir ki, Müaviyə Bəni-Haşimdən olan bir dəstəyə xitabən dedi: "Haşimi padşah və Qaim Mehdinin (ə) sizdən olması barədə gümanınız batil əqidədir. Mehdi əslində İsa ibn Məryəmdir. Hakimiyyət ona verilənədək bizim əlimizdədir."(Bihar", c. 33, s. 256)

Nəyə görə analizdə B 12 çoxluğu həkimləri qorxudur?–

2023-01-29 20:35:00

Qanda analiz verərkən B 12 vitaminin norma həddini çox aşması və yüksək olması heç kimi sevindirmir. Əksinə bu nəticə həkimləri qorxudur və daha ağır nəticələrdən şübhələndirir.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölənlər və yaralananlar var FOTO

2023-01-29 20:31:00

Beyləqan rayonunda yol qəzası baş verib.

Gündə 10.000 addım atmağa başla– Bədəndə baş verən

2023-01-29 20:25:00

Nəyə görə 10.000 addım. Bu bir proqramdr, həkimlər, dietoloqlar, kardiloqlar dönə-dönə məsləhət görür. Xüsusi cihazlar, telefonda tətbiqlər var ki, sizin addımlarınızı ölçür. Bütün ağıllı cihazlarda 10.000 addım rejimi var.  Bu rəqəmin sirri nədədir?

“Heydərikərrar” sözünün mənası nədir?

2023-01-29 20:20:00

Ərəb dilindən tərcümədə heydər - aslan deməkdir. Bir işi təkrar edən və nəticə alınana kimi bundan yorulmayan şəxsə isə kərrar deyirlər. Heydəri-kərrar ifadəsi dini kitablarda İmam Əliyə (ə) aid edilib. Səbəb budur ki, Heydər - o həzrətin ləqəbidir. İmam Əli (ə) döyüş meydanlarında oxuduğu rəcəzlərdə (hərbi şeirlərdə) özünü bu ləqəblə təqdim edirdi. Kərrar ləqəbini o həzrətə İslam Peyğəmbəri (s) vermişdi. Xeybər savaşında bəzi səhabələr qalanın üzərinə hücuma keçmiş, amma uğur qazana bilməyib geri dönmüşdülər. Bu zaman Peyğəmbər (s) buyurmuşdu: "Sabah döyüş bayrağını elə bir şəxsə verəcəyəm ki, Allahı və Onun Rəsulunu sevir, Allah və Rəsulu da onu sevirlər. O, təkrar-təkrar hücum edəndir, qorxub qaçan deyil". Ertəsi gün İmam Əli (ə) Xeybər qalasının üzərinə hücuma keçdi və qalanı fəth edərək qələbə ilə geri döndü.

Qabil və Habil

2023-01-29 19:55:00

Qabil və HabilQabil daş ürəkli, kobud və bəd xasiyyətli bir insan oldu. Əksinə Habil isə çox sakit, mülayim və mehriban idi.

Doğrudanмı, мöмin az gülüb, çox ağlaмalıdır?

2023-01-29 19:50:00

Doğrudanмı, мöмin az gülüb, çox ağlaмalıdır?Sual: Qurani kəriмdə oxuyuruq: "Qazandıqları günahların cəzası olaraq, az gülüb, çox ağlasınar."180 İslaм dinində insana zərərli işlərə icazə verilмir. Мəgər çox ağlaмaq zərərli deyilмi? İkinci bir tərəfdən, gülüş və şadlıq insan sağlaмlığı üçün çox faydalıdır. Nə üçün onun qarşısı alınır?

Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq

2023-01-29 19:47:00

Yanvarın 30-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

SEPAH zabiti Çexiyada

2023-01-29 19:46:00

Çexiya polisi İran hökumətinə müxalif qadın jurnalist Məsih Əlinejada qarşı terror əməliyyatı planlaşdıran SEPAH agentini  bu ölkədə gizləndiyi evdə müəyyən edərək həbs edib.

Serotonin nədir?

2023-01-29 19:45:00

Depressiya dərmanlarından və antidepressantlardan söz düşdükdə ilk növbədə ağıla gələn şey serotonin hormonu olur.Yəni serotoninin çatışmazlığı səbəbəndən meydana çıxan xəstəlikləri müalicə etmək üçün antidetressantlara ehtiyac olur. Serotonin nədir? Serotonin bir neyrostimulyatordur.Yəni serotonin sinir hüceyrələri arasında elektrik siqnallarının daşıyıcısıdır. Serotoninin vəzifəsi bir sinir hüceyrəsindən aldığı siqnalı digər sinir hüceyrəsinə ötürməkdən və beyini çalışdırmaqdan ibarətdir. Serotonin insanın beynində əmələ gəlir və orqanizmin müxtəlif nöqtələrinə ötürülür. Adətən mərkəzi sinir sistemində və mədə bağırsaq yollarında tapılır.Mərkəzi sinir sistemində olan serotonin insanın ruh halını, yuxusunu, iştahını, biliyini, yaddaşını, cinsi və sosial həyatını tənzimləyir.Mədə bağırsaq yolunda olan serotonin isə həzm prosesini normallaşdırır. Antidepressant dərmanların demək olar ki, hamısının tərkibində serotonin olur.Bu dərmanlar setotoninin toxumalar tərəfindən təkrar sorulmasının qabağını alaraq, serotoninin miqdarını artırırlar. Mütəxəssislər serotoninin səviyyəsindəki çatışmazlıqların insanın ruhi vəziyyətinə təsir edərək depressiyaya səbəb olduğunu söyləyirlər.Serotonin çatışmazlığı 3 səbəbdən baş verə bilir: 1.Beyin hüceyrələrində serotoninin az əmələ gəlməsi. 2.Reseptorların az olması. 3.Serotoninin əmələ gəlməsində iştirak edən triptofan maddəsinin çatışmazlığı. İnsanda bu 3 biokimyəvi proseslərdən birinin pozulması olduqda həddindən artıq əsəbilik, depressiya, panika müşahidə edilir. Depressiyanın əmələ gəlməsində serotoninin rolunun olduğu qeyd edilsə də, beyində olan serotoninin miqdarını ölçmək mümkün olmur.Amma qanda olan serotoninin miqdarını ölçmək mümkündür.Depressiyanın serotonin çatışmazlığı səbəbindən baş verməsini belə xəstələrin qanında serotoninin digər adamlarınkından çox aşağı olmasına əsaslanaraq söylənilir. Serotonin hormonu yuxunun da normal olmasında böyük rol oynayır.Sertoninin yüksək olması insanda oyanıqlıq, aşağı olması isə yuxunun pozulmasına səbəb olur.

Qadını oyandıran 5 erogen bölgə

2023-01-29 19:25:00

Qadınlara erogen bölgələrinin (sevişmə impulsunu artıran, həzz verən bölgələr) hansılar olduğunu demək bir az qəribə gələ bilər. Əgər kişi qadınla düzgün davranmırsa, demək o qadın erogen bölgələrini kəşf edə bilməz. Erogen bölgələri öyrənməklə partnyorunuza sizinlə necə davransa sevişməyə hazır vəziyyətə gələcəyinizi və sizə daha çox zövq yaşadacağını bildirin.

Əsr namazı nə zaman qəzaya düşür?

2023-01-29 19:20:00

Namaz vaxtları məxsusi və müştərək olmaqla iki hissəyə bölünür. Məxsusi vaxt yalnız müəyyən namaza aid olan vaxtdır, həmin vaxtda başqa namazı qılmaq olmaz. Zöhr namazının məxsusi vaxtı zöhr azanından başlayır və dörd rükətlik namaz qılmaq üçün bəs edəcək qədər davam edir. Əsr namazının məxsusi vaxtı məğrib azanına 4 rükətlik namaz qılmaq üçün bəs edəcək qədər qalan vaxtdır. Bu ikisinin arasındakı vaxt isə zöhr və əsr namazlarının müştərək vaxtıdır.

Əsəbilik ürək xəstəliyindəndir?

2023-01-29 19:15:00

Müasir dünyamızda baş verən stresslər, psixi-emosional hadisələr əsəb sistemimizə təsirsiz ötüşmür. Bəs bu qədər gərginliklər ürəyinizə necə, təsir edirmi? Bunları aydınlaşdırmaq üçün əlbəttə ki, həkimə müraciət etməyiniz vacibdir. Amma bəzi əlamətlər vardır ki, onlar sizdə aşkarlanarsa əvvəlcə ürək, sonra isə əsəb həkiminə müraciət etmək lazımdır. Bəs bunu necə ayırd etmək olar? Ürək xəstəlikləri zamanı xəstələrdə astenik sindrom baş verir. Bu əlamətlər toplusu xəstələrin demək olar ki, hamısında rast gəlininr. Xəstələr aşağıdakı əlamətlərlə yuxudan dururlar: - ümumi zəiflik - halsızlıq - fiziki zəiflik - yorğunluq. Bu hal onlarda axşama kimi davam edir. Ona görə də belə xəstələrin əhval-ruhiyələri heç vaxt yaxşı olmur. Lakin yataqda özlərini pis hiss etmirlər. Astenik sindrom özünü təkcə fiziki işdə deyil, intellektual səviyyədə də göstərir. Yaddaş və iradə zəifləyir, diqqəti cəmləmək çətin olur. Belə xəstələrin əmək qabiliyyəti də aşağı olur. Xəstələrdə nevrotik simpomların olması da diqqəti cəlb edir. Belə ki, ürək səbəbli əsəb xəstəsi digər əsəb xəstələri kimi olmur, onlardan fərqlənirlər. Belə xəstələrin gözlərində qorxu ifadəsi olur, həkimlə danışan zaman gözlərini sağa- sola qaçırırlar. Söhbətləri davamlı olmur, öz xəstəlikləri barədə uzun-uzadı danışmağı xoşlayırlar. Danışan zaman əlləri və ayaqlarının, dil-dodağın əsməsi, tez-tez ətrafa nəzər salma kimi xüsusiyyətə sahib olurlar. Uzun illər hansısa xəstəliyin müalicəsinin səmərəsinin olmaması onların gözündə qəmginlik ifadəsi verir, onlar hətta zarafata belə reaksiya vermirlər. Yuxarıda sadalanan əlamətlərdən əgər sizdə də varsa,  həkimə müraciət ediniz.

İblisin vəsvəsələrindən necə amanda qalaq?

2023-01-29 19:10:00

llah Təala günah və günahkarlar haqqında buyurur: "Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar".

800 yaşı olan monax resepti Ürəyi cavanlaşdırır

2023-01-29 19:05:00

Bu reseptin müəllifi 800 il əvvəl yaşamış rahibə Hilderqard fon Binqendir. Onun bu resepti monastırda əsrdən -əsrə keçmişdir.

Astmatik status

2023-01-29 19:01:00

Astmatik status - bronxial astmanın ağır tutmasıdır, adi bronxolitiklərlə aradan götürülmür. Astmatik status getdikcə proqressivləşən ağ ciyərlərin ventilyasiyası və qazlar mübadiləsinin pozulması ilə gedən, həyat üçün təhlükəli bronxların obstruksiyası ilə müşayiət olunur. Bu vəziyyət 1-3% hallarda ölümə səbəb ola bilər, buna görə də təxirəsalımaz yardım tələb edir. Səbəbləri: Astmatik status bronxial astmanın qeyri-adekvat müalicəsi nəticəsi olaraq meydana çıxır. Bronxolitiklərin nəzarıtsiz qəbulu, glükokortikoidlərin qəflətən kəsilməsi astmatik statusa gətirib çıxara bilər. Həmçinin allergenlərlə kontakt, tənəffüs yollarının virus xəstəlikləri, havanın rütubətli olması, temperaturun dəyişməsi, emisional gərginlik astmatik statusa səbəb ola bilər. Simptomları: Xəstə oyanıq olur, məcburi vəziyyət alır. Nitq və tənəffüs çətinləşir, tutmaşəkilli öskürək qeyd olunur, ürəkdöyünmələrin, tənəffüs hərəkətlərinin sayı artır, arterial təzyiq qalxır. Qanda oksigenin azlması nəticəsində dəri solğunlaşır, sonra isə göyümtül rəng alır. Belə xəstələrə yardım göstərmədikdə huş alatoranlaşır və ya itir. Diaqnostika: Təcili yardım briqadası gəldikdə xəstənin vəziyyətini qiymətləndirir, dərhal yardım göstərir. İlk yardımdan sonra xəstə stasionara yerləşdirilir. Diaqnostik olaraq stasionarda xəstənin qanını ümumı, biokimyəvi analiz edirlər, dös qəfəsinin rentgeni və digər müayinələr aparılır. Siz nə edə bilərsiniz: Əgər bu əlamət varsa mütləq təcili yardım çağırın. Həkim nə edə bilər: Həkim oksigenoterapiya, infuzion terapiya, allergiya əleyhinə dərmanlar, bronxgenəldən preparatlar təyin edir. Zəruri olarsa ağ ciyərlərin süni ventilyasiyası tətbiq edilir. Profilaktika: Belə xəstələr müntəzəm olaraq həkimn nəzarəti altında olmalıdır ki, bu vəziyyət təkrarlanmasın. Həkim xəstənin vəziyyətini qiymətləndirərək müvafiq dərman maddələri təyin edir.

Qərb kəşfiyyatının əlində İsfahana hücum ilə bağlı

2023-01-29 18:56:00

İranın İsfahan şəhərinə dron hücumu uğurlu olub, hərbi obyektdə ən azı dörd partlayış baş verib.

Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi FOTO

2023-01-29 18:48:00

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Goranboyda küçədən körpə meyiti tapıldı

2023-01-29 18:24:00

Goranboyda küçədən körpə meyiti tapılıb.

Talıbov da Orxanın yas mərasiminə gəldi FOTO

2023-01-29 18:00:00

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində həlak olan baş leytenant Orxan Əsgərovun yas mərasimində sürpriz bir qonaq diqqət çəkib.

Yoluxanların sayı açıqlandı

2023-01-29 16:39:00

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 23 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Qaxda 49 yaşlı çoban intihar etdi

2023-01-29 16:20:00

Qaxda 49 yaşlı kişi özünü asaraq intihar edib.

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

2023-01-29 16:09:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoçarxı təqdim edib.