Digərləri

Mukovissidoz

2023-01-29 23:45:00

Mukovissidoz - irsi sistem xəstliyidir. Bu zaman bütun sekresiya vəzləri: mədəaltı vəz, tər vəzləri, bağırsaq vəzləri, ağ ciyər-bronx sistemi, cinsi vəzlər zədələnir. Səbəbləri: Bu zaman membranarası genin mutasiyası baş verir. Bu zülal ekzokrin vəzlərin ifraz etdikləri sekretin nəqliyyatını tənzim edir. Mutasiya nəticəsində bu sekret daha qatı və yapışqan olur. Simptomları: Əsas formaları aşağıdakılardır: -qarışıq (ağ ciyər-bağırsaq 70-80%) -bronx-ağ ciyər (15-25%) -bağırsaq (5%)

Qəhvənizə bir qaşıq əlavə edin, xərçəngdən qorunun –

2023-01-29 23:35:00

Kokos və qəhvə ikilisinin faydaları təəccübləndirir. Siz də qəhvənizə bir qaşıq kokos yağı əlavə edin və təsirini özününz hiss edin.

İynə insult şübhəsi zamanı sizin köməyinizə çata bilər

2023-01-29 23:30:00

İnsult beyin damarlarının patologiyası səbəbli meydana çıxır. Bu zaman ətrafların kapillyarlarında da müxtəlif patologiyalara rast gəlmək olur. Əgər yaxın adamlarınızdan birində insult və ya yüksək təzyiq xəstəliyi şübhəsi varsa, onun vəziyyətini adi iynə vasitəsilə yüngülləşdirə bilərsiniz. Bunun üçün beyin əlamətləri baş verən xəstəni yarımoturaq vəziyyətdə oturub Qədim Çin üsulu vasitəsilə iynə müalicəsi etmək lazımdır. Siz bunu ev şəritində özünüz də edə bilərsiniz. Proseduru yerinə yetirmək üçün steril və ya tikiş iynəsi götürülür. Tikiş iynəsi olduğu zaman iynənin dəriyə batırılacaq hissəsi odda qızdırılaraq sterlizasiya edilməlidir. 1. İynə ələ götürülür və əlin bütün barmaqları spirtlə silinir. 2. Digər əllə barmaqlar tutulur və dırnaqdan bir millimetr aşağı nahiyə diqqət mərkəzinə alınır. 3. İynə həmin nahiyəyə batırılır və qanın çıxması gözlənilir. Az miqdar qanın çıxması kifayətdir. 4. Qan çıxmadıqda barmağın ucu yüngül sixilmalı və ya masaj edilməlidir. 5. Bütün barmaqlardan (10 barmaq) bir-neçə dəqiqə qan axdıqdan sonra xəstədə arterial təzyiq aşağı düşəcək və xəstə yavaş-yavaş özünə gələcək. 6. Bu müddət ərzində xəstənin ağzı açıq və selikli qişalar avazımış olarsa, bu zaman onun qulaqlarını massaj edin. Massaj xəstənin dodaqlarının rəngi qızarana kimi olunmalıdır. 7. Əgər xəstə özünə gəlməsə bu zaman onun qulağının sırğalıq hissəsinin hər iki tərəfindən 2 dəfə iynə ilə deşilib qan axıdılmalıdır. Bu prosedur yüksək təzyiqlı xəstələri iflic və insultdan qoruyur. Bu üsuldan hipertonik risk zamanı istifadə edildikdə beyində zədələnmələr baş vermir.

"Evin pərdəsini açıbbağlayır, mənə işarə verirdi" Zaqataladakı

2023-01-29 23:28:00

Zaqatala rayonunda 1949-cu il təvəllüdlü Aydın şəxsi münasibətlər zəminində münaqişə zamanı həmkəndlisi Rafiq və onun qardaşı oğlu Valehi (adlar şərti verilib - red.) bıçaqlayıb.

Su kanalına aşan maşında ölənlərin

2023-01-29 23:27:00

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov "Mercedes" markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.

4 min il yaşı olan qara bibərin 12 faydası –

2023-01-29 23:25:00

Qara istiot 4 min ildən artıqdır ki, mövcuddur. Qədim zamanlarda qara istiota çox dəyər verirdilər, hətta onu qızıla bərabər tuturdular.

Nə üçün “Tövbə” surəsi “Bismillah” ilə başlanmır?

2023-01-29 23:20:00

Bəraət" surəsinin məzmunundan göründüyü kimi, bu surədə müşriklər hədələnir, əhdi sındıranlara müharibə elan olunur. Bu surədə tövhid nurunu söndürmək istəyənlərə, Ərəbistan yarımadasında ilahi dinlə mübarizə aparanlara xəbərdarlıq olunur. Bu münasibətlə də surə mərhəmət nişanəsi olan "Bismillah"la başlanmır.

İflicin diaqnozunu qoymaq asanlaşdı

2023-01-29 23:15:00

Bəzi  hallarda  iflicin  diaqnozunu  qoymaq  çətinlik  törədir. Hər  hansı  bir  xəstəlik  haqqında məlumatın  olmaması  bəzən  insanlarda  həmin  xəstəliklərin  gec  müalicə  olunmasına  və  ya ağırlaşmasına  səbəb  olur. İflic  xəstələri,  xəstəliyin  ilkin  mərhələsində  müyinə  və  müalicə  olunmasa  xəstənin  beyində geridönməz  izlər  qoya  bilir. İflicin  bəzi  ilkin  əlamətləri  vardır  ki, bunu  xəstənin  yaxınları  da  hiss edə  və  xəstliyə  diaqnoz  qoya  bilərlər. Bəs  bu  əlamətlər  hansılardır? 1. Yanınızdakı  adamdan  gülümsəməsini  xahiş  edin. 2. Ondan  tez  bir zamanda  sadə  bir  cümlə  qurmasını  istəyin. 3. Hər  iki  qolunu  qaldırmasını   söyləyin. 4. Xəstədən  dilini  çıxartmağı  xahiş  edin. Xəstənin  dili  ağzında  qıvrılırsa, qeyri-iradi  sağa-sola  çevrilirsə  bu  iflicin  ilkin  əlamətlərinin başlaması  deməkdir. Xəstə  bu  tapşırıqları  yerinə  yetirməkdə   çətinlik  çəkirsə, onda  xəstənizi  təcili  olaraq  nervpotoloqa aparın.

Rəyə əsasən təfsir nə deməkdir?

2023-01-29 23:10:00

İslam təfsirçiləri və alimləri bu fikirdədirlər ki, kimsə Quranı öz nəzəri və rəyi əsasında təfsir edə bilməz. Bu mövzu ilə bağlı çoxsaylı hədislər nəql olunmuşdur. Onlardan bəzilərini nəzərdən keçirək:

Duzlu və şoraba yeyənləri bu ağır xəstəlik gözləyir –

2023-01-29 23:05:00

Çox duzlu qidalara, turşuya, şorabaya bağlılıq, meyillik gələcəkdə həmin insanda demensiya - əqli və yaddaş pozulmasına səbəb ola bilər.

Nəhəng dölllü hamiləlik

2023-01-29 23:01:00

5000 qram və daha artıq çəkiyə malik olan döl nəhəng döl adlanır. Nəhəng döllü hamiləlik adətən şəkərli diabet və bəzi endokrin xəstəlikləri olan hamilə qadınlarda rast gəlinir. Həhəng dölün olmasına diaqnoz hamilə qadının qarının, başın ölçülərinə, palpasiyaya zamanı əldə edilən nəticələrə əsaslanaraq qoyulur. Adətən belə doğuşlarda ağırlaşmalar baş verir. Buna səbəb doğum zamanı doğuş qüvvələrinin zəifliyi, dölyanı suyun vaxtından erkən axması və doğuşun müddətinin uzanması səbəb olur. Doğuş sırasında dölün başı, çox vaxt çanaqda uyğunsuz duruşu doğuş zamanı dölün məhvinə səbəb olur. Əksər hallarda son və doğuşdan sonra qanaxmalar baş verir. Doğuş aktının gedişi bəzən dünyaya gələn uşaqda bəzi eybəcərliklərin əmələ gəlməsinə səbəb olur. Bu eybəcərliklərə aiddir: - dovşandodqlılıq - qurdağızlıq - əyripəncəlik - anusun bitişməsi və s. Bəzən yuxarıda sadalanan qüsurların əmələ gəlməsinə embriogenez zamanı dölə təsir edən zərərli faktorlar da səbəb ola bilir. Bu səbəblərə kimyəvi, fiziki, təsirlər, infeksiylar, parazitar patologiyalar aiddir. Ana ilə döl arasında rezus konflikt, toksiplazmoz, listerioz da dolün patoloji böyük olmasına və fiziki qüsurlu doğulmasına səbəb ola bilən faktorlardandır.

Seyidlik nə zamandan başlamışdı?

2023-01-29 22:55:00

Seyidlik həzrət Peyğəmbər (s) xanədanında mövcud olan mənəvi bir şərəfdir. Həzrət Peyğəmbər (s) nəslindən olan bu insanlara xüsusi ehtiram göstərilir. Bu ehtiramın əsasını, şübhəsiz ki, həmin insanların həzrət Peyğəmbərlə (s) qohumluq əlaqəsi təşkil edir. "Seyyid" ərəbcədən tərcümədə "ağa" deməkdir. Bu kəlmə həzrət Peyğəmbərin (s) və məsum imamların bəzi buyuruqlarında da işlədilmişdir.

Allahın sonsuz rəhməti

2023-01-29 22:50:00

Allah-taala "Zumər" surəsinin 53-cü ayəsində məhəbbətinin, lütfünün və rəhmətinin sönsuzluğundan danışır və bütün günahların əfv olma fərmanını vermişdir. Buyurur:

Sinir sisteminin orqanizmdə rolu

2023-01-29 22:30:00

Orqanizmin fizioloji funksiyalarının tənzimində və həyat fəaliyyətinin təmin edilməsində sinir sisteminin mühüm rolu vardır. Sinir sistemində baş verən dəyişikliklər bütün orqan və sistemlərin fəaliyyətində əks edilir. Belə ki, orqanizmdə baş verən bütün fizioloji və patoloji proseslər sinir sisteminin iştirakı ilə baş verir. Patoloji şəraitdə sinir sisteminin əsas əhəmiyyəti onun mühafizə-uyğunlaşma reaksiyalarında olan iştirakı ilə bağlıdır. Sinir sistemində orqanizmin daxili mühitində və ətraf mühitində baş verən hər bir dəyişikliyə reaksiya baş verir. Bu reaksiyalar orqanizmin göstərilən dəyişikliklərə uyğunlaşmasına şərait yaradır. Lakin orqanizmdə bir-sıra xəstəliklərin gedişində sinir sisteminin mühafizəkar -uyğunlaşma funksiyası zəifləyir. Bu zaman sinir sistemi özü orqanizm üçün zərərli olan patologi reaksiyaların mənbəyinə çevrilir. Bu zaman sinir sistemində pozulmalar müşahidə edilir ki, bu da müxtəlif orqan və sistemlərin fəaliyyətində əks olunur. Sinir sisteminin orqanizmdə əmələ gətirdiyi potologiyalar funksional və üzvi xarakterli ola bilir. Funksional pozğunluq dedikdə beynin funksiyasının adı altında baş verən patologiyalar nəzərdə tutulur. Üzvi patologiyalara isə sinir liflərinin zədələnməsi aid edilir. Bəzi hallarda sinir sistemində funksional və üzvi birləşmələr eyni zamanda baş verir. Məsələn, damarların spazmı nəticəsində yaranan kəskin beyin işemiyası az müddət davam etdikdə sinir sistemində müvəqqəti funksional dəyişikliklər yaranır. Lakin spazm nəticəsində yaranan kəskin beyin işemiyası az müddət davam etdikdə sinir sistemində müvəqqəti funksional dəyişikliklər yaranır, spazm uzun çəkdikdə beyində geri dönməyən üzvi dəyişikliklər meydana çıxır.

Qarın piylərinizi əritməyə mane olan 5 səbəb –

2023-01-29 22:25:00

Qarın, bel, göbək nahiyəsində toplanan piy və artıq çəki ən ağır, ən çətin əriyən hissədir. Burda piy toplanmasının və dieta, hətta idmanla belə əriməməsinin 3 əsas səbəbi var: genetik amil, hormonal pozuntular və bəzi yol verilən səhvlər.

Öz qəlbini qidalandır

2023-01-29 22:20:00

Öz qəlbini qidalandırİnsan bu aləmdə öz qəlb və ruhu ilə yaşamaq istəyirsə, gərək mənəviyyat aləmində qarşısına çıxmış fürsətlərdən istifadə etsin və qəlbini qidalandırsın və ruhuna su versin. Elə ki, azan verilir, bu mənəvi qidalanmaq üçün bir fürsətdir. Hər vaxt qəlb Allaha yönəlsə, həmin an can və qəlbin qidalanması anıdır. Bəzən namazda, bəzən həccdə, bəzən infaq etdikdə qəlb mənəvi qidalanır. Əgər qəlbin meyli olmadığını görsən, gərək onda hazırlıq yaradasan, gərək qəlbinə yedizdirəsən ki, yavaş-yavaş iştahaya gəlsin. Çalışmalısan ki, qəlbinin qidalanmasında aza qane olmayasan. Deməyəsən ki, iki rəkət namaz bəsdir, yaxud filan xeyir əməli etmişəm daha bəsdir. Mənəviyyat aləmində "bəs" yoxdur. Dünyaya, bəs de, mənəviyyata yox. Mənəviyyatda nə qədər irəli gedə bilirsənsə, get. Bir məqamda insanın qəlbi cənnət xörəyi və suyu ilə qidalanır. Ondan yuxarı məqamda insan cənnətdən doğulur. Necə ki, ana bətnindən dünyaya gəldikdən sonra qidası dəyişilir - qabaq qan içirdi, indi isə süd. Dünya aləmindən də xaric olduqdan sonra insanın qidası dəyişir. Ağılın dərk etməyə qadir olmadığı növbənöv cənnət yemək-içməkləri onun qidası olur. İnsan onun öz fitrətində qoyulmuş həqiqətləri başa düşdükcə öz vücud həqiqətinə yetişir. Qənd kanıyam və şəkər neyistanıyam. Yer göyərir, mən yeyirəm. Özüm qənd və şəkər mədəniyəm. İnsanın öz daxilindən göyərir və özündən qidalanır. Təkcə həqiqətini aşkar olunmalıdır. İnsanın öhdəsinə qoyulmuş bütün təkliflər insanın həqiqətinin aşkar olması üçündür. İnsanın təkvinən böyük sərmayəsi vardır. Lakin bu sərmayə bil-qüvvədir və insan bil-qüvvə mələkdən üstündür. Cəbraili-əminə çatmaq üçün istedadı vardır. İndi heç nəyi yoxdur, amma təkvini sərmayəsi vardır. Pərdələri kənarlaşdırmalı və zühura çatmalıdır. Bəzilərində valideynin düzgün tərbiyəsi sayəsində yüksəlmək üçün çox gözəl zəminələr vardır. Belə adamlar aza qane olmamalı, öz mənəvi iştahalarını artırmalıdılar. Çünki ondan geri qalmış adamın, ondan irəli keçməsi mümkündür. O qədər mənəviyyat yeməlisən ki, mənəviyyatın qəhətliyə düşdükdə çətinlik hiss etməyəsən. Qoyunlar otlaqda o qədər yeyirlər ki, axşam olduqda gündüz tələsik yediklərini gəvşəyirlər. Mənəviyyat aləmində də gərək o qədər yeyəsən ki, qidalanmağa imkan olmayan vaxtı onlardan istifadə edəsən. "أَفْئِدَتُهُمْ هَواء"

Yeni doğulmuş uşağın hipoksiyası

2023-01-29 22:15:00

Bətndaxili  döl  özünün  inkişafı  üçün  ananın  orqanizmindən  cift  vasitəsilə  oksigen  alır. Oksigenin lazimi  qədər  olmaması  və  lazımsız  qazların   daxilində  toplanmas ı dölün  hipoksiya  və  asfiksiyası ilə  nəticələnir. Dölün  asfiksiyasına   aşağıdakılar  səbəb  ola  bilir: - hamiləlik asfiksiyaları - nefropöatiya - eklapsiya - hipertoniya xəstəliyi - qızdırma ilə müşahidə olunan xəstəliklər - ağciyərin ağır xəstəlikləri - göbək ciyəsinin dölün boynuna sarılması. Dölə  oksigenin  çatmaması  tutma  şəklində  sancılar  olduqda  baş  verir. Dölün  asfiksiyası  baş verdikdə  dölün  başının  qan  dövranında  qansızmalar  ola  bilir. Bu  da  kəllə  daxilində  qansızmanın  əmələ  glməsinə  səbəb  olur  ki, bu  zaman  dölün  ürək  döyüntüləri  zəifləyir. Bəzən asfiksiya  dölün  hərəkətinin  tezləşməsi  üçün  də  baş  verə  bilir. Buna  görə  də  asfiksiyanın  baş verməməsi  üçün  dölün  ürək  döyüntüləri  nəzarət  altında  saxlanılır. Bu  zaman  dölün  ürək döyüntüləri  elektrokardioqrafiya  və  USM  ilə  yoxlanılır.

Quranı kimlər qələmə alıb?

2023-01-29 22:10:00

Mötəbər İslam tarixçilərinin bildirdiyinə görə həzrət Peyğəmbərə nazil olmuş ilk surə "Ələq" surəsidir. Son surə isə "Tövbə" surəsi hesab olunur. Surələrin mətni də deyilənləri təsdiq edir.

Allergiya və öskürək dərmanlarını bir qəbul etmək olmaz –

2023-01-29 22:05:00

Hazırda bir çox xəstələr öskürəyin nədən olduğunu bilmədiklərinə görə, allergiya dərmanını atır, daha sonra öskürək kəsmədikdə öskürək dərmanı, siropu qəbul edir.

X histiosistozu

2023-01-29 22:01:00

Ağciyərlərin X histiosistozu retikulohistiosistar sistemin naməlum etiologiyalı xəstəliyi olub, ağciyərlər və d igər orqan, toxumalarda histiosistar qranulomaların əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəliyin etiologiyası məlum deyil, patgenezi kifayət qədər öyrənilməyib. Xəstəliyin əsas xarakterik xüsusiyyəti patoloji qranulomaların əmələ gəlməsi, orqan və toxumaların zədələnməsinin sistemliliyidir. Qranulomalar ən çox ağciyərlərdə və sümüklərdə tapılır. Bundan başqa qranulomalara dəridə, yumşaq toxumalarda, qaraciyərdə, böyrəklərdə, mədə bağırsaq və dalaqda həmçinin limfa düyünlərində də rast gəlmək olur. Qranulomaların əsas hüceyrələri sümük iliyində əmələ gələn histiositlər hesab olunur. Xəstəliyin kəskin forması ağciyərlərin həcmcə böyüməsi, diametri 1 sm-ə qədər olan çoxsaylı kistaların əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəliyin xroniki formasında ağciyərlərin səthində çoxsaylı düyünlərə rast gəlmək olur ki, bunlar da sonradan kistoz törəmələrə çevrilir. Xəstəlik əsasən 3 yaşa qədər uşaqlarda rast gəlinir və aşağıdakı təzahürlərə malikdir: *temperatur, üşütmə, güclü öskürək, tənginəfəsliklə başlanğıc *patoloji prosesin sümüklərə, böyrəklərə, mərkəzi sinir sisteminə verdiyi zədələnmələrlə təzahür edən sürətli gedişi *irinli otitin əmələ gəlməsi *bir neçə ay ərzində letal nəticə mümkündür. Belə uşaqlarda quru öskürək, ümümi zəiflik, döş qəfəsində ağrılar özünü göstərir. Çox vaxt kəllə, çanaq sümükləri, qabırğa zədələnir və sümüklərdə ağrılar meydana çıxır. Antidiuretik hormon sekresiyası pozulur, xəstədə ürəkyanğı və sidik ifrazı müşayiət edilir. Xəstələrin göz qapaqlarında sarı piy ləkələri görünür, onurğa sütunu zədələnir, əyilir, birtərəfli ekzoftalm əmələ gəlir. Diaqnozu:

Batil əqidələr: Əhmədiyyə

2023-01-29 21:55:00

Qadiyani Həzrət Mühəmmədin (s) Quranda "xatəmün-nəbiyyin", yəni "peyğəmbərlərin möhürü" adlandrılmasının səbəbini öz rəyi əsasında açıqlayırdı: Guya Həzrət Mühəmməd (s) özündən sonrakı nəbinin (şəriət gətirməyən peyğəmbərin) doğruluğunu təsdiqləmək, yəni onun düzgünlüyünə "möhür vurmaq" səlahiyyətinə malik olduğu üçün Allah onu bu cür adlandırıb. O həzrətdən sonrakı nəbi yalnız müsəlman ümmətindən olmalıdır. Qadiyani öz peyğəmbərliyinin Həzrət Mühəmməd (s) tərəfindən təsdiqləndiyini (möhürləndiyini) söyləyirdi.

Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb

2023-01-29 21:53:00

Bakıda 4 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 17 nəfərin qeydiyyatda olduğu məlum olub. Ev sahibi həmin şəxslərin heç birini tanımadığını bildirir.

Qəbələdə kişi skeleti

2023-01-29 21:51:00

Bugün günorta saatlarında Qəbələ rayonu Nohurqışlaq kəndinin dağlıq ərazisində kişi skeleti aşkarlanıb.

Dəccal

2023-01-29 21:50:00

Nəzal ibn Səbri deyir: "Əli ibn Əbutalib (ə) bizə bir xütbə oxudu və Allaha həmd-səna edəndən sonra buyurdu: "Ey camaat! Məni itirməzdən əvvəl istədiyinizi soruşun". Həzrət bu cümələni üç dəfə təkrar etdi. Bu zaman Əsbəğ ibn Nubatə ayağa duraraq soruşdu: "Ey möminlərin Əmiri, Dəccal kimdir?" Həzrət buyurdu: "Dəccal, Said ibn Seyddir. Onu qəbul edənlər bədbəxt,etməyənlər isə xoşbəxt adamlardır. O, İsbəhan (İsfahan) adında şəhərin bir yəhudi kəndindən çıxacaq. Sağ gözü yoxdur, sol gözü isə alnındadır və dan ulduzu kimi parıldamaqdadır. Və həmin gözün içində qanlı ət var. İki gözünün arasında (red. ola bilsin ki, söhbət gözlərin çuxurundan gedir) hər bir şəxsin oxuya biləcəyi şəkildə "kafir" sözü yazılmışdır. O, dəryalara girir və günəş də onunla birlikdə hərəkət edir. Onun qarşısında dumanlı və arxasında isə ağ bir dağ vardır. Camaat onu yemək zənn edəcək. O, şiddətli qəhətlik zamanı üzə çıxacaq. Onun hər addımı bir "mil" (qədim ölçü vahidi- müt.) olan ağ rəngli miniyi vardır. O, bununla məntəqələri bir-bir arxada qoyur və kənarından keçdiyi elə bir su yoxdur ki, Qiyamətə kimi yerə çəkilməsin. O, məğrib və məşriqin arasında olan bütün cin, şeytan və insanların eşidə biləcəyi bir şəkildə fəryad edəcək: "Mənim dostlarım! Yanıma gəlin. Mən, varlıqları xəlq edən, onu nizama salan, hər şeyi ölçüyə salan və hidayət edən allaham. Mən sizin uca məqamlı rəbbinizəm!" O, Allah-Taalanın düşmənidir, yalançıdır. Onun bir gözü var, qarını var, yemək yeyir, bazarlarda yol gedir, halbuki sizin Allahınız və Rəbbiniz bir gözlü deyil, yemək yeməz, yol yeriməz və məhv olmaz. O, belə şeylərdən münəzzəhdir, uzaqdır. Dəccala tabe olanların çoxu haramzadələrdir və əyinlərinə yaşıl tilsan (tikişi və kəsiyi olmayan bədəni örtən uzun geyim) geyərlər. Allah-Taala cümə günü günortadan qabaq onu Şamdakı Əfiq dərəsində Məryəm oğlu İsa Məsihin namazda iqtida edə-cəyi şəxsin əlilə qətlə yetirəcək..." ("B.", 52/192-194, r. 26). 2. Bəlxdən olan bir kişi İmam Baqirin (ə) görüşünə gəldi. İmam (ə) ondan soruşdu: "Ey xorasanlı! Filan və filan məntəqələri tanıyırsanmı?" Dedi: "Bəli" İmam (ə) buyurdu: "Filan məntəqədə belə bir xüsusiyyətlərə malik olan bir dərəni tanıyırsanmı?" O, yenə: "Bəli"-dedi. İmam (ə) ona buyurdu: "Dəccal oradan çıxacaq".

Uşağın ana bətnində ölümü

2023-01-29 21:45:00

Dölün ana bətnində ölməsinin müxtəlif səbəbləri vardır: Bunlara aşağıdakılar aiddir: - doğuşun gedişini çətinləşdirən döl anomaliyaları - hidrosefaliya - nəhəng döl - dölün ümumi üzvlərinin şişləri. Hidrosefaliya. Hidrosefaliya dedikdə dölün kəllə boşluğuna həddindən artıq maye yığılması başa tutulur. Bu zaman kəllə sümükləri nazikləşir tikişlər və əmcəklər genişlənir. Dölün başı normadan çox iri olur və dölün doğulmasına mane olur. Bu zaman doğuş qüvvələri zəifləyir və dölün perforasiyası aparılır. Beyin yırtığı. Bu zaman dölün baş beynində yırtıq və dəbəlik kisəsində maye olur. Bu zaman kəllə-beyin qutusu da beyin mayesi ilə dolu olur. Bu zaman ana bətnində dölün başı perforasiya olunur və dəbəlik kisəsindən beyin maddəsi boşaldırlır. Bu zaman baş balacalanır və doğuş fəsadsız baş verir. Anensefaliya və hemiensefaliya. Bu döldə kəllə qutusunun, baş beyinin çox hissəsinin inkişaf etməməsidir. Əgər hamiləliyin ilk dövrlərindən döl infeksiyalaşarsa, xəstəliyin kəskin və yarımkəskin forması bətndaxilinə keçərsə, bu zaman uşaq xronik toksiplazmozla doğulur. Belə uşaqlarda mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində anadangəlmə eybəcərliklər və inkişaf qüsurları olur ki, bunlara Daun xəstəliyi, hidrosefaliya, mikroftalmiya, katarakta, çəp gözlülük, beyin yırtığı, hermofraditizm və s.aiddir. Bu zaman döl ana bətnində ölür və hamiləlik abortla tamamlanır.

İmam aləmin sirridir

2023-01-29 21:40:00

İmam aləmin sirridirDin, yəni bəsirət. Din insanın gözünü mələkuta və mənəvi aləmə qarşı açır, insanı yerdən göyə qaldırır. Əgər din vasitəsilə öz gözümüzü aləmin həqiqətlərinə açmasaq, heyrət və həsrətə düçar olacağıq. Qiyamət günü insanın gözü itiləşəcək və hər şeyi görəcək. Çünki pərdələr götürüləcək. يَوْمَ تُبْلَى السَّرَائِرُ "Bütün sirlərin aşkar olacağı o qiyamət günü". ("Tariq" surəsi, ayə 9.) Əgər bu aləmdə gözüaçıq olmaq istəyirsənsə, gərək öz qiyamətini burada bərpa edəsən. Elə ki, insan gözüaçıq və bəsirətli oldu, onda daha ayıq və düşünən olacaq. إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْمُتَوَسِّمِينَ "Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!" ("Hicr" surəsi, ayə 75.) Bəzi təfsirçilər "mutəvəssimin" kəlməsini "düşünənlər və ayıqlar" kimi məna ediblər. Düşünüb-daşınanlar, ayıqlar bu aləmdə hər şeyi Allahın nişanəsi bilirlər. Bəsirətsizlik insanı zəlil edir. Bəsirətli insan diqqət edir ki, hər şeyi ovlamasın, hər işin ardınca getməsin. Əgər naməhrəmə baxsan zəlil olarsan, əgər əxlaqın pis olsa, zəlil olarsan. Fironun sehrbazları nə qədər ki, bəsirətləri yox idi, dünya malının ardınca idilər və Firon onları zəlil etmişdi. Elə ki, Musanın (ə) möcüzəsini gördülər, dəyişildilər və Firona dedilər: وَإِنَّا إِلَىٰ رَبِّنَا لَمُنْقَلِبُونَ "Həqiqətən, biz Rəbbimizin hüzuruna qayıdacağıq!" ("Zuxruf" surəsi, ayə 14.) Elə ki, Allahı tapdılar, izzətə çatdılar və bəsirətli oldular. Gərək dinə inanasan və dini inanclarını həyata keçirəsən, ona əməl edəsən. Allahı, Peyğəmbəri (s) və imamı öz vücudunda tapmalısan, dinin həqiqətini tapmalısan. Dinin həqiqəti onun sirri və batinidir, gərək onu tapasan. Buyurdu: "إِنَّ أَمْرَنَا سِرٌّ مُسْتَتِر" "Həqiqətən bizim işimiz örtülmüş sirdir". ("Bihar əl-ənvar", c. 2, səh. 71.) Elə ki, sapınma başladı, imamın sirr və batin olmasını və bu sirri tapmalı olmalarını başa düşmədilər. İnsanın Allah vilayəti altında olması və bəsirətli olması üçün vəliyullaha (Allahın vəlisinə) ehtiyacı var. Şeytan insanı dinsiz etməyə çalışır, çünki din insanı böhrandan xilas edir. Əgər şeytan bunu bacarmasa, dinini səthi və yüngül saxlamağa çalışır. Dininin ruhu, canı olmalıdır. Fatimənin (s) qüssəsi budur ki, (o dövrün müsəlmanları) dinə yüngül yanaşdılar, imaməti sirr və batin bilmədilər. İnsanın həyatında batin olmasa, həyat puç və mənasız olar. Əlbəttə, həqiqət və batinin mərtəbələri vardır. Gərək həqiqətə qarşı üzgüçü olasan. Bəziləri batildə üzgüçülük edirlər. ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ Mütəal Allah Quranda buyurur: "Sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar". ("Ənam" surəsi, ayə 91.) Əgər dində dərin olsan, dünyanı fəsad bürüsə də sənə təsir göstərə bilməyəcək və tarix yaradacaqsan. Quran, Bəni-İsraili dinə səthi və yüngül yanaşan adlandırır: وَأَضَلَّهُمُ السَّامِرِيُّ "Samiri onları yoldan çıxartdı". ("Taha" surəsi, ayə 85.) Həzrət Musadan (ə) bu qədər möcüzə gördülər, amma buzova sitayiş etdilər. وَأُشْرِبُوا فِي قُلُوبِهِمُ الْعِجْلَ "Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü". ("Bəqərə" surəsi, ayə 93.) Quranın təbirinə əsasən,onlar batil yemişdilər. Dinə yüngül yanaşmaq həyatın mənasız olmasına səbəb olur. Həzrət Zəhranın (s) həyatına diqqət edin. Necə olub ki, həzrət Fatimənin (s) evi o sadəliyi ilə ən yüksədə və ucalıqdadır, amma bizim həyatımız belə puç dəbdəbəli? İnsanı puçluqdan azad edən mənəviyyatdır. Həyat örnəyini Fatimədən (s) öyrənmək lazımdır. Fatimə yerdə yaşasa da yuxarı aləmdədir.

Çörəyi suxarı ilə əvəz edin, xəstəlikləriniz sağalacaq

2023-01-29 21:35:00

Suxarı, yəni çörək qurusu hələ qədimdən müharibəyə gedən döyüşçülərin strateji ərzağı olub. Çörək, yemək imkanı olmayanda, suxari ilə güc tapıblar. Suxarıda nəmin, rütubətin olmaması onun həzmini asanlaşdırır, uzun müddət toxluq verir. Dietik məhsul olaraq həm insanın çörəyə olan nəfsini təmin edir, həm də iştahı kontrol edir. Eyni zamanda çəki yaratmır.

Ağciyərlərin hipoplaziyası (kiçilməsi)

2023-01-29 21:30:00

Bu ağciyərlərin kista əmələ gətirmədən inkişafdan qalmasıdır. Hipoplaziya ağciyərdə irinli prosesin inkişafı ilə müşayiət olunur ki, bu da aşağıdakı əlamətlərin əmələ gəlməsinə səbəb olur: * intoksikasiya əlamətlərinin əmələ gəlməsi * temperaturun yüksəlməsi * ağciyər toxuması iltihabının fiziki simptomlarının təzahürü * xroniki pnevmoniya əlamətləri * pnevmoniyannın kliniki gedişinə xas əlamətlər. Hipoplaziyanın 2 növü ayırd edilir: 1. Sadə hipoplaziya. 2. Kistoz hipoplaziya. Yuxarıda sadalanan əlamətlər hipoplaziyanın hər iki növünə aiddir. Yalnız kistoz hipoplaziyası sadə formasınadan fərqləndirən ağciyərlərdə nazik qabığa malik kistaların formalaşmasıdır. Xəstəliyə diaqnozun qoyulmasında aşağıdakı əlamətlər əsas götürülür: - rentgenoqrafiyada ağciyərlərin həcminin kiçilməsi - bronxoqrafiyada yalnız 3-6-cı sıra bronxlar görünür, sonra bronxoqramma sanki qaralır - bronxoskopiyada kataral endobronxit, payın və seqmentar bronxların mənfəzinin daralması. Kistoz hipoplaziya zamanı yuxarıda sadalananlarla bərabər ağciyərin proyeksiyası zamanı orqanın deformasiyalaşması və nazik divarlı kistalar aşkar edilir. Bu zaman ağciyərlərin kiçik qan dövranının inkişafdan qalması da aşkar görünür. Xəstəliyin müalicə proqramı pnevmoniyada olduğu kimidur. Profilaktika məqsədilə xəstələrə aşağıdakılar məsləhət görülür: * sağlam həyat tərzi * kəskin pnevmoniyanı vaxtında və düzgün müalicə etdirmək * kəskin bə xroniki bronxitin effektiv müalicəsi * burun - udlağın infeksiya ocaqlarının vaxtında müalicəsi * ağız boşluğu xəstəliklərinin müalicəsi. Bu portalda yerləşdirilmi

Diabet və təzyiq xəstələri Qaynadıb suyunu içsə

2023-01-29 21:25:00

Sumax bitkisi Azərbaycanda yetişir. Mətbəxdə, qidada istifadə etdiyimiz sumax bu bitkinin zəhərsiz növü olub, turş dada malikdir. Limon olmayanda qədimdə baba-nənələrimiz sumax istifadə edirdi.

Əxlaq baxımından Xanım Məryəm və Həzrəti Yusifdən örnək alın

2023-01-29 21:20:00

Əxlaq baxımından Xanım Məryəm və Həzrəti Yusifdən örnək alın"Təklikdə" dedikdə başqa şəxsin daxil ola bilmədiyi bir məkanda məhrəm olmayan qadın və kişinin birlikdə olması nəzərədə tutulur. Belə bir ünsiyyət barədə Quranda söz açılıbmı? Bu dəfə Quranda bir gənc qadının şahidi oluruq ki, bütün çirkinliklərdən uzaq, yalnız həqiqətə susamış halda raz-niyaz edir. O, təkcə Yaradanla minacat yolu axtarır. Ona tək olmaq lazımdır və zərurəti hiss edir. O elə bir yerə getmək istəyir ki heç kəs, yaxınları belə onu görməsin. "Bu kitabda Məryəmi xatırla. O vaxt ki o öz ailəsindən kənarlaşıb (günəşin doğduğu) şərqə getdi. Özü və onlar (ailəsi) arasında pərdə saldı." On üç yaşlı Məryəm raz-niyaz etməyə başladı. Bir müddət gözünü əbədiyyətə dikib Allaha minacat etdi. Elə bu zaman bir gəliş onun xoş tərənnümünün qarşısını aldı. Yumşaq və ehmal ayaq səsləri duydu. Önünə baxanda gözəl bir gənc gördü. "Biz Cəbraili onun yanına göndərdik. Onun önündə düz qamətli adam şəklində zahir oldu." Məryəm bundan dəhşətə gəldi. Bu cavan kimdir, haradan gəlib, pərdəli məkana necə daxil olub? O ki, bütün qapıları bağlamışdı! "Dedi: Təqvalısansa (mənə toxunma,) səndən Rəhmana pənah aparıram." ("Məryəm", ayə-16-18) Əslində onun sözündə ifadə olunan məna budur:- Əgər mömin kişi olsaydın, mənim pərdə çəkdiyim məkana daxil olmazdın. "İn kuntə təqiyyən" sözünə diqqət etsək belə bir incə nöqtə aydın olacaq ki təqvalı olmaq üçün xəlvətə çəkilən bu işi əks hədəfə zəmin yaratmaq üçün düşünməyib. Belə bir şəraitdə gözlənilməyən məsələ ortaya çıxarsa, Rəhman Allaha pənah aparmaq Ona sığınmaq lazımdır. Əlbətdə, onun Allaha aid olan min ad arasında məhz Rəhman adına pənah aparması barədə bunu demək mümkündür: Başqa şəxsin daxil ola bilməyəcəyi bir məkanda naməhrəm qadın və kişinin xəvət qalması bir bəladır. ( Bu bəlanın şərlə sonuclanması da qaçılmazdır) Belə bir bəlaya düşən şəxs, Allahın rəhminə təvəssül etməlidir. Bu nöqtə "Yusif" surəsindən başqa bir ifadə ilə Həzrət Yusifin dilindən ifadə olunub. Züleyxa öz qurduğu tələ vasitəsilə onun təqva və paklığını təhlükəyə saldı. Yusif onun tələsindən qurtuldu. Amma hələdə şeytanın nəfsə yaxın olduğunu bilirdi. Yalnız Allahın rəhmi gələrsə nəfsi cilovlamaq olar. (Həzrət Yusif ded:) "Mən öyünmürəm, (çünki) insanın nəfsi daim onu pisliklərə çağırır. Allahımın mənə rəhm etməsi isə istisnadır..." (Yusif", ayə 52) Beləcə Həzrət Yusif Züleyxanın ona xəlvət qurduğu tələdən yalnız Allahın rəhmi sayəsində qurtula bilir. Təfsirçilərdən biri "Məryəm" surəsinin təfsirində deyir: Məryəm elə bir qız idi ki xəlvətə çəkildiyi məkanda qəflətən başqasını gördükdə titrəyib dəhşətə gəlir və Allaha pənah aparır. Bu İlahi ayə naməhrəm oğlan və qızların kişi və qadınların belə bir problemlə üzləşəcəkləri zaman vəzifələrini aydınlaşdırır. Məsələn, bir həkim müxalif cinslə (naməhrəm qadın və qızla) bir otaqda (xəlfətə çəkilə) qala bilərmi? Müəssisənin müdiri kabinetində qapını arxadan bağlayıb saatlarla naməhrəm şəxslə fikir mübadiləsi apara bilərmi? Məsləhətləşə bilərmi? Universitet direktoru və ya inistut müəllimi öz şagirdi-naməhrəm qızla başqa bir şəxsin daxil olmadığı otaqda elmi söhbət edə bilərmi? İstəyirəm açıq fikirli, aydın düşüncəli, ictimai və fərdi problemlərinin həlli üçün Qurana müraciət edən gənclərdən soruşum: Dövrümüzün gəncləri həzrət Məryəmin dövründə yaşamış qız və oğlanlardan mahiyyətcə fərqlənirmi? Quranın təqdim etdiyi bu əxlaq nümunəsi tarix köhnəldikcə zaman keçdikcə köhnəlibmi? Şeytanla bağlı bir söhbət: İblis Musaya dedi: "Naməhrəm qadınla xəlvətə çəkilmə! Elə bir kişi yoxdur ki, naməhrəm qadınla xəlvətə çəkilsin amma mən onun dostu həmsöhbəti olmayım!"

İflicin bizə xəbərdarlığının 8 əlaməti

2023-01-29 21:15:00

Orqanizmimiz bizə iflicin 8 əlamətini əvvəlcədən bildirir. Belə ki, bu əlamətlərin bizdə olması gələcəkdə iflic ola bilməmiz şübhəsini təsdiqləyir. Aparılan araşdırmalar iflic xəstələrinin sayının günü-gündən artdığını dildirir. Gələcəkdə ifilic olma ehtimalını bilmək xəstəliyin qarşısını almaqda yardımçı olmasını nəzərə alaraq mütəxəssislər hamının bu əlamətləri bilməsini tövsiyə edir. Bu əlmətlər 50 xəstədən 1-də iflic olmamışdan 24 saat əvvəl özünü göstərmişdir. Adətən iflic beyinə qansızma və beyin damarlarının infarktı zamanı baş verir. Bu zaman damarların qidalandırdığı hissə lazım olan qədər oksigenlə qidalanmır və həmin hissə nekrozlaşır. Beyində baş verən patologiyalar ətrafların iflicinə səbəb olur. Bunların baş verməməsi üçün sizin də orqanizminizdə olan əlamətlərə diqqət verməniz lazımdır. 1. Yüksək təzyiq. Yüksək təzyiq orqanizmə verdiyi fəsadı birdən-birə hiss etdirmir. Uzun müddət baş verən yüksək təzyiq beyinə verdiyi patologiya sayəsində iflicə səbəb olur. Vaxtaşırı təzyiqi yüksələn hər bir kəs mütləq həkimə müraciət etməlidir. 2. Boyun tutulması. Beyin damarlarında baş verən patologiyalar boyunda narahatçılıqlara səbəb olur. Əgər çənənizə, sinənizə toxunduqda ağrıyırsa və şiddətli baş ağrılarınız olursa mütləq həkimə gedin. 3. Ayaq sallanması. Əgər yerimək istədikdə ayağınızın sallandığını hiss edirsinizsə, bu bağların və sinirlərin zədələnməsini bildirir. 4. Şiddətli baş ağrıları. Davamlı olaraq başınız ağrıyırsa, mütləq müayinədən keçin və nervpotoloqla məsləhətləşin. 5. Qanda şəkərin miqdarının düşməsi. Beynin müəyyən hissələrində baş verən qısa müddətli uyuşmalar gələcəkdə iflic olma riskinin olduğunu təsdiqləyir. 6. Görmə pozğunluqları. Bir və ya hər iki gözdə baş verən ani pozulmalar gələcəkdə iflic olacağınızı bildirən 6-cı əlamətdir. 7. Nitq qüsurları. Sakit vəziyyətdə danışırkən nitqinizdə qüsurlar meydana çıxarsa, kəkələmə və ya qəfil unutqanlıq baş verirsə, bu gələcəkdə iflic olma ehtimalını təsdiqləyir. 8. Tez yorulma. İflicin baş verməsini test vasitəsilə yoxlayın. Bunun üçün hər iki qolunuzu eyni zamanda yuxarı qaldırırn. Əgər qolunuzdan biri digərindən daha tez yorulur və aşağı endirmək məcburiyyətində qalırsınızsa, o zaman sizin iflic olmaq şübhəniz vardır. Mütləq həlimə getmək lazımdır. Bu 8 əlamət barədə ətrafdakılarınızı da məlumatlandırın. Unutmayın ki, siz bununla bir insanın həyatını iflicdən xilas edə bilərsiniz.

Quranda təhrif varmı?

2023-01-29 21:10:00

Bilməliyik ki, Quranın təhrifi haqqında söz-söhbətlər daha çox məsihilər və yəhudilər tərəfindən yaradılır. Tarix şahiddir ki, bu iki qövmün asimani kitabı zaman keçdikcə təhrif olunmuş, dəyişdirilmiş və etibarını itirmişdir. Onlar Quran-kərimə də belə bir damğa vurmağa çalışırlar.