Dəccal
Digərləri 29 Yan 2023 21:50:00 238 0
Nəzal ibn Səbri deyir: "Əli ibn Əbutalib (ə) bizə bir xütbə oxudu və Allaha həmd-səna edəndən sonra buyurdu: "Ey camaat! Məni itirməzdən əvvəl istədiyinizi soruşun". Həzrət bu cümələni üç dəfə təkrar etdi. Bu zaman Əsbəğ ibn Nubatə ayağa duraraq soruşdu: "Ey möminlərin Əmiri, Dəccal kimdir?" Həzrət buyurdu: "Dəccal, Said ibn Seyddir. Onu qəbul edənlər bədbəxt,etməyənlər isə xoşbəxt adamlardır. O, İsbəhan (İsfahan) adında şəhərin bir yəhudi kəndindən çıxacaq. Sağ gözü yoxdur, sol gözü isə alnındadır və dan ulduzu kimi parıldamaqdadır. Və həmin gözün içində qanlı ət var. İki gözünün arasında (red. ola bilsin ki, söhbət gözlərin çuxurundan gedir) hər bir şəxsin oxuya biləcəyi şəkildə "kafir" sözü yazılmışdır. O, dəryalara girir və günəş də onunla birlikdə hərəkət edir. Onun qarşısında dumanlı və arxasında isə ağ bir dağ vardır. Camaat onu yemək zənn edəcək. O, şiddətli qəhətlik zamanı üzə çıxacaq. Onun hər addımı bir "mil" (qədim ölçü vahidi- müt.) olan ağ rəngli miniyi vardır. O, bununla məntəqələri bir-bir arxada qoyur və kənarından keçdiyi elə bir su yoxdur ki, Qiyamətə kimi yerə çəkilməsin. O, məğrib və məşriqin arasında olan bütün cin, şeytan və insanların eşidə biləcəyi bir şəkildə fəryad edəcək: "Mənim dostlarım! Yanıma gəlin. Mən, varlıqları xəlq edən, onu nizama salan, hər şeyi ölçüyə salan və hidayət edən allaham. Mən sizin uca məqamlı rəbbinizəm!" O, Allah-Taalanın düşmənidir, yalançıdır. Onun bir gözü var, qarını var, yemək yeyir, bazarlarda yol gedir, halbuki sizin Allahınız və Rəbbiniz bir gözlü deyil, yemək yeməz, yol yeriməz və məhv olmaz. O, belə şeylərdən münəzzəhdir, uzaqdır. Dəccala tabe olanların çoxu haramzadələrdir və əyinlərinə yaşıl tilsan (tikişi və kəsiyi olmayan bədəni örtən uzun geyim) geyərlər. Allah-Taala cümə günü günortadan qabaq onu Şamdakı Əfiq dərəsində Məryəm oğlu İsa Məsihin namazda iqtida edə-cəyi şəxsin əlilə qətlə yetirəcək..." ("B.", 52/192-194, r. 26). 2. Bəlxdən olan bir kişi İmam Baqirin (ə) görüşünə gəldi. İmam (ə) ondan soruşdu: "Ey xorasanlı! Filan və filan məntəqələri tanıyırsanmı?" Dedi: "Bəli" İmam (ə) buyurdu: "Filan məntəqədə belə bir xüsusiyyətlərə malik olan bir dərəni tanıyırsanmı?" O, yenə: "Bəli"-dedi. İmam (ə) ona buyurdu: "Dəccal oradan çıxacaq".
Bu xəbəri də oxu: Hər üç Qırğızıstan vətəndaşı sağ qalıb
Dölün ana bətnində ölməsinin müxtəlif səbəbləri vardır: Bunlara aş
İmam aləmin sirridirDin, yəni bəsirət. Din insanın gözünü mələkuta v�
Suxarı, yəni çörək qurusu hələ qədimdən müharibəyə gedən döyüşç
Yanvarın 29-na keçən gecə İsrailin İranda hərbi əməliyyata başladığ�
Bu ağciyərlərin kista əmələ gətirmədən inkişafdan qalmasıdır. Hipopl
Fələstinin xarici işlər naziri Riyad əl-Maliki yaxın vaxtlarda rusiyalı h
Sumax bitkisi Azərbaycanda yetişir. Mətbəxdə, qidada istifadə etdiyimiz su
Ermənistanın Gümrü şəhərində 102-ci Rusiya hərbi bazasının yaxınlı�
Əxlaq baxımından Xanım Məryəm və Həzrəti Yusifdən örnək alın"T
Orqanizmimiz bizə iflicin 8 əlamətini əvvəlcədən bildirir. Belə ki, bu �
Bilməliyik ki, Quranın təhrifi haqqında söz-söhbətlər daha çox məsihil
Hava bir az soyuyan, tutulan kimi, yağış yağmazdan öncə çox insanlar süm
"İran və Azərbaycan, Türkiyə, İsrail arasında mümkün toqquşmanın