Rusiyaya gedənlərə vacib XƏBƏR: Qanun dəyişdi


Digərləri 25 Dek 2024 21:00:00 84 0

Rusiyaya gedənlərə vacib XƏBƏR: Qanun dəyişdi

Rusiya Federasiyasının müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 1 yanvar 2025-ci il tarixdən miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcək.

Son.az xəbər verir ki, həmin tarixdən etibarən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət Azərbaycan vətəndaşını qəbul edən tərəf (şəxsə faktiki yaşayış yeri vermiş Rusiya Federasiyası vətəndaşı, adıçəkilən ölkədə daimi yaşayan əcnəbi, hüquqi şəxs, hüquqi şəxsin filialı və ya nümayəndəliyi və s.) və ya Azərbaycan Respublikası vətəndaşının özü tərəfindən edilə bilər.

Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət qəbul edən tərəfindən ediləcəyi təqdirdə Azərbaycan vətəndaşı ona müvafiq sənədləri (miqrasiya kartını və şəxsiyyətini təsdiq edən sənədi) təqdim etməlidir. Qəbul edən tərəf olduğu yer üzrə qeydiyyat ilə bağlı öhdəlikləri yerinə yetirdikdən sonra Azərbaycan vətəndaşına miqrasiya uçotunun təsdiqinə dair bildirişin əcnəbidə qalan hissəsini verir.

Azərbaycan Respublikası vətəndaşı özü də müstəqil şəkildə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri ilə bağlı bölmələrinə müraciət etmək hüququna malikdir. Həmçinin, belə müraciət dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz vasitəsi ilə də edilə bilər.

Azərbaycan Respublikası vətəndaşı aşağıda göstərilən hallarda isə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı vahid portal üzərindən (vahid dövlət və bələdiyyə xidmətləri portalı) elektron qaydada müraciət edə bilər:

Azərbaycan Respublikası vətəndaşının faktiki yaşadığı yaşayış sahəsinə mülkiyyət hüququ olduqda; Azərbaycan Respublikası vətəndaşı qəbul edən tərəf ilə yaşayış sahəsi üzrə icarə müqaviləsi bağladıqda; qəbul edən tərəfin Azərbaycan Respublikası vətəndaşının ölkəyə gəlişinə dair bildirişi təqdim etməsinə mane olan hallar (rəsmi sənədlə təsdiq edilmiş üzrlü səbəb göstərilməlidir) mövcud olduqda. Azərbaycan vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiyaya səfər edərkən əmək patentinin rəsmiləşdirilməsi üçün ərizə ilə müraciət zamanı (ölkəyə giriş tarixdən 30 təqvim günü ərzində) fotoşəkil çəkdirməli, icbari dövlət daktiloskopik qeydiyyatından və tibbi müayinədən keçməlidirlər.

Digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən və uzun müddət (90 gündən çox) ölkə ərazisində qalmağı planlaşdıran Azərbaycan Respublikası vətəndaşları da ölkəyə giriş tarixindən etibarən 90 təqvim günü ərzində qeyd olunan prosedurlardan (fotoşəkilin çəkilməsi, icbari dövlət daktiloskopik qeydiyyatı və tibbi müayinə) keçməlidirlər. Bu prosedurlardan keçmə yaşama icazəsi üçün sənəd təqdim edilməsi zamanı zəruridir.

Azərbaycan vətəndaşları daktiloskopik qeydiyyat və fotoşəkil çəkilməsi üçün Rusiya DİN-in miqrasiya məsələləri üzrə regional orqanlarına və ya onun tabeliyində olan müəssisələrinə, həmçinin Moskva şəhəri ərazisində yerləşən səlahiyyətli təşkilata müraciət etməli və müvafiq sənəd əldə etməlidirlər.

Əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hallar istisna olmaqla, qalan digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən Azərbaycan vətəndaşları Rusiya ərazisini tərk etmədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün miqrasiya kartında göstərdikləri ölkəyə gəliş məqsədlərini dəyişdirmək hüququna malikdirlər.

Təhsil məqsədi ilə Rusiya Federasiyasına səfər edən Azərbaycan Respublikası vətəndaşının ölkədə müvəqqəti olma müddəti müvafiq ərizə və Rusiya Federasiyası ərazisində təhsil aldığını təsdiq edən sənədlər əsasında uzadılır.

Rusiya Federasiyasında olma və yaşama qaydalarına riayət etməyən Azərbaycan Respublikası vətəndaşları barədə məsuliyyət tədbirləri (cərimə, olma müddətinin qısaldılması) və kənara çıxarılma tədbirləri tətbiq edilə bilər.

Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən Rusiya Federasiyasına daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur. Miqrasiya kartını Rusiya Federasiyasının dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür. Miqrasiya kartı rus dilində və ya pasportda (şəxsiyyəti təsdiq edən digər sənəddə) qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır.

Asya Son.az

Təyyarə qəzasından sağ çıxan zaqatalalı qızdan ilk açıqlama  FOTO like
  • 25 Dek 20:45  
Digərləri Təyyarə qəzasından sağ çıxan zaqatalalı qızdan ilk açıqlama FOTO

Yaralı qız avar dilində vəziyyətinin yaxşı olduğunu, onunla birgə təyy

arrow Ətraflı
Bu gün hər hansı yaralı və ya ölən şəxsin nəşi gətirilməyəcək  AZAL rəsmisi like
  • 25 Dek 20:42  
Digərləri Bu gün hər hansı yaralı və ya ölən şəxsin nəşi gətirilməyəcək AZAL rəsmisi

AZAL-a məxsus təyyarə qəzasının Qazaxıstan ərazisində baş verdiyi üç

arrow Ətraflı
"Təyyarə iki dəfə zərbə aldı"  The New York Post"un qorxunc ehtimalı like
  • 25 Dek 20:31  
Digərləri "Təyyarə iki dəfə zərbə aldı" The New York Post"un qorxunc ehtimalı

Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi ilə uçan Embraer 190 tipli s

arrow Ətraflı
Təyyarənin "qara qutu"su tapıldı like
  • 25 Dek 20:29  
Digərləri Təyyarənin "qara qutu"su tapıldı

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolla

arrow Ətraflı
Qəzaya düşən təyyarə axırıncı dəfə nə vaxt yoxlanışdan keçib?  AÇIQLAMA like
  • 25 Dek 20:12  
Digərləri Qəzaya düşən təyyarə axırıncı dəfə nə vaxt yoxlanışdan keçib? AÇIQLAMA

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan 4K-AZ65 qeydiyyat nömrəli &qu

arrow Ətraflı
Dilarə Əliyevanın sabahkı konserti təxirə düşdü like
  • 25 Dek 20:09  
Şou-biznes Dilarə Əliyevanın sabahkı konserti təxirə düşdü

Əməkdar artist Dilarə Əliyevanın sabah Azərbaycan Dövlət Akademik Musiqi

arrow Ətraflı
“Minsk Qrupu ləğv edilməlidir” like
  • 25 Dek 20:00  
Siyasət “Minsk Qrupu ləğv edilməlidir”

"ATƏT-in Minsk Qrupu ləğv edilməlidir".

arrow Ətraflı
"Meyitlər bərbad vəziyyətdədir, morqda identifikasiya olacaq" like
  • 25 Dek 19:54  
Digərləri "Meyitlər bərbad vəziyyətdədir, morqda identifikasiya olacaq"

"Meyitlər bərbad vəziyyətdədir, əsasən yanıb, hamısı yığılıb,

arrow Ətraflı
Sərdar Berdiməhəmmədov İlham Əliyevə başsağlığı ünvanlayıb like
  • 25 Dek 19:53  
Siyasət Sərdar Berdiməhəmmədov İlham Əliyevə başsağlığı ünvanlayıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlh

arrow Ətraflı
Qəza ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirildi  FOTO like
  • 25 Dek 19:52  
Digərləri Qəza ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirildi FOTO

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sər�

arrow Ətraflı
Xocalıda teleqüllə inşa olunacaq – 18,4 milyon manat ayrıldı like
  • 25 Dek 19:50  
Digərləri Xocalıda teleqüllə inşa olunacaq – 18,4 milyon manat ayrıldı

Xocalı rayonun inzibati ərazisində televiziya qülləsi (teleqüllə) inşa o

arrow Ətraflı
Qəzada sağ qalan Kristina  "Quşun mühərrikə dəymə səsinə bənzər səs eşitdik" like
  • 25 Dek 19:41  
Digərləri Qəzada sağ qalan Kristina "Quşun mühərrikə dəymə səsinə bənzər səs eşitdik"

Aktauda baş verən təyyarə qəzasında sağ qalanlardan biri Vladivostok saki

arrow Ətraflı
İstanbulda şagirdləri daşıyan avtobus aşıb, xeyli yaralı var like
  • 25 Dek 19:30  
Digərləri İstanbulda şagirdləri daşıyan avtobus aşıb, xeyli yaralı var

İstanbulda şagirdləri daşıyan avtobus aşıb, 3-ü uşaq olmaqla 10 nəfər

arrow Ətraflı
Qəzada yaralananlardan 11nin vəziyyəti ağırdır like
  • 25 Dek 19:11  
Digərləri Qəzada yaralananlardan 11nin vəziyyəti ağırdır

Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatd�

arrow Ətraflı