"Təyyarə iki dəfə zərbə aldı" The New York Post"un qorxunc ehtimalı


Digərləri 25 Dek 2024 20:31:00 66 0

"Təyyarə iki dəfə zərbə aldı"  The New York Post"un qorxunc ehtimalı

Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi ilə uçan Embraer 190 tipli sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğraması ətraflnda müzakirələr və informasiya axınları davam edir.

Təyyarədəki 67 nəfərdən onlarla sərnişinin həlak olduğu ehtimal edilir. Lakin bəzi sərnişinlər möcüzəvi şəkildə sağ qalıblar.

Burada da AZAL pilotlarının peşəkarlığını və fədakarlığını qeyd etmək lazımdır.

Təyyarə Bakıdan çıxaraq Rusiyanın Qroznı şəhərinə istiqamət alıb. Lakin marşrutdan yüzlərlə mil kənara çıxaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə çırpılıb. Göyərtədə 62 sərnişin və 5 ekipaj üzvü olub.

Hadisə zamanı 32 nəfər, o cümlədən iki uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib. Sağ qalanlar arasında ağır yaralıların olduğu bildirilir. Təyyarədən çıxarılan dörd nəfərin cəsədi müəyyən edilib, digər sərnişinlərin axtarışı davam edir.

Hər iki pilotun qəza zamanı həlak olduğu qeyd edilir. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, xəsarət alanların bir qismi kritik vəziyyətdədir. Göyərtədəki sərnişinlərin milliyəti açıqlanıb: 37 nəfər Azərbaycan, 16 nəfər Rusiya, 6 nəfər Qazaxıstan və 3 nəfər Qırğızıstan vətəndaşı olub.

"The New York Post" qəzetinin məlumatına görə, qəzanın ilkin səbəbi kimi göyərtədə fövqəladə vəziyyət və quşlarla toqquşma ehtimal edilir. Lakin bu qəzanın arxasında başqa səbəblərin ola biləcəyi də müzakirə olunur. Xüsusilə, Rusiyanın cənubunda dron hücumlarının artdığı dövrdə belə bir qəzanın baş verməsi vurulma ehtimallarını artırır.

Azərbaycanın Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov hadisə yerində olarkən ona verilən məlumatlarda bu ehtimallara diqqət çəkilib. Onu məlumatlandıran bir məmur bildirib ki, təyyarənin quyruq hissəsində açılmış və mərmi zərbələrinə bənzəyən izlər var. Bu şəxs Kəmaləddin Heydərova təyyarənin kənardan vurulma ehtimalını ciddi şəkildə vurğulayıb.

Azərbaycanın məşhur "Caliber.az" saytı da hadisə ilə bağlı bu ehtimalları dəstəkləyən məlumatlar yayıb. Sayt təyyarənin quyruq hissəsində mərmi zərbələrinə bənzər zədələri göstərərək vurulma ehtimalının güclü olduğunu bildirib.

Hazırda hadisənin dəqiq səbəblərinin araşdırılması üçün genişmiqyaslı istintaq aparılır. Hadisə ilə bağlı yekun nəticələrin yaxın vaxtlarda açıqlanacağı gözlənilir. (Yeni Müsavat)

Təyyarənin "qara qutu"su tapıldı like
  • 25 Dek 20:29  
Digərləri Təyyarənin "qara qutu"su tapıldı

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolla

arrow Ətraflı
Qəzaya düşən təyyarə axırıncı dəfə nə vaxt yoxlanışdan keçib?  AÇIQLAMA like
  • 25 Dek 20:12  
Digərləri Qəzaya düşən təyyarə axırıncı dəfə nə vaxt yoxlanışdan keçib? AÇIQLAMA

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan 4K-AZ65 qeydiyyat nömrəli &qu

arrow Ətraflı
Dilarə Əliyevanın sabahkı konserti təxirə düşdü like
  • 25 Dek 20:09  
Şou-biznes Dilarə Əliyevanın sabahkı konserti təxirə düşdü

Əməkdar artist Dilarə Əliyevanın sabah Azərbaycan Dövlət Akademik Musiqi

arrow Ətraflı
“Minsk Qrupu ləğv edilməlidir” like
  • 25 Dek 20:00  
Siyasət “Minsk Qrupu ləğv edilməlidir”

"ATƏT-in Minsk Qrupu ləğv edilməlidir".

arrow Ətraflı
"Meyitlər bərbad vəziyyətdədir, morqda identifikasiya olacaq" like
  • 25 Dek 19:54  
Digərləri "Meyitlər bərbad vəziyyətdədir, morqda identifikasiya olacaq"

"Meyitlər bərbad vəziyyətdədir, əsasən yanıb, hamısı yığılıb,

arrow Ətraflı
Sərdar Berdiməhəmmədov İlham Əliyevə başsağlığı ünvanlayıb like
  • 25 Dek 19:53  
Siyasət Sərdar Berdiməhəmmədov İlham Əliyevə başsağlığı ünvanlayıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlh

arrow Ətraflı
Qəza ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirildi  FOTO like
  • 25 Dek 19:52  
Digərləri Qəza ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirildi FOTO

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sər�

arrow Ətraflı
Xocalıda teleqüllə inşa olunacaq – 18,4 milyon manat ayrıldı like
  • 25 Dek 19:50  
Digərləri Xocalıda teleqüllə inşa olunacaq – 18,4 milyon manat ayrıldı

Xocalı rayonun inzibati ərazisində televiziya qülləsi (teleqüllə) inşa o

arrow Ətraflı
Qəzada sağ qalan Kristina  "Quşun mühərrikə dəymə səsinə bənzər səs eşitdik" like
  • 25 Dek 19:41  
Digərləri Qəzada sağ qalan Kristina "Quşun mühərrikə dəymə səsinə bənzər səs eşitdik"

Aktauda baş verən təyyarə qəzasında sağ qalanlardan biri Vladivostok saki

arrow Ətraflı
İstanbulda şagirdləri daşıyan avtobus aşıb, xeyli yaralı var like
  • 25 Dek 19:30  
Digərləri İstanbulda şagirdləri daşıyan avtobus aşıb, xeyli yaralı var

İstanbulda şagirdləri daşıyan avtobus aşıb, 3-ü uşaq olmaqla 10 nəfər

arrow Ətraflı
Qəzada yaralananlardan 11nin vəziyyəti ağırdır like
  • 25 Dek 19:11  
Digərləri Qəzada yaralananlardan 11nin vəziyyəti ağırdır

Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatd�

arrow Ətraflı
Manatın məzənnəsi ilə bağlı Mərkəzi Bankdan açıqlama like
  • 25 Dek 19:00  
Digərləri Manatın məzənnəsi ilə bağlı Mərkəzi Bankdan açıqlama

Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nomi

arrow Ətraflı
Azər Zahid barəsində qərar verildi like
  • 25 Dek 18:54  
Şou-biznes Azər Zahid barəsində qərar verildi

"TikTok"da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahi

arrow Ətraflı
Qəzada həlak olan qadın xəstə qızını görməyə gedirmiş like
  • 25 Dek 18:52  
Digərləri Qəzada həlak olan qadın xəstə qızını görməyə gedirmiş

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qro

arrow Ətraflı