Hamiləlik ödemi
Digərləri 29 Yan 2023 21:01:00 315 0
Hamiləlik ödeminin əlamətləri aşağı ətraflarda, qarının divarında və bədənin başqa nahiyyələrində maye toplanması ilə müşahidə edilir. Hamiləlik zamanı ödemin əmələ gəlməsinə sidik ifrazının azalması (oliquriya) səbəb olur. Xəstəlik əsasən hamiləliyin ikinci yarısında doğuşa yaxın meydana gəlir. Əvvəlcə aşağı ətraflarda, ayağın aşağı hissəsində dizə qədər, sonra isə bud və xarici cinsiyyət orqanların ödemi baş verir. Orta dərəcəli ödemlər baş verdikdə hamilələrdə təngnəfəslik, tez yorulma, ağırlıq hissi olur. Bu zaman sidiyin tərkibi dəyişmir, arterial təzyiq normada qalır. Bəzən göz dibinin kapillyarları genəlir. Ödemin ağır forması baş verdikdə isə bütün bədən şişir. Bu su-duz mübadiləsinin pozğunluğu səbəbindən baş verir. Adətən bu ödemlər xəstə uzandıqda, pəhriz saxladıqda və duzu azaltdıqda 7-10 günə keçib gedir. Bu zaman hamilə qadının bədən çəkisinə qəbul olunan mayenin və ifraz olunan sidiyin miqdarı nəzarətdə saxlanılır. Hamiləliyin ödemi zamanı oksigenoterapiya aparılmalı, askorbin turşusu, rutin, B qrupu vitaminləri, kalsiumxlorid, Caqlükonat, vikasol, metionin, qlükoza xəstənin vəziyyətini yuüngüllşdirməkdə yardımçı olur. Bəzən hamilələrdə nefropatiya səbəbli ödemlər baş verir ki, bu zaman ödemlə bərabər arterial təzyiq və proteinuriya müşahidə olunur. Nefropatiya adətən hamiləliyin son aylarında baş verir. Bu zaman arterial təzyiq yüksəlir. Təzyiqin yüksəlməsinə böyrək kapillyarlarında baş verən patologiyalar səbəb olur. Nefropatiya ağırlıq dərəcəsinə uyğun olaraq dəyişilir. Hamiləlik nefropatiyasının müalicəsi dərman preparatları, düzgün rejim və pəhriz, sidiyin sistematik yoxlanılması, arterial təzyiqə nəzarət, bədənin çəkilməsindən ibarətdir.
Bu xəbəri də oxu: AZALda digər uçuşlar təxirə salınıb? AÇIQLAMA
Qeyb tarixi və onun xüsusiyyətləriƏvvəlcə imam Mehdinin (ə) qeyb dövrü
İnsan yaşadıqca müxtəlif problemlərlə üzləşir. Bu problemlərin həll
Tarixi mənbələrdə bildirilir ki, Müaviyə Bəni-Haşimdən olan bir dəstə
Qanda analiz verərkən B 12 vitaminin norma həddini çox aşması və yüksək
"Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük öhdəliklərini yerin�
Beyləqan rayonunda yol qəzası baş verib.
"Azərbaycanlı qardaşlarımızla birgə regional və qlobal sülhə töhf
Nəyə görə 10.000 addım. Bu bir proqramdr, həkimlər, dietoloqlar, kardiloq
Ərəb dilindən tərcümədə heydər - aslan deməkdir. Bir işi təkrar edən
Bu gecə İranın bir sıra şəhərlərindəki hərbi və kritik infrastruktur
Doğrudanмı, мöмin az gülüb, çox ağlaмalıdır?Sual: Qurani kəriмdə
Ərdoğan hakimiyyətinin yenidən qalıb gəlməsi həm Türkiyənin sürətlə