Öz qəlbini qidalandır


Digərləri 29 Yan 2023 22:20:00 271 0

Öz qəlbini qidalandır

Öz qəlbini qidalandırİnsan bu aləmdə öz qəlb və ruhu ilə yaşamaq istəyirsə, gərək mənəviyyat aləmində qarşısına çıxmış fürsətlərdən istifadə etsin və qəlbini qidalandırsın və ruhuna su versin. Elə ki, azan verilir, bu mənəvi qidalanmaq üçün bir fürsətdir. Hər vaxt qəlb Allaha yönəlsə, həmin an can və qəlbin qidalanması anıdır. Bəzən namazda, bəzən həccdə, bəzən infaq etdikdə qəlb mənəvi qidalanır. Əgər qəlbin meyli olmadığını görsən, gərək onda hazırlıq yaradasan, gərək qəlbinə yedizdirəsən ki, yavaş-yavaş iştahaya gəlsin. Çalışmalısan ki, qəlbinin qidalanmasında aza qane olmayasan. Deməyəsən ki, iki rəkət namaz bəsdir, yaxud filan xeyir əməli etmişəm daha bəsdir. Mənəviyyat aləmində "bəs" yoxdur. Dünyaya, bəs de, mənəviyyata yox. Mənəviyyatda nə qədər irəli gedə bilirsənsə, get. Bir məqamda insanın qəlbi cənnət xörəyi və suyu ilə qidalanır. Ondan yuxarı məqamda insan cənnətdən doğulur. Necə ki, ana bətnindən dünyaya gəldikdən sonra qidası dəyişilir - qabaq qan içirdi, indi isə süd. Dünya aləmindən də xaric olduqdan sonra insanın qidası dəyişir. Ağılın dərk etməyə qadir olmadığı növbənöv cənnət yemək-içməkləri onun qidası olur. İnsan onun öz fitrətində qoyulmuş həqiqətləri başa düşdükcə öz vücud həqiqətinə yetişir. Qənd kanıyam və şəkər neyistanıyam. Yer göyərir, mən yeyirəm. Özüm qənd və şəkər mədəniyəm. İnsanın öz daxilindən göyərir və özündən qidalanır. Təkcə həqiqətini aşkar olunmalıdır. İnsanın öhdəsinə qoyulmuş bütün təkliflər insanın həqiqətinin aşkar olması üçündür. İnsanın təkvinən böyük sərmayəsi vardır. Lakin bu sərmayə bil-qüvvədir və insan bil-qüvvə mələkdən üstündür. Cəbraili-əminə çatmaq üçün istedadı vardır. İndi heç nəyi yoxdur, amma təkvini sərmayəsi vardır. Pərdələri kənarlaşdırmalı və zühura çatmalıdır. Bəzilərində valideynin düzgün tərbiyəsi sayəsində yüksəlmək üçün çox gözəl zəminələr vardır. Belə adamlar aza qane olmamalı, öz mənəvi iştahalarını artırmalıdılar. Çünki ondan geri qalmış adamın, ondan irəli keçməsi mümkündür. O qədər mənəviyyat yeməlisən ki, mənəviyyatın qəhətliyə düşdükdə çətinlik hiss etməyəsən. Qoyunlar otlaqda o qədər yeyirlər ki, axşam olduqda gündüz tələsik yediklərini gəvşəyirlər. Mənəviyyat aləmində də gərək o qədər yeyəsən ki, qidalanmağa imkan olmayan vaxtı onlardan istifadə edəsən. "أَفْئِدَتُهُمْ هَواء"

"Onların qəlbləri də bomboşdur". ("İbrahim" surəsi, ayə 43.) Ramazan ayı çeşmədir. Bir ömür rahat olmaq üçün iç! İç ki, canın həqiqət aləmi ilə bir olsun. Əgər insan öz nəfsini boşlasa, bu dünyanı öz yeyib-içmək yeri qərar verir və yalnız maddiyyatdan qidalanır. Bax gör, nəyə meylin vardır və onu et. Əgər halın varsa, Quran oxu, yoxdursa, namaz qıl. Əgər hövsələn yoxdursa, şer oxu. Mərifət əhlinin böyüklərindən bəziləri şer vasitəsilə halının dəyişdiyini deyir. Ramazan ayında Qədr gecəsinə çatana qədər mənəviyyatdan qidalan. "لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ"

"Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!" ("Qədr" surəsi, ayə 3.) Yəni, gəl sənə min ay miqdarında həqiqətlə qidalandırım. Bunun yolu yalnız şəriətə əməl etmək və Allahın hədlərinə riayət etməkdir. "وَأَنِ اعْبُدُونِي ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ"

"Və Mənə ibadət edin, doğru yol budur?!" ("Yasin" surəsi, ayə 61.) Bəndəlik, birbaşa tövhidə gedən yoldur və sapınması yoxdur. Həmn dəstur-əməllər bəndəliyi insan üçün ərməğan gətirir. Həkimlərin (filosofların) təbirincə insan ürəyi mücərrəddir. Yəni bütün aləmlərdə ola bilər. Aşağı mərhələdə cənnətdən qidalanırsan, yuxarı mərhələlərdə isə Allahın ad və sifətlərindən. Ruhunu bağlılıq zəncirlərindən xilas etməlisən. Gərək bu çoxluğu sındırasan.

"أَلْهَاكُمُ التَّكَاثُرُ حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ"

"Çoxluq ilə öyünmək sizi o qədər şirnikləndirdi ki, hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz". ("Təkasur" surəsi, ayə 1-2.) Əsl qəlb əhli-beytin (ə) qəlbidir. Həzrət Əli (ə) buyurur:

Yeni doğulmuş uşağın hipoksiyası like
  • 29 Yan 22:15  
Digərləri Yeni doğulmuş uşağın hipoksiyası

Bətndaxili  döl  özünün  inkişafı  üçün  ananın  orqanizmindən

arrow Ətraflı
Quranı kimlər qələmə alıb? like
  • 29 Yan 22:10  
Digərləri Quranı kimlər qələmə alıb?

Mötəbər İslam tarixçilərinin bildirdiyinə görə həzrət Peyğəmbərə

arrow Ətraflı
Allergiya və öskürək dərmanlarını bir qəbul etmək olmaz – like
  • 29 Yan 22:05  
Digərləri Allergiya və öskürək dərmanlarını bir qəbul etmək olmaz –

Hazırda bir çox xəstələr öskürəyin nədən olduğunu bilmədiklərinə g

arrow Ətraflı
X histiosistozu like
  • 29 Yan 22:01  
Digərləri X histiosistozu

Ağciyərlərin X histiosistozu retikulohistiosistar sistemin naməlum etiologiy

arrow Ətraflı
Terrora görə İran bir dövlət kimi məsuliyyət daşıyır like
  • 29 Yan 21:58  
Siyasət Terrora görə İran bir dövlət kimi məsuliyyət daşıyır

Törədilən terrora görə İran bir dövlət kimi məsuliyyət daşıyır.

arrow Ətraflı
İran öz hərbi obyektlərinə hücum edib like
  • 29 Yan 21:57  
Siyasət İran öz hərbi obyektlərinə hücum edib

"The New York Times" qəzeti İranın İsfahandakı hərbi infrastrukt

arrow Ətraflı
İrəvanın “arzuolunmaz şəxs” elan etdiyi Fransa like
  • 29 Yan 21:56  
Siyasət İrəvanın “arzuolunmaz şəxs” elan etdiyi Fransa

"Daşnaksütyun" Partiyasının daha bir üzvü - təşkilatın Fransa

arrow Ətraflı
Batil əqidələr: Əhmədiyyə like
  • 29 Yan 21:55  
Digərləri Batil əqidələr: Əhmədiyyə

Qadiyani Həzrət Mühəmmədin (s) Quranda "xatəmün-nəbiyyin", yə

arrow Ətraflı
Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb like
  • 29 Yan 21:53  
Digərləri Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb

Bakıda 4 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 17 nəfə

arrow Ətraflı
Moskvada ermənilərin konserti zamanı partlayış həyəcanı, like
  • 29 Yan 21:52  
Dünya Moskvada ermənilərin konserti zamanı partlayış həyəcanı,

Rusiyanın paytaxtı Moskvadakı "İzmailovo" konsert zalının işçi

arrow Ətraflı
Qəbələdə kişi skeleti like
  • 29 Yan 21:51  
Digərləri Qəbələdə kişi skeleti

Bugün günorta saatlarında Qəbələ rayonu Nohurqışlaq kəndinin dağlıq �

arrow Ətraflı
Dəccal like
  • 29 Yan 21:50  
Digərləri Dəccal

Nəzal ibn Səbri deyir: "Əli ibn Əbutalib (ə) bizə bir xütbə oxudu v

arrow Ətraflı
Uşağın ana bətnində ölümü like
  • 29 Yan 21:45  
Digərləri Uşağın ana bətnində ölümü

Dölün ana bətnində ölməsinin müxtəlif səbəbləri vardır: Bunlara aş

arrow Ətraflı
İmam aləmin sirridir like
  • 29 Yan 21:40  
Digərləri İmam aləmin sirridir

İmam aləmin sirridirDin, yəni bəsirət. Din insanın gözünü mələkuta v�

arrow Ətraflı
Çörəyi suxarı ilə əvəz edin, xəstəlikləriniz sağalacaq like
  • 29 Yan 21:35  
Digərləri Çörəyi suxarı ilə əvəz edin, xəstəlikləriniz sağalacaq

Suxarı, yəni çörək qurusu hələ qədimdən müharibəyə gedən döyüşç

arrow Ətraflı