Batil əqidələr: Əhmədiyyə


Digərləri 29 Yan 2023 21:55:00 240 0

Batil əqidələr: Əhmədiyyə

Qadiyani Həzrət Mühəmmədin (s) Quranda "xatəmün-nəbiyyin", yəni "peyğəmbərlərin möhürü" adlandrılmasının səbəbini öz rəyi əsasında açıqlayırdı: Guya Həzrət Mühəmməd (s) özündən sonrakı nəbinin (şəriət gətirməyən peyğəmbərin) doğruluğunu təsdiqləmək, yəni onun düzgünlüyünə "möhür vurmaq" səlahiyyətinə malik olduğu üçün Allah onu bu cür adlandırıb. O həzrətdən sonrakı nəbi yalnız müsəlman ümmətindən olmalıdır. Qadiyani öz peyğəmbərliyinin Həzrət Mühəmməd (s) tərəfindən təsdiqləndiyini (möhürləndiyini) söyləyirdi.

İki ildən sonra Qadiyani özünü həm də hindusların pərəstiş etdikləri Krişna adlandıraraq elan etdi ki, Krişna onun bədənində zühur edib. Bu yolla Mirzə Qulam Əhməd Qadiyani Hindistanda yaşayan bütün din mənsublarını (xristian, müsəlman və hindusları) öz ətrafında birləşdirmək istəyirdi.

Qadiyani cihad dövrünün sona çatdığını elan edir, bundan sonra silahla deyil, yalnız təbliğatla (sözlə) cihad etməyin caiz olduğu¬nu bildirirdi. Qadiyaniyə görə, cihad 3 mərhələyə bölünür: cihadi-əkbər (ən böyük cihad) insanın öz nəfsi ilə apardığı əxlaqi mübarizədir. Cihadi-kəbir İslam dinini sülh yolu ilə, daha dəqiq desək, qələm və təbliğat vasitəsilə yaymaqdır. Nəhayət, cihadi-əsgər (kiçik cihad) insanın öz əqidəsini qoruması məqsədi ilə silahli mübarizə aparmasıdır. Cihadi-əsğər yalnız müdafiə xarakteri daşıyır və yalnız xəlifənin (əhmədiyyə icmasının başçısının) əmri ilə həyata keçirilə bilər.

Qadiyani 1894-cü ildə Günəş və Ay tutulmalarını qabaqcadan xəbər vermiş və bu hadisələri öz peyğəmbərliyinin sübutu kimi təqdim etmişdi. Əhmədiyyə dininə görə, hər kim Mirzə Qulam Əhməd Qadiyanini yalançı və kafir saysa, özü kafirdir. Lakin onunla düşmənçilik etməyincə, kafir sayıla bilməz. Əhmədiyyə dininə mənsub olan qadın başqa inanc mənsubuna ərə gedə bilməz, amma Qadiyani təliminə inanan kişi başqa dinin ardıcılı olan qadınla evlənə bilər.

Mirzə Qulam Əhməd Qadiyaninin ölümündən (1908-ci il) sonra Həkim Nurəddin rəhbərlik kürsüsündə onu əvəz etdi. Onun 6 illik xilafəti (canişinliyi) müddətində Qurani-kərim əhmədiyyə dininə məxsus olan tərzdə ingilis dilinə tərcümə edildi, İngiltərədə əhmədiyyə icması təsis olundu, əhmədiyyə icmasının mətbu orqanları işə başladı, icmanın xəzinəsi yaradıldı.

Həkim Nurəddindən sonra əhmədiyyə iki qola parçalandı. Qadiyani qoluna Mirzə Qulam Əhmədin oğlu Mirzə Bəşirüddin Mahmud Əhməd (1889-1965) başçılıq edirdi. O, özünü Mirzə Qulam Əhmədin "vəd olunmuş oğlu" adlandırırdı. Mirzə Bəşirüddin Mahmud Əhməd elmi fəaliyyətlə də məşğul olmuş, Qurana təfsir yazmışdır. Ondan sonra qadiyani qoluna oğlu Mirzə Nasir Əhməd başçılıq etməyə başladı. 1982-ci ildə o vəfat etdikdən sonra qardaşı, əhmədiyyə dininin banisi Mirzə Qulam Əhməd Qadiyaninin digər oğlu Mirzə Tahir Əhməd qadiyanilərin başçısı və dördüncü xəlifə seçildi. 2003-cü ildən isə qadiyanilərə beşinci xəlifə Mirzə Məsrur Əhməd başçılıq edir. Qadiyani qolunun ardıcılları ideoloji məsələlərdə daha radikal mövqe tuturlar. Onların əqidəsincə, Mirzə Qulam Əhməd Qadiyani əsl nəbidir, kim onun nəbiliyini qəbul etməsə, kafir sayılmalıdır. Qadiyani qolu Pakistan parlamentinin 1974-cü il qərarı ilə İslamdan kənar dini azlıq elan edilmişdir.

Əhmədiyyənin Lahuri adlanan ikinci qolu isə mötədilliyi ilə seçilir. Mərkəzi Lahor şəhərində yerləşən bu qola Həkim Nurəddindən sonra Mövlana Mühəmməd Əli, ondan sonra Mövlana Sədrəddin başçılıq etmişdir. Lahurilər Mirzə Qulam Əhməd Qadiyaninin nəbilik iddiasını rədd edirlər, onun mehdilik və məsihlik iddialarını da düzgün saymırlar. Lahurilərin əqidə əsasları demək olar ki, əhli-sünnə inancı ilə üst-üstə düşür. Kəlam məsələlərində əşəri və matüridi məktəblərinə bağlıdırlar, dinin və İslamın təməl prinsiplərini də əhli-sünnə məzhəblərindəki kimi qavrayırlar. Ənənəvi sünnilərlə əsas fərqləri ictihad qapısının bağlı olmadığına inanmaları və cihadı silahlı mübarizə deyil, təbliğat mənasında qəbul etmələridir. Onların sayı azdır, əhmədilərin əksər hissəsi birinci qola - qadiyani qoluna mənsubdur.

Əhmədiyyə dininin ardıcılları 1913-cü ildən etibarən Avropada geniş miqyaslı missioner şəbəkəsi qurmuşlar. İngiltərə, Hollandiya, Almaniya, Danimarka, İspaniya və İsveçrədə, ABŞ-da, eləcə də Latın Amerikası, Asiya və Afrika ölkələrində əhmədiyyə təbliğat mərkəzləri mövcuddur. Hal-hazırda dünyada 10-20 milyon nəfər arası əhmədiyyə ardıcılının yaşadığı ehtimal edilir.

Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb like
  • 29 Yan 21:53  
Digərləri Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb

Bakıda 4 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 17 nəfə

arrow Ətraflı
Moskvada ermənilərin konserti zamanı partlayış həyəcanı, like
  • 29 Yan 21:52  
Dünya Moskvada ermənilərin konserti zamanı partlayış həyəcanı,

Rusiyanın paytaxtı Moskvadakı "İzmailovo" konsert zalının işçi

arrow Ətraflı
Qəbələdə kişi skeleti like
  • 29 Yan 21:51  
Digərləri Qəbələdə kişi skeleti

Bugün günorta saatlarında Qəbələ rayonu Nohurqışlaq kəndinin dağlıq �

arrow Ətraflı
Dəccal like
  • 29 Yan 21:50  
Digərləri Dəccal

Nəzal ibn Səbri deyir: "Əli ibn Əbutalib (ə) bizə bir xütbə oxudu v

arrow Ətraflı
Uşağın ana bətnində ölümü like
  • 29 Yan 21:45  
Digərləri Uşağın ana bətnində ölümü

Dölün ana bətnində ölməsinin müxtəlif səbəbləri vardır: Bunlara aş

arrow Ətraflı
İmam aləmin sirridir like
  • 29 Yan 21:40  
Digərləri İmam aləmin sirridir

İmam aləmin sirridirDin, yəni bəsirət. Din insanın gözünü mələkuta v�

arrow Ətraflı
Çörəyi suxarı ilə əvəz edin, xəstəlikləriniz sağalacaq like
  • 29 Yan 21:35  
Digərləri Çörəyi suxarı ilə əvəz edin, xəstəlikləriniz sağalacaq

Suxarı, yəni çörək qurusu hələ qədimdən müharibəyə gedən döyüşç

arrow Ətraflı
İsrail İrana qarşı hərbi əməliyyata like
  • 29 Yan 21:31  
Siyasət İsrail İrana qarşı hərbi əməliyyata

Yanvarın 29-na keçən gecə İsrailin İranda hərbi əməliyyata başladığ�

arrow Ətraflı
Ağciyərlərin hipoplaziyası (kiçilməsi) like
  • 29 Yan 21:30  
Digərləri Ağciyərlərin hipoplaziyası (kiçilməsi)

Bu ağciyərlərin kista əmələ gətirmədən inkişafdan qalmasıdır. Hipopl

arrow Ətraflı
Fələstinin XİN rəhbəri Lavrovla İsraildəki like
  • 29 Yan 21:29  
Dünya Fələstinin XİN rəhbəri Lavrovla İsraildəki

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki yaxın vaxtlarda rusiyalı h

arrow Ətraflı
Diabet və təzyiq xəstələri  Qaynadıb suyunu içsə like
  • 29 Yan 21:25  
Digərləri Diabet və təzyiq xəstələri Qaynadıb suyunu içsə

Sumax bitkisi Azərbaycanda yetişir. Mətbəxdə, qidada istifadə etdiyimiz su

arrow Ətraflı
Blinken Yaxın Şərqə like
  • 29 Yan 21:24  
Siyasət Blinken Yaxın Şərqə

ABŞ dövlət katibi Entoni Blinken Misir, İsrail və İordan çayının qərb

arrow Ətraflı
Gümrüdəki Rusiya bazası yaxınlığında like
  • 29 Yan 21:21  
Siyasət Gümrüdəki Rusiya bazası yaxınlığında

Ermənistanın Gümrü şəhərində 102-ci Rusiya hərbi bazasının yaxınlı�

arrow Ətraflı
Əxlaq baxımından Xanım Məryəm və Həzrəti Yusifdən örnək alın like
  • 29 Yan 21:20  
Digərləri Əxlaq baxımından Xanım Məryəm və Həzrəti Yusifdən örnək alın

Əxlaq baxımından Xanım Məryəm və Həzrəti Yusifdən örnək alın"T

arrow Ətraflı
İflicin bizə xəbərdarlığının 8 əlaməti like
  • 29 Yan 21:15  
Digərləri İflicin bizə xəbərdarlığının 8 əlaməti

Orqanizmimiz bizə iflicin 8 əlamətini əvvəlcədən bildirir. Belə ki, bu �

arrow Ətraflı